“Növbəti iki rübdə neft sektorunda ixtisarlar davam edə bilər”
"Bazar prinsipləri əsasında fəaliyyət göstərən müəssisələrin ehtiyacı olmadan əlavə iş yükünü saxlaması və ya əlavə iş yerləri yaratması təşəbbüsü dövlət büdcəsi üçün yükdür. Bu, eyni zamanda, SOCAR-ın rentabelliyini də risk altına alır"Koronavirus pandemiyasının qarşısını almaq üçün ölkələrin həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlər nəticəsində qlobal miqyasda istehsal dayandırıldı və ya məhdudlaşdırıldı, nəqliyyatdan istifadə minimuma endi. Bütün bunlar enerji daşıyıcılarına qlobal tələbin aşağı düşməsi ilə müşahidə olundu. Bu da öz növbəsində neftin qiymətinin kəskin ucuzlaşması ilə nəticələndi. Bu cür vəziyyət birbaşa neft şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərdi. Onlar xərclərinə yenidən baxmaq məcburiyyətində qaldılar.
Belə ki, martın ortalarında ən iri neft şirkətlərindən olan “Exxon Mobil” və “Royal Dutch Shell” xərclərini 50 milyard ABŞ dollarına yaxın azaldacaqlarını bəyan etdi. Nüfuzlu konsaltinq şirkəti olan “Rystad Energy”nin proqnozuna əsasən, neft sektorunda çalışanların 21%-i və ya milyondan çox işçi ixtisar olunacaq. Dünyanın ən iri neft-servis şirkətləri olan "Schlumberger" və "Halliburton" ixtisarlarla bağlı planlarını açıqladı. "Halliburton" bu ilin əvvəlindən dünya üzrə bütün bölmələrində çalışan 5 min işçisi ilə yolları ayırıb. “BW Research”n hesabatına əsasən isə ABŞ-da təkcə mart ayında qazma kampaniyaları və neft emal edən zavodlar 50 mindən artıq iş yerini ixtisar edib.
İqtisadçı-ekspert Rəşad Həsənov baş verən proseslərlə bağlı bildirib ki, hələ növbəti iki rübdə neft sektorunda kiçilmə, bunun nəticəsində isə ixtisarlar davam edə bilər.
"Bildiyiniz kimi, neft müəyyən müddət maya dəyərindən aşağı qiymətə təklif olundu. Onun qiyməti hətta mənfiyə doğru düşdü və bu, əsil fəlakət oldu. Belə ki, əgər gəlirlər aşağı düşürsə, həmin şirkətlər investisiya qoya bilmir. İnvestisiya layihələrinin ixtisara düşməsi onlara cəlb olunan iş gücünə olan ehtiyacı aradan qaldırır və mövcud iş gücünün qorunub saxlanması imkanları məhdudlaşır. Yəni gəlirlərin azalması fonunda neft şirkətləri mövcudluqlarını saxlamaq, defolt risklərini azaltmaq məqsədi ilə müəyyən qərarlar qəbul etməli olur", - o deyib.
Onun sözlərinə görə, neft sektoru sadəcə neft hasil edən sahə deyil: "Onun klaster sahələri var. Sektorun alıcıları əgər alıcılıq gücünü itirirsə, tələb aşağı düşür. Bu zaman əvvəlki öhdəliklərin icrasında problemlər yaranır, bunun fonunda da klaster sahələr gücünü itirir, zəifləmə başlayır və onlar da ixtisarlara gedirlər. Bunların hamısının başında dayanan isə neftin qiymətidir. Bu gün biz müşahidə etdiyimiz ixtisarlar, layihələrin təxirə salınması, investisiya qoyuluşlarının azaldılması prosesi bir az dərinləşəcək. Çünki “qara qızılın” bugünkü şərtlər daxilindəki mövcud qiyməti həm neft hasil edən şirkətlər, həm də ölkələr üçün səmərəli deyil".
İqtisadçı ekspertin fikrincə, neftin qiymətində müsbət tendensiyalar hiss olunsa da, burada marjinal səviyyə var: "Belə ki, neft hasil edənlər üçün rentabelli sayıla biləcək qiymət bir barel üçün 45 ABŞ dollardır. Lakin həm OPEC-in, həm Beynəlxalq Enerji Agentliyinin, həm də ABŞ-ın Enerji İnformasiya Administrasiyasının proqnozlarında neftin bahalaşması yalnız cari ilin 4-cü rübündə ehtimal olunur. Bu, o deməkdir ki, hələ növbəti iki rüb ərzində neft sektorunda kiçilmə, bunun nəticəsi olaraq da ixtisarlar davam edə bilər".
"Azərbaycana gəlincə, ölkə OPEC+ formatında üzərinə hasilatı azaltmağa dair öhdəlik götürüb. Hasilatın azalması isə təbii ki, bu sektorda iş gücünə tələbi aşağı salacaq. Bundan başqa, həm SOCAR, həm də ABƏŞ-in (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) strukturuna daxil olan şirkətlərin növbəti dövrlər üçün investisiya layihələrinin icrasında problem yaranacaq ki, bu da potensial iş gücünə ehtiyacı azaldacaq. Bunu bazar qaydaları diktə edir. Bazar prinsipləri əsasında fəaliyyət göstərən müəssisələrin ehtiyacı olmadan əlavə iş yükünü saxlaması və ya əlavə iş yerləri yaratması təşəbbüsü dövlət büdcəsi üçün yükdür. Bu, eyni zamanda, SOCAR-ın rentabelliyini də risk altına alır", - R.Həsənov diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 3 d. əvvəl
-
5 d. əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 7 d. əvvəl
- 12 d. əvvəl
-
40 d. əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər




















