Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 33 faiz azalıb
2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11 milyard 516,1 milyon manatlıq, o cümlədən 6 milyard 169,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 346,4 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ticarət sektorunda da xüsusi iş rejiminin tətbiqi bu sahədə, xüsusilə qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəiflətmiş və cari ilin aprel ayında mart ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 33,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 38,6 faiz azalmışdır.
Ümumilikdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,5 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,6 faiz artmışdır.
Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,6 dəfə cox olmuşdur.
2020-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,9 faizi ticarət müəssisələri, 48,3 faizi fərdi sahibkarlar tərəfindən, 27,8 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,5 faiz artmış, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda isə 15,1 faiz azalmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 154,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,2 manatlıq qeyri-ərzaq malları almışdır.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2019-cu ilin yanvar - aprel aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 11 516,1 | 98,1 |
o cümlədən: | ||
ərzaq məhsulları, içkilər və tütün məmulatları | 6 169,7 | 102,6 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 1 607,6 | 79,6 |
elektrik malları və mebellər | 586,6 | 82,4 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 84,2 | 98,1 |
əczaçılıq və tibbi mallar | 202,4 | 141,7 |
avtomobil yanacağı | 626,6 | 98,2 |
digər qeyri-ərzaq məhsulları | 2 239,0 | 105,8 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 53,6 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,1 faizi elektrik malları və mebellərin, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























