Tanınmış marketlərdə tələblərin kobud pozulması faktları aşkarlanıb
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, AQTA əməkdaşları tərəfindən 29 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 68 ictimai iaşə obyekti, 181 ərzaq satışı mağazası olmaqla ümumilikdə 249 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 98-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Bolmart” (Xətai rayonu), “Oba” (Nizami rayonu), “Qardaşlar”, “Yeni market”, “Elita”, “Step”, “Oba” (Yasamal rayonu), “025”, “Oba” (Xətai rayonu), “Baba”, “Bazarstore” (Xətai rayonu), “Al market” (Xətai rayonu), “Buta”, “Aqil” marketlər, Əhədov Əlizadə Mənəf oğluna, Həşimov Vüsal Qılman oğluna, Nəcəfov Vüsal Mirzağa oğluna, Hüseynov Cavid Saleh oğluna, Hacıyev Şəhruz Əsgər oğluna, Əlizadə Asif Nazim oğluna, Məmmədov Qulu Mirzə oğluna, Hümbətov Xəqani Məhəmmədəli oğluna, Əliyeva Ülviyyə Həsən qızına məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Xırdalan şəhərində “Al” və “Oba” marketlər
Bərdə rayonunda Süleymanov Rəşid Salman oğluna məxsus yeməkxana, İsiyev Rafael Qalib oğluna məxsus “Samux” və Həsənov Rüfət Eldəniz oğluna məxsus “Uğur” marketlər, Adıgözəlov Şamxal Zaur oğluna, Əliyev İlham Əlisəfa oğluna, Həsənov Vüsal Sərdar oğluna, Əkbərli Kənan Azər oğluna, Məlikov Bəhlul Vəli oğluna, Bayramov Asim Nadim oğluna, Sadıqov Sadiq Bakir oğluna, Qurbanov Elgiz Mehralı oğluna, Həsənov Musa Xanlar oğluna və Qurbanov Şahin Əli oğluna məxsus ərzaq mağazaları, Əhmədov Zahid Habil oğluna, Zeynalov Səxavət Əli oğluna, Həsənov Tural Nizami oğluna, Qasımov Dadaş Mürşüd oğluna, Səmədov Elman Həsən oğluna, Mirzəyev Məhəmməd Məhəmməd oğluna, Bəylərov Habil İldırım oğluna, Əlihüseynov Əfqan Sultan oğluna, Əliyev Niyaməddin Nazim oğluna, Kərimov Murad Maarif oğluna məxsus kafelər
Gəncə şəhəri, Sadıllı qəsəbəsində “Kəmalə” market
Göygöl rayonu, Aşıqlı kəndində “Gilavar” restoranı
Quba rayonunda “Aynur”, “Yüksəl” restoranları, Kərimov Seyran Rəşid oğluna məxsus “Mahir şirniyyat” mağazası
Xaçmaz rayonunda Şıxəliyev Gülbala Novruz oğluna, Ağayev Nizami Əmirağa oğluna, Seyidov Zaur Buludxan oğluna, Kərimov Eyvaz Kərəm oğluna, Yusifov Mütəllim Məmmədşah oğluna məxsus ət satışı mağazaları
Neftçala rayonunda Mirzəli Xəyal Hüseynbala oğluna məxsus ərzaq mağazası
Sabirabad rayonunda Miriyev Rasim Adil oğluna və Miriyev Şahin Adil oğluna məxsus ərzaq mağazaları
Salyan rayonunda Cəfərov Toğrul Mahir oğluna məxsus kafe
Göyçay rayonunda Zülfüqarov Əhmədağa Əlisahib oğluna, İsrafilov Ənvər Sirac oğluna, İbadov Varis Maarif oğluna, Ələkbərov İkram Şaban oğluna, Kərimov Elşad Aqil oğluna məxsus ərzaq mağazaları, Süleymanov Pünhan İlham oğluna məxsus şirniyyat mağazası
İsmayıllı rayonunda “Sərhəd” və “Girdiman” ərzaq mağazaları, “Qoşa samovar” kafesi, Əliyev Tamerlan İntiqam oğluna, Əhmədov Yunis Yusif oğluna məxsus kafelər, Xanagah kəndində “Qız Qalası” restoranı, Topçu kəndində Həsrətov Vüsal Sehran oğluna məxsus ərzaq mağazası, Nağıyev Ramiz Mirəhməd oğluna və Nağıyev Mübariz Mirəhməd oğluna məxsus kafelər, Kərimli Elxan Yavər oğluna məxsus yeməkxana, Dəmirov Sübhan Xalı oğluna məxsus ərzaq mağazası, Novruzov Süleyman Əlikazım oğluna məxsus “Ülvi” market
Oğuz rayonunda Qafulova İlqarə Nüsrət qızına, Rəhimov Ayaz Əlfəddin oğluna məxsus kafelər, Yusifov Vüqar Rusxət oğluna məxsus ərzaq mağazası
Qax rayonunda Bayramova Gülxar Saat qızına, Qasımov İsa Emin oğluna, Hasilov Tərlan Hüseyn oğluna, Rəhimov Məmməd Rəhim oğluna məxsus ərzaq mağazaları
Şəmkir rayonunda “Ozan”, “Dolce Vita” restoranları
Tovuz rayonunda “Çinar”, “Balıq”, “Məkan”, “Nuş olsun” kafeləri
Masallı rayonunda “Viləş”, “Şərq”, “Aslan” ərzaq mağazaları
Ucar rayonunda “Elit”, “Soltan” ərzaq mağazaları
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
10 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
11 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib




















