"İqtisadiyyatın ayrı-ayrı sahələrinin qismən bərpası üçün çərçivə hazırlamışıq"
“Azərbaycanda koronavirus pandemiyası dövründə görülən işlərin nəticəsində makroiqtisadi sabitlik qorunub, büdcə gəlirləri yanvar-iyul dövründə tam icra edilib”.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi videoformatda müşavirədə bildirib.
“Valyuta məzənnəsi tam sabitdir. Qiymətlərin sabitliyi, ölkənin valyuta ehtiyatları qorunub, hətta bir az da artırılıb. Əmək müqavilələrinin sayı azalmayıb, sabit qalıb. Biz müəyyən artım müşahidə edirik. On minlərlə sahibkarlıq subyektinə və sahibkarlıq subyektində çalışan yüz minlərlə muzdlu işçiyə dövlətin əməli maliyyə yardımı çatdırılıb. Yüzlərlə sahibkara yeni proqramlar üzərində güzəştli kreditlər təqdim edilib. Dövlətin investisiyaları, o cümlədən Siz vurğuladığınız kimi, sosial infrastruktura qoyulan sərmayələrin həcmi qorunub və icra olunub. Səhiyyə sektorunun həm infrastrukturunun, həm də tibb personalın maddi rifahına əlavə vəsait ayrılmaqla qarşımızda duran bütün vəzifələr icra edilib. Eyni dövrdə dövlət borcu - nə xarici, nə daxili borc artmayıb. Bunlar hamısı, möhtərəm cənab Prezident, Sizin verdiyiniz göstərişlərin, təqdim etdiyiniz çərçivənin hesabına mümkün olub”, - deyə o, qeyd edib.
“Məruzə etdiyim kimi, əməkhaqlarının əhəmiyyətli hissəsinin ödənilməsinə dəstək proqramı iki mərhələdən ibarət olub. Mart-aprel aylarında və bu yaxınlarda Sizin göstərişinizlə Baş Nazirə müraciət etmişik, bu proqramın daha iki aylıq uzadılmasını nəzərdə tuturuq. Buna görə mən bir daha Sizə dərin təşəkkürümü bildirmək istəyirəm.
Həmçinin eyni dövrdə fərdi (mikro) sahibkarlara dəstəyin davam etdirilməsi, yeni güzəştli kreditlərin tətbiq edilməsi üzrə həm onlayn platforma fəaliyyət göstərir, həm də bu günədək bu yeni proqram çərçivəsində banklar 12,5 milyon manatdan çox kreditlər ayırıb. Mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramı icra olunmaqdadır. Vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə öz əksini tapıb, o cümlədən ipoteka proqramının genişlənməsinə dair tədbirlər də həyata keçirilib. Dövlət sektorunda fəaliyyət göstərən müəssisələrə də, bir sıra digər müəssisələrə də iqtisadiyyata dəstək proqramı çərçivəsində dəstək göstərilib. Lakin sözsüz ki, ciddi karantin rejiminin müəyyən müddət uzadılması iqtisadi fəallığa da təbii olaraq mənfi təsir göstərir. Bu, özünü həm də makroproqnozların, yəni 2020-ci ilin ümumdaxili məhsulun proqnozunda göstərir. Hazırda mövsümdən asılı olan ticarət və iaşə obyektlərinin fəaliyyətində, məlum quraqlıq nəticəsində kənd təsərrüfatı sahəsində gözləntilərimizdən daha mənfi nəticələr proqnozlaşdırırıq. Obyektiv səbəblərə görə ölkədaxili və xaricdən gələn turizm axınının dayanması müvafiq sektora təsir edir. Enerji bazarlarının da hələ tam bərpa olunmaması bizim üçün obyektiv çətinliklər yaradır. Bütün bunları nəzərə alaraq, biz qərargahın tərkib hissəsi olaraq sanitar-epidemioloji vəziyyətin imkan verdiyi şəraitdə və vaxtda iqtisadiyyatın ayrı-ayrı sahələrinin qismən bərpa edilməsi üçün çərçivəni hazırlamışıq və müzakirə edirik”, - deyə nazir əlavə edib.
“Sizin müvafiq Sərəncamınızla İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyət göstərən ticarət obyektlərində sanitar-epidemioloji şəraitin qorunması ilə bağlı monitorinq tədbirləri keçirilir. Məruzə edirəm ki, nöqsan aşkarlanmış obyektlərin sayı təxminən 15 faiz civarındadır. Bu pozuntular arasında ən çox qeydə aldığımız və müvafiq cərimələr tətbiq etdiyimiz aşağıdakı dörd kateqoriyadır:
- İşçi heyətin maska və əlcəklərdən istifadə etməsində pozuntular;
- Vətəndaşların növbə zamanı sosial məsafəni qorumaması və növbəlilik stikerləri ilə təmin olunmaması;
- Obyektlərin girişində əl dezinfektoru olan spirtdən istifadə edilməməsi;
- Vətəndaşların obyektə maskasız daxil olması.
Bunu xüsusi olaraq ona görə vurğulayıram ki, möhtərəm cənab Prezident, biz istənilən iqtisadi fəallığı bütün sanitar-epidemioloji tələblərə ciddi riayət etmək şərti ilə bərpa edə bilərik. Bunlar həm sahibkarların, həm də vətəndaşların üzərinə düşən məsuliyyətdir. Burada dövlət orqanları monitorinq funksiyasını həyata keçirir və keçirməlidir, amma hər bir vətəndaşın davranışından da çox şey asılıdır. Biz tam anlayırıq ki, təhlükə sovuşmayıb. Bütün yaxşılaşmalara rəğmən öz fəaliyyətimizdə və iqtisadi fəaliyyətdə də bu prinsiplərdən çıxış etməliyik”, - deyə M.Cabbarov çıxışını tamamlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
8 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
9 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib























