"Günay Sığorta" 7 vəzifə üzrə işçi axtarır - VAKANSİYALAR

1. Korporativ satış üzrə baş mütəxəssis
Namizədə tələblər:
-Müştəriyönümlü, gülərüz, məsuliyyətli, özünə inamlı , yüksək maddi gəlir əldə etmək istəyən;
-Yaş: 20-40;
-Cins: Kişi;
-Təhsil: Ali;
-Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq (rus dilini bilmək arzu olunandır);
-İş təcrübəsi: 2 il.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
-Mövcud Korporativ müştərilərlə əlaqələri möhkəmləndirmək;
-Korporativ satış planını yerinə yetirmək;
-Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
-Tenderlərdə iştirak etmək.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 800-1000 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
2. Partnyorlar ilə iş şöbəsinin mütəxəssisi
Namizədə tələblər:
Müştəriyönümlü, gülərüz, məsuliyyətli, özünə inamlı , yüksək maddi gəlir əldə etmək istəyən;
-Yaş: 20-40;
-Cins: Kişi;
-Təhsil: Ali;
-Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq (rus dilini bilmək arzu olunandır);
-İş təcrübəsi: 1 il.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Yeni partnyorların cəlb edilməsi;
-Yeni partnyorlarnan görüşlərin təyin olunması, keçirilməsi və yazışmaların aparılması;
- Mövcud partnyorlarla birbaşa əlaqələr yaratmaq və onların satışlarına nəzarət etmək;
- Rəhbərliyə gündəlik,aylıq və illik satış haqqında hesabatın hazırlanması.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 500-700 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
3.Maliyyə şöbəsinin aparıcı mütəxəssisi
Namizədə tələblər:
-Yaş: 20-40;
-Təhsil: Ali;
-Vergi Məcəlləsini bilməli;
-Müvafiq sahədə 2 ildən az olmayan iş təcrübəsi;
-Microsoft Office (əsasən Excel) proqramlarında sərbəst işləmək bacarığı;
-1C proqramları ilə işləmək bacarığı;
-Dil bilikləri: Azərbaycan (əla), Rus dili arzuolunandır.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
-Debitor və kreditor hesablaşmaların aparılması;
-Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s;
-Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
-Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
-Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 700-900 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
4. İnsan resursları üzrə mütəxəssis
Namizədə tələblər:
-Yaş: 20-40;
-Təhsil: Ali;
-AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
-Müvafiq sahədə 2 ildən az olmayan iş təcrübəsi;
-Microsoft Office (əsasən Excel) proqramlarında sərbəst işləmək bacarığı;
-Dil bilikləri: Azərbaycan (əla), Rus dili arzuolunandır.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Kadr tələbinin planlaşdırılması;
-Vəzifə təlimatlarının hazırlanması;
-Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
-Kadr bazasının yaradılması;
-İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
-İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, elektron Hökumət Portalına daxil edilməsi;
-İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 500-700 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
5. Hadisələrin araşdırılması üzrə mütəxəssis
Namizədə tələblər:
-Yaş: 20-40;
-Cins: Kişi;
-İş təcrübəsi: bu sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
-Dil bilikləri: Azərbaycan (əla) ;
-B kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
- Yol hərəkəti haqqında və sığorta qanunvericiliyi haqda anlayışı olan.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
Yol nəqliyyat hadisələrinə baxış keçirtmək və qəza hadisəsini yerindəcə araşdırmaq;
-Hadisənin foto və video çəkilişlərini aparmaq;
-Hadisəni rəsmiləşdirmək;
-Sığorta hadisəsi ilə bağlı şirkətin müvafiq proqramında məlumatları işləmək.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 500-700 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
6. Aparıcı Hüquqşünas
Namizədə tələblər:
-Yaş: 20-40;
-Cins: Kişi;
-Təhsil: Ali (Hüquq sahəsində ali magistr təhsilinin olması) ;
-İş təcrübəsi: 3 il;
-Dil bilikləri: Azərbaycan (əla).
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Şirkətin bağladığı müqavilələrin ilkin hüquqi ekspertizasını həyata keçirmək;
-Şirkətin hüquqi sənədlərinin tərtib edilməsində iştirak etmək;
-Şirkəti məhkəmə və hüquq-mühafizə orqanlarında təmsil etmək;
Şirkətin fiziki və hüquqi şəxslərə qarşı yaranmış subroqasiya hüquqlarını təmin etmək.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 700-900 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
7. Zəng mərkəzi üçün operator
Namizədə tələblər:
-Müştəriyönümlü, gülərüz, məsuliyyətli, özünə inamlı , yüksək maddi gəlir əldə etmək istəyən;
-Yaş: 20-35;
-Cins: Qadın;
-Təhsil: Ali və y aorta ixtisas;
-Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq (rus dilini bilmək arzu olunandır) ;
-Komputer bilikləri: Ofis proqramları(Word, Excel)
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
-Yeni müştərilərin tapılması;
-Telefon vasitəsi ilə sığorta məhsullarının satışı;
-Gördüyü işlər barədə gündəlik hesabatların hazırlanması;
-Şirkət məhsullarının müştərilərə təqdim edilməsi.
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.
QEYD- Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
Brent neftin qiyməti 100 dollardan aşağı düşdü - YENİ BÖHRAN GÖZLƏNİLİR
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
Quşçuluq təsərrüfatları ixtisaslı laboratoriya ilə əməkdaşlığa başlayır
-
6 saat əvvəl
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 2 dəfədən çox artıb
-
7 saat əvvəl
Türkiyənin aparıcı ödəniş sistemi platforması Azərbaycanda kapitalı 920 min avro olan şirkət yaradıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azad edilən ərazilərə gətirilən xammallara görə gömrük rüsumu ləğv edilə bilər

Avro dollar qarşısında daha da ucuzlaşdı

Cubics – Sizin özəl ERP sisteminiz

Türkiyənin aparıcı ödəniş sistemi platforması Azərbaycanda kapitalı 920 min avro olan şirkət yaradıb

Dövlət 3 helikopteri hərraca çıxarır - QİYMƏT

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan qazını nəql edəcək boru kəmərinin tikintisi tamamlanıb

Bakıda “VTB (Azərbaycan) Kuboku” adlı futbol turniri keçirilib

Rusiya Üçtərəfli İşçi Qrupunun irəliləyiş əldə etdiyini açıqlayıb

Qərbin Putini cəzalandırmaq cəhdləri uğursuzdur - Rusiyadan Çin və Hindistana 24 milyard dollarlıq enerji ixracı
