Azərbaycan Asiya İnkişaf Bankının toplantısında iştirak edəcək
17-18 sentyabr 2020-ci il tarixlərində video-konfrans formatında Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı keçiriləcək.
Toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov təmsil edəcək.
Üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin qatılacağı İllik toplantıda COVİD-19 pandemiyası ilə mübarizə, post-pandemiya dövründə iqtisadiyyatların bərpası zamanı yaranacaq çağırışların dəstəklənməsi, daxili resursların səfərbər edilməsi ilə davamlı inkişafa nail olmaq, eləcə də Asiya və Sakit okean bölgəsinin gələcək inkişafını təmin edəcək iqtisadi, maliyyə, sosial proqramlar və digər məsələlər müzakirə olunacaq.
İllik toplantının ilk günündə AİB-ə üzv ölkələrin maliyyə və səhiyyə nazirlərinin xüsusi video-görüşü nəzərdə tutulub. Görüşdə Asiya və Sakit okean bölgəsində COVİD-19 xəstəliyi ilə mübarizədə ölkələrin təcrübəsi, səhiyyə sistemlərinin vəziyyəti, ümumi tibbi təminatın gücləndirilməsi vasitəsilə dayanaqlığın artırılması, pandemiya ilə mübarizənin səhiyyə və maliyyə aspektlərinə dair fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, cari ilin iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən video-konfransda COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımlar müzakirə olunaraq tam şəkildə dəstəklənib.
Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində həmçinin, Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının “Çıxarılan nəticələr və inkişaf yolu” mövzusunda iclası keçiriləcək. İclasda Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, AİB-in Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı 4-5 may 2020-ci il tarixlərində Cənubi Koreyanın İnçion şəhərində keçirilməli idi. Lakin İllik Toplantının COVID-19 pandemiyası ilə əlaqədar keçirilməsi mümkünsüz olmuş və iclasın iki mərhələdə - 22 may tarixində AİB-in baş qərargahının yerləşdiyi Filippinin paytaxtı Manila şəhərində qısaldılmış, cari ilin 17-18 sentyabr tarixlərində isə video-konfrans formatında isə əsas iclaslarının keçirilməsinə dair qərar qəbul edilmişdi.
1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-a 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
10 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
11 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 11 saat əvvəl
-
11 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 11 saat əvvəl
-
11 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























