Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Samsung” Azərbaycanda etibarlı əldə!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Samsung” Azərbaycanda etibarlı əldə!

21 Aprel 2017-ci il tarixində “Boulevard Hotel Baku”da Azərbaycanın “İrşad Electronics” şirkətnin Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin rəsmi distribyutoru olması və yeni “Galaxy S8” telefonun təqdimatı münasibətilə tədbir keçirildi.

 

Tədbirdə “İrşad Electronics” şirkətnin təxminən 150 dileri və media nümayəndələri iştirak edirdi.

 

Tanınmış aparıcı İlkin Həsənlinin idarə etdiyi tədbirdə bildirildi ki, “Samsung” telefonlarının Azərbaycanda satışı artıq etibarlı əldədir. İki aya yaxındır Azərbaycanda “Samsung” telefonlarının satışı “İrşad Electronics” şirkəti tərəfindən həyata keçirilir.

 

17 İLDİR BAZARDADIR

 

Tədbirin rəsmi hissəsində “İrşad Electronics” şirkətinin satışa nəzarət departamentinin rəhbəri Ariz Şıxalıyev bildirdi ki, çalışdığı şirkət 2000-ci ildə fəaliyyətə başlayıb və qısa müddət ərzində böyük uğurlara imza atıb:

 

“Sonuncu böyük uğurumuz “Samsung” ilə əməkdaşlığa başlamağımızdır. “ Samsung” telefonlarının Azərbaycan üzrə rəsmi distribyutorluğunu əldə edərək bu məşhur markanın  telefonlarının topdan, pərakəndə və korporativ satışını təmin edirik”.

 

SAMSUNG: “İRŞAD ELECTRONİCS” GÜCLÜ PARTNYORDUR

 

Tədbirdə  “Samsung Electronics” şirkətinin Qafqaz regionu üzrə prezidenti Ra  bildirdi ki, “Samsung” 1990-cı ildən Azərbaycanda fəaliyyət göstərir:

 

“Çox şadıq ki, “İrşad Electronis” kimi güclü partnyor bu ildən bizimlə əməkdaşlıq edir. “Samsung Electronics” dünyada ən innovativ şirkətlərdən biridir, texnologya lideridir. İnnovasiya heç zaman dayanmır, hər il Azərbaycan bazarında da yeni məhsullar təqdim edəcəyik”.

 

Tədbirdə “İrşad Electronics” şirkəti tərəfindən “Samsung”un çoxdan gözlənilən, son flaqmanı “Galaxy S8” modelinin də rəsmi təqdimatı keçirildi.  Bildirildi ki, 5 may tarixindən rəsmi satışa çıxarılacaq mobil telefonların qiyməti “Galaxy S8” - 1599, “Galaxy S8+” - 1799 manat olacaq.

 

Sonra tədbir bədii hissə və şam ziyafətilə davam etdi.

 

“TANINMIŞ BREND OLDUĞUMUZA GÖRƏ, “SAMSUNG” RAZILIQ VERDİ”

 

“İrşad Elektronics” şirkətinin satışa nəzarət departamentinin rəhbəri Ariz Şıxalıyev “Marja”ya bildirdi ki, indiyədək Azərbaycanda bir şirkət “Samsung” telefonlarının rəsmi distribyutoru olub. Bu ildən etibarən “İrşad Electronics” şirkəti də “Samsung”un rəsmi distribyutorudur:

 

“Rəsmi distribyutorluq hüququnu əldə etmək bizim tərəfimizdən olan təşəbbüsdür. “Samsung Electronics” şirkəti “İrşad Electronics”in bazarda tanınmış brend olduğunu nəzərə alaraq bizimlə əməkdaşlığa qərar verdi.  Satış, xidmət, idarəetmə, şəbəkə, diler sayı və s.  kmi meyarlar üzrə bizi analiz edərək distribyutorluq səlahiyyətini təqdim etdilər. Distribyutorluq ilkin olaraq mobil telefonları əhatə edir. Gələcəkdə “Samsung”un digər məişət cihazlarının da distribyutorluq müqaviləsinə daxil edilməsini hədəfləyirik”.

 

HOLOQRAMLI VƏ ZƏMANƏTLİ TELEFONLAR

 

Distribyutorluğun verdiyi imkanlara toxunun Ariz Şıxalıyev qeyd etdi ki, “İrşad Electronics” “Samsung”un holoqramlı və zəmanətli telefonlarının satışını həyata keçirir:

 

“Azərbaycana müxtəlif ölkələrdən, “Samsung”un zavodlarında istehsal olunmamış telefonlar gətirilir. Həmin telefonlar ilə bağlı çoxsaylı problemlər ortaya çıxır.  Bu gün “İrşad Elektronics”un satdığı telefonlar saxta mallar deyil, “Samsung”un istehsal etdiyi telefonlardır. Birbaşa “Samsung”dan aldığımız telefonların zəmanətli satışını həyata keçiririk”.

 

KƏNAR ŞƏXSLƏRİN “SAMSUNG” İDXAL ETMƏSİ QADAĞAN EDİLƏCƏK

 

Ariz Şıxalıyev əlavə etdi ki,  satış və reklam hüququ rəsmi distribyutordadır. Yaxın gələcəkdə kənar şəxslərin ölkəyə “Samsung” telefonları gətirməsinin qarşısının alınması nəzərdə tutulur:

 

“Digər şəxslərin açıq və gizli olmasından asılı olmayaraq xaricdən “Samsung” telefonları gətirməsinin qarşısı alınmalıdır. Hazırda müvafiq dövlət orqanları ilə bu barədə birgə işləyirik. Biz rəsmi distribyutor olaraq dövlətin vergisini ödəyirik və “Samsung” telefonlarının təbliğini aparırıq. Digər şəxslərin müxtəlif yollarla vergi və rüsumlardan yayınaraq satış həyata keçirməsinə imkan verilməməlidir”.

 

KORPORATİV SATIŞ ŞÖBƏSİ YARADILIB

 

Azərbaycan bazarına “Samsung” telefonlarını “İrşad Electronics”in də payladığını və böyük elektronika mağazalarını da telefonlar ilə təmin etdiklərini vurğulayan Ariz Şıxalıyev, topdan, pərakəndə və korporativ satış həyata keçirdiklərini qeyd etdi:

 

“Azərbaycanın bütün bölgələrinə topdan qiymətlərə telefonları satırıq. Eyni zamanda “İrşad Electronics”in 16 mağazasında pərakəndə satış həyata keçiririk.  

 

Bu yaxınlarda korporativ satış şöbəmiz yaradılıb. Tenderlərə qatılırıq. Artıq bir neçə iri şirkət ilə müqavilə imzalamışıq. Böyük şirkətləri mobil telefonlar və digər elektron cihazlar ilə diler qiymətlərinə təmin edirik.  Onlar telefonları pərakəndə qiymətlərə deyil, topdan qiymətlərə alırlar. Sifarişin sayı yüksək olduqda malları topdansatış qiymətlərinə təqdim edirik.  Məsələn, bu yaxınlarda bir şirkətə 100 ədəd telefon göndərdik”.

 

“4 YENİ MĞAZAMIZ AÇILACAQ”

 

Şirkətin satışa nəzarət şöbəsinin rəhbəri qeyd etdi ki, “İrşad Electronics” mağazalarının da sayı artmaqdadır. Növbəti ayda 4 mağazanın açılması  nəzərdə tutulur. Mağazalardan 3-ü Bakıda, 1-i isə Qubada istifadəyə verləcəkdir.  Gələcəkdə hər bir regionda mağazanın açılması planlaşdırılır. Hazırda şəbəkənin 15-i Bakıda, 1-i isə Qəblədə olmaqla 16 mağazası fəaliyyət göstərir.

 

“BAZAR PAYIMIZ 50%-Ə ÇATIR”

 

“İrşad Electronics” şirkətinin Marketinq şöbəsinin rəhbəri Elnur Kərimov isə bildirdi ki,  “Alcatel”, “HTC”, “Kneksi” və “Samsung” brendlərinin rəsmi distribyutoru olun “İrşad Electronics” şirkəti Azərbaycanın mobil telefon bazarının təxminən 50%-ni əldə edib:

 

“Qiymətlərin münasib, xidmətin yüksək, məhsulların holoqramlı və keyfiyytəli olması bazardakı üstünlüyümüzü təmin edir. Həmçinin tez-tez kamaniyalar ilə satışı dəstəkləyirik, insanların telefon və digər elektron cihazları sərfəli şərtlərlə əldə etmələrinə imkan yaradırıq”.

 

1 AYDA REKORD SAYDA J3 MODELİ SATILIB

 

Sonuncu kampaniyalarına toxunun Elnur Kərimov bildirdi ki, aksiya çərçivəsində rekord sayda telefon satılıb:

 

“Hal-hazırda  “Samsung J3” modeli ilə bağlı kampaniyamız mövcuddur. Kampaniyanın 1 ayı müddətində rekord sayda - 10 min ədəddən çox J3 modeli satılıb. Kampaniya çərçivəsində “Samsung J3” modelini ilkin ödənişsiz, hər ay 26 manat ödəməklə 13 aya əldə etməyi təklif edirik. J3 modeli orta seqment telefonlar arasında ən üstün maldır”.

 

Elnur Kərimov sonda qeyd etdi ki, qiymətlər məzənnənyə uyğun olaraq təyin olunur. Azərbaycanın hər bir bölgəsinə telefonlar eyni qiymətlərə göndərilir. Üstəlik “Samsung” şirkəti də qiymətlərə nəzarət edir.

 

Hər zaman olduğu kimi, “İrşad Electonics” şirkəti yeni modellər və sərfəli satış şərtləri ilə müştəriləri məmnun etmək üçün əlindən gələni edəcəyini bir daha bəyan edir.

24.04.2017 11:45

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ