Obyektlər icarəyə verilir - icarə haqqı 7 manat
"Ölkəmizdə dövlət müəssisələrinin müsabiqə vasitəsilə icarəyə verilməsinə diqqət artırılır. Məqsəd dövlət əmlakının qorunub saxlanması, ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınmasıdır. Eyni zamanda bağlanmış icarə müqavilələrinin şərtlərinə əməl edilməsi, icarəyə verilən dövlət əmlakından dövlət büdcəsinə daxilolmaların artırılması da əsas vəzifələrdəndir", -Əmlak Məsələləri Dövlət Komitəsi bildirir.
Bu məqsədlə Komitə “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” müvafiq qanuna əsasən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə müsabiqə elan edir.
Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcəkdir
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elan edilən növbəti belə müsabiqəyə 7 qeyri-yaşayış sahəsi çıxarılıb. Həmin əmlaklar Biləsuvarda, Ağcabədi, Qazax, Füzuli, Qəbələ, Göyçay və Qaxda yerləşir. İcarəyə verilən əmlakların sahələri 10 kv.m ilə 60 kv.m arasında dəyişir. Müsabiqədə iştirak edən obyektlər arasında ən aşağı icarə haqqı 7 manat təşkil edir. Belə obyektlər bir neçə mərtəbəli binanın 2-ci, 3-cü, 4-cü mərtəbələrində yerləşir. Bu isə sifarişçilərdə seçim imkanını artırır.
Müsabiqədə iştirak etmək üçün sifarişçilər ərizə, komitənin bank hesabına obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi miqdarında behin köçürülməsini təsdiq edən qəbz verməlidir. Ancaq qalib olmuyan şəxslərin behi isə müsabiqənin başa çatdığı gündən 10 təqvim günü ərzində onlara qaytarılır. Sifarişçi hüquqi şəxs olduqda ərizədə çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətini, təsis müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surəti, fiziki şəxs olduqda isə şəxsiyyət vəsiqəsinin sürətini, sahibkarlıq fəaliyyəti haqqında məlumatı təqdim etməlidir. Sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə isə həmin nümayəndə sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd tələb olunur.
Bundan başqa sifarişçilər qarşısında bir sıra şərtlər də qoyulur. Onlar icarəyə verilən obyektin hazırki təyinatı üzrə istifadə edilməsini təmin etməli, əmlakın ərazisində yerləşən müəssisənin fəaliyyətinə maneçilik yaratmamalı, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirməməlidir. Eyni zamanda sifarişçilər icarəyə verilən obyektin yerləşdiyi binanın xarici görünüşünü də qoruyub saxlamalıdırlar.
Qaliblər isə müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 20 gün müddətində icarə müqaviləsinin imzalamalı, icarə müqaviləsində göstərilən müddətdə və məbləğdə icarə haqqının dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməlidir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
2 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























