"Küçədən gəldi rəhbər oldu"
“Paşinyan küçədən gələn bir adamdır”
Marja xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəində bildirib.
Prezident, “daha bir sual vermək istəyirəm. İndi Paşinyan özünü itirib, təkcə özünü deyil, eyni zamanda, Ermənistan xalqını da təhlükəyə atıb. Ermənistanda yaşayan 3 milyon insan təhlükə altındadır. Avropadakı ermənilərdən, ya da oradakı iş adamlarından vasitəçi olan, deyən ki, erməni xalqının günahı yoxdur, bu, dəlidir, bununla bağlı bir telefon zəngi, danışmaq istəyən olubmu?” sualına belə cavab verib:
“Xeyr, bununla bağlı bizə heç bir telefon zəngi olmamışdır, heç bir mesaj göndərilməmişdir. Ancaq bu, gözlənilən idi. Bilirsiniz, hər bir rəhbər, hər bir idarəçi təcrübəyə malik olmalıdır. Biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi. İndi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi yoxdur. O, heç kiçik bir kolxoza da başçılıq etməmişdir. Heç kiçik bir firmaya, dükana da başçılıq etməmişdir. Onun tabeliyində bəlkə heç beş nəfər də olmayıb. Sən ölkəni necə idarə edə bilərsən? Ölkəni idarə etmək çətin məsələdir, xüsusilə bizim bölgəmizdə. Oturuşmuş Avropa ölkələrində bu, o qədər də çətin məsələ deyil. Çünki ölkələr var ki, heç bilmirlər onun başçısı kimdir. Heç insanları maraqlandırmır, onlar öz həyatını yaşayır, sistem oturuşub, hər şey artıq sistem altındadır. Amma bizim bölgəmizdə ölkəni idarə edən insandan çox şey asılıdır - insanların həyatı, təhlükəsizliyi, rifahı, beynəlxalq imici. Paşinyan küçədən gələn bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil, bir qəzetin müxbiri idi. Küçədən gəldi rəhbər oldu. Nə etdi ondan sonra? Ermənistanı fəlakətə aparır. Baxın, Ermənistanda bu gün diktatura tam hökm sürür. İki keçmiş prezidentin hər birinə cinayət işi açıldı. Biri iki ilə yaxın həbsdə oturdu, sonra onu buraxdı, amma cinayət işi qalır. O birisinə də ölkə xaricinə çıxma qadağası qoyulub. Bu toqquşmalardan iki gün öncə əsas müxalifət partiyasının sədrini həbsə atdı. Ondan sonra Konstitusiya Məhkəməsini darmadağın etdi, qovdu. Konstitusiya Məhkəməsinin sədrini şantaj etdi, həbslə hədələdi və zorla öz adamlarını oraya yerləşdirdi. Jurnalistləri, media nümayəndələrini həbslərdə çürüdür. Biri aclıq elan etdi və orada öldü. Beynəlxalq müstəvidə, ənənəvi müttəfiqlərlə problem yaşandı. Rusiya ilə, Belarus ilə, digər ənənəvi müttəfiqlərlə problem yaratdı. İndi Paşinyanın ən çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Rusca buna ODKB deyirlər. ODKB-nin Nizamnaməsində yazılıb ki, əgər hər hansı bir ölkəyə xaricdən hücum olarsa digər ölkələr bunun gərək canını qurtarsın. Amma ODKB-nin baş katibi erməni idi, keçmiş rejimin adamı idi. Onu həbsə atdı. Yəni, o təşkilatı da təhqir etdi. Nə qədər belə şeylər etdi. Artıq hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. Bu, Soros tərəfindən idarə olunan bir adamdır. Postsovet məkanında baş vermiş çevrilişlər, “inqilablar” bir mənbədən qaynaqlanır. Soros artıq ümumi bir anlayış oldu. Mən tək onu nəzərdə tutmuram. Budur, Paşinyanın da Sorosla şəklini internetdə axtarın. Durublar qol-qola, bədənləri də bir-birinə yapışıb. Çox eybəcər bir fotoşəkildir. Odur onun atası. Ona görə Soros onu idarə edir. Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb






















