PAŞA Bank qrupunun maliyyə göstəriciləri açıqlandı
PAŞA Bank 30 iyun 2020-ci il tarixinə konsolidə edilmiş müstəqil auditorun hesabatını açıqlayıb.
Konsolidə edilmiş hesabat PAŞA Bank qrupunun (PAŞA Bank Azərbaycan, PAŞA Bank Gürcüstan və PAŞA Bank Türkiyə) maliyyə nəticələrini əks etdirir.
Marja hesabata istinadən xəbər verir ki, PAŞA Bank qrupu 2020-ci ilin 1-ci yarısını 22 milyon 290 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13 milyon 406 min manat və ya 37,5% azdır. Qrup ötən ilin 1-ci yarısını 35 milyon 696 min manat xalis mənfəət ilə bağlamışdı.
FAİZ GƏLİRLƏRİ AZALIB, QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB
2019-cu ilin 1-ci yarısı ilə müqayisədə PAŞA Bank qrupunun faiz gəlirləri 1 milyon 984 min manat və ya 1,5% azalaraq 129 milyon 536 min manat, qeyri-faiz gəlirləri isə 9 milyon 368 min manat və ya 44% artaraq 30 milyon 706 min manat təşkil edib.
Qrupun faiz xərcləri 4 milyon 790 min manat və ya 17,5% artaraq 32 milyon 131 min manat, qeyri-faiz xərcləri isə 10 milyon 51 min manat və ya 17,5% artaraq 72 milyon 850 min manat təşkil edib.
Eyni zamanda ehtimal olunan kredit itkiləri üçün ehtiyata ayırma 5 milyon 940 min manat artaraq 23 milyon 592 min manat təşkil edib.
Qrupun cəmi gəlirlərinin 7 milyon 384 min manat artmasına qarşılıq cəmi xərcləri 21 milyon 581 min manat artıb. Xərclərdəki artım gəlirlərdəki artımı üstələdiyindən Qrupun vergidən əvvəlki mənfəəti 2019-cu ilin 1-ci yarısı ilə müqayisədə 2020-ci ilin 1-ci yarısında 14 milyon 197 min manat azalaraq 31 milyon 669 min manat təşkil edib. 2020-ci ilin 1-ci yarısında PAŞA Bank qrupu 9 milyon 379 min manat manat mənfəət verigi ödəyib. Beləliklə, Qrup 2020-ci ilin 1-ci yarısını 22 milyon 290 min manat xalis mənfəət ilə bağlayıb.
PAŞA Bank qrupunun faiz gəlirləri artıb. Cəmi əməliyyat gəlirlərindəki cüzi azalma qiymətli kağızlara investisiyalardan faiz gəlirlərində, nağd pul və nağd ekvivalentləri üzrə geriləmədən qaynaqlanır.
Əməkhaqqı, ümumi və inzibati xərclərin artması ilə əlaqədar olaraq cəmi əməliyyat xərcləri artıb.
Beləlikə, cəmi əməliyyat gəlirlərinin cüzi azalması ilə bərabər xərclərin və ehtiyata ayırmanın artması ilə əlaqədar olaraq PAŞA Bank Qrupunun xalis mənfəəti azalıb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2020-ci il tarixində PAŞA Bank qrupu 5 milyard 453 milyon 576 min manat cəmi aktivlərə malik olub. Bank 30 İyun 2019-cu il tarixində 5 milyard 440 milyon 439 min manat cəmi aktivlərə malik idi.
Müqayisə olan dövrdə Bankın müştərilərə verdiyi cəmi kreditlər 2 milyard 296 milyon 988 min manatdan 2 milyard 402 milyon 302 min manata yüksəlib (105 milyon 314 min manat artıb).
Qrupun depozit portfeli isə 6 milyard 421 min manat artaraq 3 milyard 795 milyon 362 min manat təşkil edib.
30 İyun 2020-ci il tarixində PAŞA Bank qrupu 457 milyon 109 min manat cəmi balans kapitalına malik olub.
Müstəqil auditorun hesabatı ilə ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 saat sonra
-
-
2 d. əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 10 d. əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
17 saat əvvəl
Samuxda təhlükəli xəstəlik şübhəsi - Təsərrüfata giriş-çıxış məhdudlaşdırıldı
-
18 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit portfeli 3,5 milyon manat kiçilib, investorlara borcu 2,3 dəfə artıb – “FINCA Azerbaijan”da nə baş verir?
Ən çox oxunanlar
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti





















