Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Prior Lizinq” Balakəndə yeni filial açıb

Texnikaların satışı, servisi və ehtiyat hissələri artıq bir ünvanda
AzVak-mobil_resmin_ustu_31
“Prior Lizinq” Balakəndə yeni filial açıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Prior Lizinq” 16 oktyabr 2026-cı ildə Balakən rayonunun Katex kəndində kənd təsərrüfatı texnikalarının satışı, servisi və ehtiyat hissələrini bir ünvanda cəmləyən yeni filialını istifadəyə verib.

Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev iştirak edib. O, filialda nümayiş olunan kənd təsərrüfatı texnikaları ilə yaxından tanış olub və təqdim edilən məhsullarla maraqlanıb.

Həmçinin tədbirdə digər rəsmi nümayəndələr, fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən tanınmış bloqqerlər və şirkət nümayəndələri iştirak ediblər. Yeni filial Balakən və ətraf ərazilərdəki fermerlərə kənd təsərrüfatı texnikalarının satışı, servis xidməti və ehtiyat hissələrinin təminatı üzrə xidmətlər göstərəcək.

Filialın açılışı “Prior Lizinq”in regionlarda xidmət şəbəkəsinin genişləndirilməsi və kənd təsərrüfatı istehsalçılarının müasir texnikalara çıxış imkanlarının artırılması istiqamətində atılan növbəti addımdır və əsas üstünlüyü fermerlərə texnika seçimindən tutmuş, istismar zamanı yaranan texniki ehtiyacların qarşılanmasına qədər müxtəlif xidmətlərdən eyni məkanda yararlanmaq imkanı verməsidir.

Açılış tədbirinin bir digər maraqlı məqamı isə bağçılıqla məşğul olan fermerlər üçün olub. Müasir texnologiyası ilə öz sinfinin premium texnikaları arasında yer alan “Lovol F4100” traktorunun ilk təqdimatı həyata keçirilib və 100 at gücündə mühərriki, ön hissəsinə aqreqatların qoşulmasına imkan yaradan sistemi ilə böyük rəğbət toplayıb.  Tədbir zamanı qonaqlara şirkətin texnika çeşidləri, satış imkanları və fermerlər üçün təqdim olunan xidmətlər barədə də məlumat verilib. Açılış tədbiri musiqili qonaqlar, hədiyyələrlə davam edib.

Qeyd edək ki, “Prior Lizinq” ASC 2014-cü ildə təsis edilib. Şirkət kənd təsərrüfatı və tikinti texnikalarının, eləcə də yeni nəsil avtomobillərin lizinqlə satışını həyata keçirir. Müasir yanaşma və müştəriyönümlü xidmət prinsiplərinə əsaslanan “Prior Lizinq” təklif etdiyi İtaliya, Türkiyə, İsveç, Çin və sair ölkələrə məxsus brendlərin aqrotexnikaları ilə bu illər ərzində bazarda etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib.

Ətraflı məlumat üçün 858 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Prior Lizinq Balakən filialı Balakən Katex kəndi kənd təsərrüfatı texnikaları aqrotexnika kənd təsərrüfatı texnikalarının lizinqi traktor satışı Lovol F4100 100 at gücündə traktor fermerlər üçün lizinq kənd təsərrüfatı texnikalarının servisi ehtiyat hissələri aqrar sektor Natiq Ağayev yeni filial Azərbaycan kənd təsərrüfatı
19.10.2026 15:56
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19