Vergilər: Fəaliyyətini dayandırmış təsərrüfat subyektlərinin sayı azalıb
Yanvar-mart ayları ərzində 22.865 vergi ödəyicisi fəaliyyətini bərpa edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,4% çoxdur.
“Marja” xəbər verr ki, bunu Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktorunun müavini Elçin Məmmədov bildirib.
“Eyni dövrdə 8071 və ya ötən ilin müvafiq dövrünə nisbətən 3 dəfə çox təsərrüfat subyekti fəaliyyətini bərpa edib. Fəaliyyətini dayandırmış təsərrüfat subyektlərinin sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9% azalıb”.
Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan şəxslər də “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in alınması ilə bağlı xidmət mərkəzlərinə müraciət etdikdə sabit vergi üzrə qəbz yerindəcə hazırlanır və möhürlənərək vergi ödəyicilərinə təqdim edilir. Bu qəbildən olan vergi ödəyiciləri ilə aparılmış məlumatlandırma işləri nəticəsində aprelin 1-nə qəbz almış vergi ödəyicilərinin sayı 953-ə çatıb.
Elçin Məmmədov qeyd edib ki, bu ilin yanvar ayının 25-dən vergi orqanları tərəfindən vergi ödəyicilərinə partnyorluq statusunun verilməsinə başlanılıb. İndiyədək partnyor vergi ödəyici statusunun alınması üçün müraciət edən və müəyyən olunmuş meyarlara uyğun olduğu müəyyən edilən 681 vergi ödəyicisi barədə məlumatlar araşdırılıb, onlardan seçilmiş 445 vergi ödəyicisinin elektron ünvanına «Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə» bildiriş verilib.
Xidmət mərkəzlərində işgüzar mühit yaradılıb
Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, xüsusilə regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması Vergilər Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2007-ci ildən başlayaraq vergi orqanı olmayan şəhər və rayonlarda vergi ödəyiciləri üçün müasir avadanlıqlar və sürətli internet xətti ilə təchiz edilmiş 58 xidmət mərkəzi yaradılaraq vergi ödəyicilərinin istifadəsinə verilib. Bunların 7-si Bakı şəhərində, 51-i isə digər şəhər və rayonlarda yerləşir. Xüsusilə regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə 51 xidmət mərkəzindən 39-u vergi orqanı olmayan şəhər və rayonlarda yaradılıb. 2017-ci ilin yanvar-mart ayları ərzində xidmət mərkəzlərində qəbul edilmiş vergi ödəyicilərinin sayı 171.785 nəfər, göstərilmiş xidmətlərin sayı isə 279.571 olub. Xidmət mərkəzlərinə müraciət etmiş şəxslərin 73,2%-i məhz regionlarda yerləşən xidmət mərkəzlərinə üz tutub. Xidmət mərkəzləri vergi ödəyicilərinin praktiki məsələlərlə əlaqədar ən çox müraciət etdiyi ünvandır. Hazırda müraciət edən şəxslərin məmnunluğunu və rahatlığını təmin etmək məqsədilə xidmət mərkəzlərinin əksəriyyəti növbə, qeydiyyat, videonəzarət, səsyazma və qiymətləndirmə (sorğu keçirmə) sistemləri ilə təchiz edilib və mərkəzin girişində 3 elektron növbə tutma terminalı quraşdırılıb. Xidmət mərkəzlərinə müraciət edən şəxslərə burada zəruri kömək göstərilir, onlar bütün elektron xidmətlərdən istifadə edə bilir, yazılı (kağız daşıyıcısında) olan müraciətlərini təqdim edə və hazır sənədi götürə bilirlər. Bundan əlavə, xidmət mərkəzlərində Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi adından vergi ödəyicilərinə «ASAN imza» üzrə sertifikat xidmətləri göstərilir. Xatırladaq ki, vergi ödəyicilərinə xidmət strukturları tərəfindən aprelin 1-dək 270.758 «ASAN imza» sertifikatı verilib. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə uyğun olaraq, bu ildən vergi ödəyicilərinə VÖEN xidmət mərkəzlərində fiziki şəxslərin ilkin vergi uçotu ərizələrinin emalı və şəhadətnamələrin imzalanması, möhürlənməsi və üzlənməsi ilə təqdim olunur.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 22 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























