Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Maliyyə Nazirliyi yerli investorlardan 122 milyon manat borc aldı

Maliyyə Nazirliyi istiqraz yerləşdirərək 122 milyon 26 min 500 manat cəlb etdi.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyi yerli investorlardan  122 milyon manat borc aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

3 noyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105021783 ISIN-li, 100 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Marja Birjaya istinadən xəbər verir ki, hərrac zamanı 11 investor tərəfindən qiyməti intervalı 96.3005 (8.9102%) və 100.6281 (6.5099%) olan 17 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000  (6.8500%), orta ölçülmüş qiyməti 100.0053 (6.8471%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 248 milyon 7 min 400 manat yerləşdirilmiş həcmi isə 122 milyon 26 min 500 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  1 noyabr 2022-ci  ildir.

Hərrac iştirakçıları 4 noyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

03.11.2020 16:24

Müştərilərin xəbərləri

Mobil Xəbər Lentinin aşağısı-2_23
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10