Məşhur şirkətin kolbasaları naməlum ətlərdən hazırladığına şübhə!
Daşkəsən rayonunun ərazisində yerləşən “Elba” MMC-yə məxsus heyvan kəsimi, emalı fabrikində mənşəyi məlum olmayan heyvan ətləri aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildiriblər ki, aprelin 26-da Daxili İşlər Nazirliyinin Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Daşkəsən-Gəncə avtomobil yolunda sürücü Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi “Hyundai” markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 50 qutuda (hər biri 20 kq) 1000 kiloqram sümükdən ayrılmış, karton qutulara qablaşdırılmış və dondurulmuş mənşəyi məlum olmayan heyvan ətləri aşkarlanıb.
Polis əməkdaşları tərəfindən saxlanılmış avtomobilin yük yerində aşkarlanmış mənşəyi məlum olmayan heyvan ətlərinin Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, Elçin Rüstəmovun rəhbərlik etdiyi “Elba” MMC-yə məxsus heyvan kəsimi və emalı fabrikində yükləndiyi məlum olub və müəssisəyə baxış keçirilib.
Baxış zamanı fabrikin 1 nömrəli kamerasında hər biri 20 kiloqram olmaqla 260 qutu, hər biri 40 kiloqram olmaqla 12 qutu, ümumilikdə 5680 kiloqram sümükdən ayrılmış karton qutulara qablaşdırılmış, dondurulmuş, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan ətləri, həmçinin hər biri 6 kiloqram olmaqla 60 ədəd polietilen paketə qablaşdırılmış, mənşəyi bilinməyən, ümumi çəkisi 360 kiloqram olan heyvanın iç piyi, 2 baş iribuynuzlu heyvanın başı, dərisi, ayaqları aşkarlanıb. Eyni zamanda “Elba” MMC-yə məxsus 2 nömrəli soyuducu kamerada 2 baş iribuynuzlu heyvanın başı, dərisi, ayaqları və daxili orqanları aşkar olunub.
Daşkəsən Rayon Polis Şöbəsinin müraciəti əsasında Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları sürücü Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi “Hyundai” markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, Elçin Rüstəmovun rəhbərlik etdiyi “Elba” MMC-yə məxsus heyvan kəsimi və emalı fabrikində aşkarlanmış ətlərin və ət məhsullarının mənşəyini, sağlamlığını müəyyənləşdirmək məqsədilə nümunələr götürərək, müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.
Aşkar edilmiş ətlər, iç piyləri, başlar, dərilər və digər orqanlar müayinələr başa çatana qədər fabrikin 1 nömrəli soyuducu kamerasına yığılaraq, qapısı möhürlənməklə müvəqqəti saxlanca qoyulub.
Bununla əlaqədar Daşkəsən Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.
Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcək.
Qeyd edək ki, “Elba” MMC Elba" kolbasalarının istehsalçısıdır.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 7 d. əvvəl
-
-
18 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 22 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
























