Naxçıvanda POS-terminalların say artır
Naxçıvanda POS-terminal, bankomat və ödəniş terminallarının sayının artması ilə müşayiət olunur. Belə ki, üçüncü rübdə banklar tərəfindən 59 təmassız ödəniş etməyə imkan verən POS-terminal və 4 çoxfunksiyalı ödəniş terminalı quraşdırılıb.
Muxtar respublika iqtisadiyyatının müasirləşməsində nağdsız ödəniş sisteminin genişləndirilməsinin rolu danılmazdır. Nağdsız dövriyyənin əsas şərtlərindən biri POS-terminalların tətbiqinin çoxaldılmasıdır. Üçüncü rübdə proqramın icrasına uyğun olaraq 14 publik hüquqi şəxs statuslu müəssisədə POS-terminal quraşdırılması nağdsız ödənişlər sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsinə xidmət edib.
Dövlət proqramının icrası istiqamətində muxtar respublika ərazisində fəaliyyət göstərən POS-terminal quraşdırılan ticarət, iaşə və digər xidmət obyektləri sahiblərinin ödəniş kartları ilə təmin edilməsi ödəniş xidmətlərinin effektivliyinin artmasına şərait yaratmaqdadır. Həyata keçirilən tədbirlər vergiödəyicilərin bir sıra ödənişləri nağdsız şəkildə ödəməsi üçün yeni imkanlar formalaşdırır. POS-terminal quraşdırılarkən təqdim edilmiş kartlar vasitəsilə iyul-sentyabr aylarında 102 vergiödəyicisi tərəfindən 48 min 46 manat, şəxsi kartları vasitəsilə 135 vergiödəyicisi tərəfindən 52 min 783 manat məbləğində vergi və sosial ayırmaların nağdsız qaydada ödənilməsi təmin edilib. Bütün bunlarla yanaşı, özəl sektorda işçilərin əməkhaqlarının nağdsız formada ödənilməsi istiqamətində görülən işlər də səmərəli xarakter daşıyır. Qeyd etmək lazımdır ki, proqramın icrasına uyğun olaraq üçüncü rübdə 123 vergiödəyicisi üzrə 373 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin olunub.
Nağdsız ödənişlərin həcminin artırılması üçün stimullaşdırıcı tədbirlərin təşkili effektiv nəticə verməkdədir. Görülən işlər insanları rəqəmsal ödəniş xidmətlərindən istifadəyə həvəsləndirir. Üçüncü rübdə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən bir sıra güzəştlər tətbiq olunub, ödəniş kartları ilə bağlı kampaniyalardan 128 müştəri istifadə edib. Onların sifariş etdikləri kartların dəyəri üzrə 50 faiz həcmində endirim əldə etmələri təmin olunub. İyul ayında “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 13-cü tirajı keçirilib, 400 manatdan yuxarı nağdsız ödəniş aparan 426 vətəndaşa 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.
“2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ı icra olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 saat əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
1 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
-
1 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
1 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 2 gün əvvəl
-
2 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
3 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
























