“YAŞAT” Fondu şəhid ailələri və əlillilərin kreditləri və borclarını ödəyəcək
“YAŞAT” Fondunun vəsaitləri şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması istiqamətində də istifadə olunacaqdır.
Marja xəbər verir ki, bu, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda əksini tapıb.
Qeyd edək ki, Qaydalar Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.
Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.
Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr) və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə bank hesabı açılır. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.
Maliyyə vəsaiti şəklində verilən yardımların (ianələrin) Fond tərəfindən toplanılması aşağıdakı üsullarla həyata keçirilir:
- onlayn qaydada – fiziki və hüquqi şəxslərin Fondun rəsmi internet səhifəsi və elektron ödəniş sistemləri üzərindən etdikləri ödənişlər;
- SMS vasitəsilə – fiziki və hüquqi şəxslərin Fondun qısa nömrəsinə SMS göndərməklə etdikləri ödənişlər;
- bank köçürməsi vasitəsilə – Fondun bank hesabına fiziki və hüquqi şəxslərin banklar və pulköçürmə sistemləri vasitəsilə etdikləri ödənişlər;
- terminal vasitəsilə – fiziki və hüquqi şəxslərin xüsusi ödəmə terminalları vasitəsilə etdikləri ödənişlər;
- qanunla qadağan olunmayan digər ödəniş vasitələrindən istifadə etməklə edilən ödənişlər.
Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:
- şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;
- müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;
- təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;
- məişət şəraitinin yaxşılaşdırılması;
- Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlər.
Fond tərəfindən şəxsə əlavə dəstək onun müraciəti əsasında göstərilir. Şəxsin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Müraciətlərin elektron qaydada formalaşdırılması ilə bağlı könüllülər müraciət edən şəxsə yardım göstərirlər. Fonda edilən müraciətlər, ehtiyacların prioritetliyi nəzərə alınmaqla, Dövlət Agentliyinin bu məqsədlə yaratdığı informasiya sistemində növbəlilik prinsipi ilə sıralanır. Ehtiyacların prioritetliyi müvafiq dövlət orqanlarından (qurumlarından) və müraciət edən şəxsdən əldə edilmiş məlumatlar nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında Dövlət Agentliyinin müəyyən etdiyi əmsallara uyğun olaraq qiymətləndirilir:
- Bu Qaydaya müvafiq ehtiyac istiqaməti;
- müraciətin ilkin və ya təkrar olması;
- müraciət edən şəxsin maddi vəziyyəti, orta aylıq gəliri;
- himayəsində azyaşlı uşağın olması;
- ailədə əmək qabiliyyətli şəxslərin sayı;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət təltiflərinin olması;
- dövlət tərəfindən digər dəstək tədbirlərinin göstərilməsi.
Dövlət Agentliyi daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır və nəticəsi barədə müraciət edən şəxsə bildiriş göndərir. Şəxsə dəstək göstərilməsi barədə qərar qəbul edildikdən sonra 10 iş günü müddətində maliyyə yardımı müraciət edən şəxsə bank vasitəsilə təqdim olunur. Eyni müraciətlə bağlı Fondun vəsaiti hesabına və ya müvafiq dövlət orqanının (qurumunun) əvvəllər yardım etdiyi, habelə müraciətdə göstərilən dəstəyin verilməsi üçün Fondun balansında kifayət qədər vəsait olmadığı hallarda, müraciət edən şəxsin razılığı ilə alternativ maliyyələşdirmə üsulu tətbiq olunur. Alternativ maliyyələşdirmə üçün şəxsin müraciəti Fondun rəsmi internet səhifəsində yerləşdirilir və onun fiziki və ya hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsinə imkan yaradılır. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Himayəçilik Şurası Dövlət Agentliyinin təklifləri əsasında Fondun xərc istiqamətlərini müəyyən edir;
Dövlət Agentliyi:
- Fonda daxil olan vəsaitin xərclənməsi istiqamətlərinə dair təkliflərini Himayəçilik Şurasına təqdim edir.
- Himayəçilik Şurasının qərarına əsasən Fondun vəsaitinin idarə edilməsi ilə bağlı cəlb edilmiş kənar auditor yoxlamalarının keçirilməsinə lazımi şərait yaradır;
- Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları, eləcə də digər zəruri məlumatları Himayəçilik Şurasına təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
59 d. əvvəl
Azərbaycanda ət idxalı sürətlə artır - 9 ayda 89,4 milyon dollarlıq alış
-
-
1 saat əvvəl
Azərbaycanda 16%-lik yeni istiqrazlar satışa çıxarılacaq – Hərrac tarixi açıqlandı
-
1 saat əvvəl
Azercell-in lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! ®
-
1 saat əvvəl
PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib
-
4 saat əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
4 saat əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
5 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
























