“Ofisait” şirkəti istehsal sahələrini artırır
Azərbaycanda dəftərxana və ofis ləvazimatları sektorunun lideri “İnci” Şirkətlər Qrupu istehsal sahələrini genişləndirir.
“Marja” xəbər verir ki, şirkətlər qrupuna daxil olan “Ofisait” şirkəti salafan paketlərin (klok) istehsalına başlayıb. Ticarət şirkətləri istənilən ölçüdə, rəngdə və dizaynda salafan paket sifariş verə bilərlər.
“Ofisait” şirkəti az sifarişləri də qəbul edir. Əgər digər isehsalçılarda minimum sifariş həcmi 300 kq təşkil edirsə, “Ofisait” 150 kq-dan başlayan sifarişləri qəbul edir.
Qeyd edək ki, idxalın yerli istehsal ilə əvəzlənməsi, yeni iş yerlərinin açılması üçün “Ofisait” bir neçə istehsal sahəsini yaradıb. Şirkət A4 kağız, zərf və fayl istehsalını qurub. “Ofisait” yerli istehsala malik olduğundan və birbaşa xarici istehsalçılar ilə işlədiyindən Azərbaycanda dəvtərxana və ofis ləvazimatları sekorunda ən aşağı qiymətləri təklif edir. “Oyal”, “Assis”, “Cassa” və “Quicks” “Ofisait” şirkətinin brendləridir.
Əlavə edək ki, bu yaxınlarda manatın dollar qarşısında sabitləşməsini nəzərə alan “Ofisait” şirkəti əksər məhsullarına 10%, aparıcı məhsullarda (kağız və kağız məhsulları) isə xüsusi endirimlər tətbiq etmişdir. Siz “Ofisait” şirkətinin məhsullarını www.ofisait.com və həmçinin Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən “Ofisait” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz. Əgər evinizdən və ya ofisinizdən çıxmadan almaq istədiyiniz məhsulların təcili ünvanınıza çatdırılmasını istəyirsinizsə o zaman heç düşünmədən veb sayt və ya telefon vasitələrilə şirkətlə əlaqə saxlayıb sifarişinizi edə bilərsiniz. Bakı və Sumqayıt şəhərinə məhsullarınız sifariş verdiyiniz vaxtdan 10 dəqiqədən – 1 iş gününə qədər çatıdırılacaqdır. Azərbaycanın regionlarına isə 1 iş günündən – 3 iş gününə qədər çatıdırılacaqdır.
Tel.: +99412 310 08 98 ,
Mob: +99455 414 8 414
email : [email protected]
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 44 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























