Bu şəxslərin övladlarına aylıq 400-500 manat təqaüd ödəniləcək
Deputat: “Şəhid olan zabitlərin övladlarına aylıq 400-500 manat təqaüd ödəniləcək”Büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin (Əmək pensiyasının sığorta hissəsinə əlavələr) ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi təklif edilir.
Deputat əmək pensiyasının sığorta hissəsinə əlavələrin ləğv edilməsindən irəli gələn məsələlərə aydınlıq gətirib.
Milli Məclisin deputatı Kamal Cəfərov açıqlamasında bildirib ki, bununla şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin aylıq 300 manatdan 500 manatadək artırılması təklif olunur.
K. Cəfərov qeyd edib ki, bundan əlavə, 11 min manat məbləğində birdəfəlik sığorta ödənişi həyata keçiriləcək: “Şəhid olan zabitlərin övladlarının hər birinə 18 yaşına qədər ortalama 400-500 manat (hər bir övlada görə aylıq məbləğ) ödəniləcək. Şəhidin pensiya hüququ olmadıqda hər bir ailə üzvü 80 manat məbləğində müavinət alacaq, övladları təhsil haqlarından azad olunacaq. Şəhidin pensiya alan valideynlərinə aldıqları pensiyaya əlavə 93,5 manat əlavə veriləcək. Bunlarla yanaşı, şəhid ailələri mənzil və ya fərdi evlə təmin ediləcək”.
APA
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
2 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























