Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Millət vəkili Yevda Abramovdan Manat proqnozu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Millət vəkili Yevda Abramovdan Manat proqnozu

"Süni yolla nəfəs verməklə xəstəni 1-2 gün yaşatmaq olar. Düşünürəm ki, gələn il manat üzən məzənnəyə keçəcək və uzağı ikinci kvartalda manat bir yerdə duracaq və real məzənnəsini tapacaq"

 

Reklam_3_11

Millət vəkili Yevda Abramovun verdiyi müsahibənin bəzi hissələrini təqdim edirik:

 

- Manatın məzənnəsinin nəzarətdə saxlanması gözlənilməz ssenarilərlə əlaqələndirilir. Necə düşünürsüz, bu gedişlə əhalinin vəziyyəti necə olacaq, yaxın illərdə hansı sosial dəyişikliklər ola bilər?



- Bilirsiz, nikbin olmaq lazımdır, gələcəyə nikbin baxmaq lazımdır. Ulu öndər hakimiyyətə gələndə Azərbaycanın xəzinəsində pul yox idi. Ölkədə taxıl yox idi. O, qonşu ölkələrə mütəxəssislər, müxtəlif insanlar göndərdi, ölkəyə taxıl gətirdi, müqavilələr bağlandı. Bu gün Azərbaycanın milyardlarla pulu var. Neft Fondunun, SOCAR-ın pulu var. Biz kasıb ölkə hesab olunmuruq, həm də bütün pulları gətirib xərcləyə bilmərik. Bizim prezident iqtisadi—siyası prosesləri dərindən analiz edə bilən, Azərbaycanın çətinliklərini hamımızdan əvvəl duyan, dünyada gedən prosesləri də analiz edib Azərbaycanın inkişafı ilə uyğunlaşdıran və sərt strategiyası olan bir prezidentdir. Bizim gələcək iqtisadi inkişafımızla bağlı 12 maddəlik strateji yol xəritəmiz var. Sadəcə olaraq, prezidentin yanında olmaq lazımdır. Xalqı sevmək lazımdır. Vətəni sidq-ürəkdən sevmək lazımdır. Xalqın çətinliyini görmək, xalqla nəfəs almaq lazımdır. Xalqın çətinliyini gözü ilə görməyən şəxs bunu dərk edə bilməz. Hər qaranlıq gecənin bir işıqlı sabahı var. Biz 2017-ci ili adlaya bilsək, 2018-ci il bizim ümumdaxili məhsulumuz artacaq. Manat öz layiqli yerini tuta bilər. Hər şey kadrların səriştəliliyindən asılıdır. 2017-ci ildə Azərbaycanda çox şeyi kadrlar həll edəcək. Əgər kadr yerindədirsə, tutduğu vəzifəyə layiqdirsə o, Azərbaycanı bu bəlalardan xilas edə bilər. Ümid edirəm ki, cənab prezident gələn ilin əvvəlində özünün vəd etdiyi, mesajını verdiyi bir sıra dəyişiklikləri edəcək və islahatlara doğru gedəcəyik və biz artıq gələn ilin ikinci yarısında hökumətin hesabatında cənab prezidentin məruzələrində mənim bu gün dediklərimi oxuya biləcəyik.



- Gələn il tam üzən məzənnəyə keçidin baş verəcəyi bildirilib. Bu o deməkdir ki, daha ağır bahalaşma dalğası yarana bilər. Əhalini qorumaq üçün nə etmək olar?



- Üzən məzənnəyə keçmək asan deyil, bunu başa düşmək lazımdır. Bunun yolları var və Rusiya, Qazaxıstan kimi ölkələr bu yolu gedir. Xalq özü də hazır olmalıdır. Amma yenə deyirəm, bizim başqa yolumuz yoxdur. Biz manatı sərbəst buraxmalıyıq. Süni yolla nəfəs verməklə xəstəni 1-2 gün yaşatmaq olar. Düşünürəm ki, gələn il manat üzən məzənnəyə keçəcək və uzağı ikinci kvartalda manat bir yerdə duracaq və real məzənnəsini tapacaq.



Bazara külli miqdarda pul buraxmaq olmaz. Parlamentdə çıxışımdan sonra cənab prezidentin göstərişi ilə bank rəhbərləri tutuldu, qara bazarda insanlar böyük pullarla yaxalandılar. Medaiaya inansaq, məmurlardan biri 100 milyon dolları xaricə çıxarıb. Necə çıxarıb, necə baş verib ki, biz qanunda göstəriləndən artıq pul çıxara bilmirik, o isə 100 milyon dolları çıxarda bilib. Ona görə də xalqın üzərinə də iş düşür. Xalqda bir vətənpərvərlik, təpər olmalıdır.

© Lent.az

21.12.2016 06:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ