Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Palatadan Dövlət Neft Fonduna 22 tövsiyə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatadan Dövlət Neft Fonduna 22 tövsiyə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Hesablama Palatası  “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsi”nə rəy verərək Fonda tövsiyələr verib

Palata, Rəy üzrə məlumatları ümumiləşdirərək aşağıdakıları qeyd edib:

1. Xam neftin orta illik ixrac qiymətinin Fondun ilkin büdcəsində nəzərdə tutulan qiymət ilə müqayisədə aşağı olması (9 aylıq göstəriciyə əsasən 07.08.2020-ci il tarixinə kimi nəzərdə tutulmuş 55 ABŞ dollarına qarşı 41,4 ABŞ dolları və qeyd olunan tarixdən 35 ABŞ dolları məbləğində nəzərdə tutulması) və hasilatın cari ilə nisbətən azalması, xərclərin isə gəlirləri üstələməsi Fondun növbəti il üçün büdcəsində 4 249,3 mln. manat həcmində kəsirin (defisitin) yaranmasına şərait yaratmasını;

2. Fondun gəlirlərinin əsas mənbəyini təşkil edən Azəri-Çıraq-Günəşli yatağı üzrə növbəti ildə hasilat həcminin cari ildən 1,8% az (3,0 mln. barel) nəzərdə tutulması, 1 barrel neftin orta illik ixrac qiymətinin 40 ABŞ dolları məbləğində proqnozlaşdırılması mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlərin cari ilin proqnozuna nisbətən 207,5 mln. manat azalma ilə proqnozlaşmasına şərait yaratmasını;

3. Fondun 2020-ci ilin 9 ayı ərzində mənfəət neftinin və qazın satışından əldə edilən gəlirləri (3 203,3 milyon ABŞ dolları) 2019-cu ilin eyni dövrü ilə müqayisədə (6 641,4 milyon ABŞ dolları) ABŞ dolları ifadəsi ilə daxilolmalarda 51,8 faiz azalma müşahidə edilməsini;

4. Neftçala, Xıllı, Durovdağ-Babazanan yataqları üzrə, habelə Qobustan yataqları üzrə xam neftin 40 ABŞ dolları qiyməti ilə mənfəətin yaranmaması, Muradxanlı-CəfərliZərdab yatağı üzrə layihəyə xitam verilməsi ilə əlaqədar olaraq Fonda müvafiq ödənişlərin proqnozlaşdırılmaması;

 

5. 2021-ci il üçün orta illik gəlirlik göstəricisinin (1,09%) cari ilin proqnoz göstəricisindən (0,53%) 0,56% çox, cari ilin 9 aylıq göstəricisindən (0,56%) isə 0,53% çox olmasını;

6. Cari ilin 9 aylıq göstəricilərinə əsasən büdcədənkənar gəlirlər nəzərə alınmaqla (2 394,1 mln.manat) Fondun aktivlərinin ilin əvvəlinə nisbətən 0,08% azalmasını;

7.Büdcədənkənar gəlirlərin formalaşmasında qızıl üzrə qiymət fərqinin xüsusi əhəmiyyət kəsb etməsini (2 394,1 mln.manata qarşı 2 086,3 mln manat);

8. Fondun vəsaitlərinin növbəti il üzrə idarə olunmasından əldə edilən proqnoz gəlirlərin (759,7 mln.manat və ya 446,9 mln. ABŞ dolları) 2019-cu ilin müvafiq icra göstəricilərindən 2 866,2 mln. manat və ya 4,8 dəfə az, 2020-ci ilin proqnoz və gözlənilən icra göstəricisindən 369,4 mln manat və ya 94,6% çox olmasını; 9. Fondun aktivlərinin cari ilin 9 ayı ərzində büdcədənkənar gəlirlər nəzərə alınmadan əhəmiyyətli dərəcədə azalması, vəsaitlərin idarəedilməsi ilə bağlı gəlirliyin 6 ayın yekunlarına görə -0,18% səviyyəsində, 9 ayın yekunlarına görə isə 0,56% həddində olması, ilin sonuna vəsaitlərin idarə olunmasından əldə olunan gəlirlər üzrə əhəmiyyətli dəyişikliyin olması ehtimalını artırmasını;

10. Qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklərin müşahidə edilməsi, pandemiyanın qlobal iqtisadiyyata təsiri və ölkələrin iqtisadiyyatın dəstəklənməsi məqsədi ilə monetar yumşalma tədbirlərinin həyata keçirməsi və bunun nəticəsi olaraq daha aşağı risk və daha yüksək likvidlik dərəcəsi ilə səciyyələnən istiqrazlara tələbatın artmasını şərtləndirərək yüksək investisiya dərəcəli sabit gəlirli qiymətli kağızlar bazarında gəlirlilik səviyyəsinin aşağı düşmə ehtimalının yüksək olmasını;

11. Dünya iqtisadiyyatında baş verən proseslər nəticəsində səhm bazarında davam edən qeyri-müəyyənliklərin qlobal səhm indekslərinin dəyərində kəskin volatilliyin yaranmasına şərait yaratmasını;

12. Fondun 2021-ci il üzrə büdcəsinin 4 249,3 mln. manat məbləğində kəsirlə proqnozlaşdırılması, cari ilin 9 aylıq icra göstəricilərinə əsasən (büdcədənkənar gəlirlər nəzərə alınmadan) maliyyə aktivlərinin gəlirlik göstəricilərində mənfi tendensiyanın davam etməsi növbəti il üçün proqnozlaşdırılan gəlirlilik göstəricisinin 1,09% səviyyəsindən aşağı olma ehtimalının olmasını;

13. Növbəti il üçün Fondun investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisinin 65%, Avroda 20%, İngilis funt sterlinqində 5%, digər valyutalarda isə 10% səviyyəsində proqnozlaşması;

14. Fondun büdcəsində nəzərdə tutulan xərclərinin gözlənilən icrasını nəzərə almaqla, habelə 2020-ci ilin sonuna büdcədənkənar gəlir və xərclərin dəyişkənliyini və neftin qiymətinin dəyişməsinin ilin sonuna Fondun aktivlərinə təsirini nəzərə alaraq 2020-ci ilin sonuna Fondun aktivlərinin həcminin 42 577,2 mln. ABŞ dolları məbləğində proqnozlaşdırılmasını;

15. Fondun aktivlərinin azalma tendensiyasının gələn ildə davam edəcəyi, bu ilin sonuna proqnozlaşdırılan 42 577,2 mln. ABŞ dollarına qarşı 2021-ci il üçün 3,46% azalaraq Fondun orta çəkili vəsaitinin 40 077,6 milyon ABŞ dolları məbləğində olmasının proqnozlaşdırılmasını;

16. Maliyyə aktivləri üzrə 30.09.2020-ci il tarixinə ilin əvvəli ilə müqayisədə gəlirilik göstəricilərinin borc öhdəlikləri və pul bazarı aktivi üzrə 3,02%-ə qarşı 1,35%, səhmlər üzrə 21,50%-ə qarşı (-1,58%), daşınmaz əmlak aktivi üzrə 7,35%-ə qarşı (-2,63%) azalmaların müşahidə edilməsini;

17. İnvestisiya portfelinin tərkibində qızılın həcminin artırılmasına üstünlük verilməsini və əlavə olaraq cari ildə 557,25 kq (17 915,92 troya unsiyası) qızıl alınması nəticəsində Fondun investisiya portfelinə daxil olan qızılın ümumi miqdarının 101 800,9 kq (3 272 974,83 troya unsiyası) və ya 6 186,3 mln. ABŞ dolları təşkil etməsini (investisiya siyasətində yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10%-ə qarşı 14,4% təşkil etmişdir);

18. Maliyyə Nazirliyi tərəfindən Fonda idarəetməyə verilən vəsaitlərin həcminin 9 aylıq göstəricilərə əsasən cari ilin əvvəli ilə müqayisədə 321,7 mln. ABŞ dolları məbləğində azalmasını və 8,14 mln. ABŞ dolları həcmində əlavə faiz hesablanmaqla 30.09.2020-ci il tarixə qalıq vəsaitin 985,1 mln ABŞ dolları təşkil etməsini;

19. Valyuta bazarındakı vəziyyətin tənzimlənməsi, büdcə qarşısında olan öhdəliklərin tam və vaxtında həyata keçirilməsi, dövlət büdcəsinin xarici valyutalı borc öhdəliklərinin zərurət yarandığı təqdirdə Fond tərəfindən xarici valyuta vasitəsilə ödənilməsinin təmin edilməsinin zəruriliyini;

20. Fondun 2021-ci il üzrə investisiya portfelinin həcminin azalmasını və cari ildə qızıl alt portfelinin məcmu dəyərinin nəzərdə tutulmuş həddən yüksək olmasını əsas tutaraq investisiya siyasətinə təklif olunan aktiv növləri üzrə portfelin 50%-ni sabit qiymətli kağızlar, 25%-ni səhmlər, 10%-ni daşınmaz əmlak və qızıl portfelinin isə 15%-ə qədər artırılmasının nəzərə alınmasını;

21. Daşınmaz əmlak üzrə gəlirlilik səviyyəsinin ilin əvvəli ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olması və beynəlxalq maliyyə institutlarının illik hesabatlarında bir sıra potensial risk parametirlərini özündə ehtiva etməsi Fond tərəfindən daşınmaz əmlaka investisiyaların idarə edilməsinin müvafiq istiqamətlər üzrə daha da optimalllaşdırılmasının şərtləndirməsini;

22. Fondun əsas kapitalının itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən hədəf gəlirliliyi və risklərin idarə edilməsi üzrə tələblərə dair yeni yanaşmanın zərurətini.

05.01.2021 17:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ