Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Maliyyə Nazirliyi 50 milyon manatlıq istiqraz yerləşdirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyi 50 milyon manatlıq istiqraz yerləşdirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

19 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 50 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Marja Birjaya istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0105002882

Emissiya həcmi

50 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

728  gün

Faiz ödənişləri (olduqda)

20 iyul 2021-ci il, 18 yanvar 2022-ci il,

19 iyul 2022-ci il, 17 yanvar 2023-ci il

Faiz gəliri

7 %

Ödəmə tarixi

17.01.2023

Anderrayter

“Paşa Kapital İŞ”

 QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Dövlət Ortamüddətli İstiqraz
14.01.2021 11:32
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

SON XƏBƏRLƏR

Mobil Xəbər Lentinin aşağısı-2_23
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10

SON XƏBƏRLƏR