Ən yuxarı statik reklam-3_3

Azərbaycanın ən böyük bankı 130 milyon manata yaxın xalis mənfəət açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən böyük bankı 130 milyon manata yaxın xalis mənfəət açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın ən böyük bankı, dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC mənfəətlə fəaliyyət göstərməkdə davam edir. Ötən il Bankın müştərilərə verdiyi kreditlər, kreditlər üzrə faiz gəlirləri, haqq və komissiya gəlirləri artıb.

53 MİLYON MANAT MƏNFƏƏT VERGİSİ ÖDƏYİB

Reklam_3_11

Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı 2020-ci ili 129 milyon 391 min manat xalis mənfəətlə başa vurub. Bankın ümumi mənfəəti 182 milyon 821 min manat olub. Bank əldə etdiyi mənfəətdən 53 milyon manat vergi ödəyib. Yada salaq ki, Azərbaycan Beynəlxalq Bankı 2019-cu ili 302 milyon 316 min manat xalis mənfəətlə bağlamışdı.

Ötən illə müqayisədə Bankın xalis mənfəətinin azalması, əsasən, əsas bank fəaliyyəti ilə bağlı olmayan birdəfəlik gəlir və xərclərlə bağlıdır. Belə ki, əsas fərqlər maliyyə hesabatlarında “digər gəlirlər” və “digər xərclər” adları ilə əks olunub. Həmçinin bu, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın artması ilə əlaqədardır. Məlumdur ki, ötən il pandemiya ilə əlaqədar məhdudiyyətlər (sərt karantin rejimləri), neft qiymətlərinin kəskin düşməsi, 2-ci Qarabağ müharibəsilə əlaqədar olaraq iqtisadi aktivlik zəifləyib və bu vəziyyət banklara da təsir edib. Bütün dünya, o cümlədən Azərbaycan iqtisadiyyatı üçün pis keçən ötən bir ildə Azərbaycan Beynəlxalq Bankı gəlirlərinin kəskin azalmamasına və xalis mənfəətə nail olub.

150 MİLYON MANAT DİVİDENT ÖDƏYİB

2020-ci il ərzində Azərbaycan Beynəlxalq Bankı 2019-cu ilin mənfəətindən səhmdarlarına 150 milyon manat divident ödəyib. Dividentin 142 milyon 729 min manatı Bankın əsas səhmdarı olan dövlətə ödənib.

BANKIN ƏNƏNƏVİ BANKÇILIQ ÜZRƏ GƏLİRLƏRİ (KREDİT FAİZİ ÜZRƏ GƏLİRLƏR, HAQQ VƏ KOMİSSİYA) ARTIB

Azərbaycan Beynəlxalq Bankının cəmi faiz gəlirləri 2019-cu illə müqayisədə 2020-ci ildə 35 milyon 696 min manat və ya 8% azalsa da, 400 milyon manat səviyyəsindən çox – 406 milyon 244 min manat təşkil edib. Faiz gəlirlərinin azalması, Azərbaycan Beynəlxalq Bankının digər banklardakı və maliyyə institutlarındakı depozitlərinin azalması ilə bağlıdır. Bu istiqamət üzrə illik faiz gəlirləri 67 milyon 842 min manat azalaraq 165 milyon 898 min manatdan 98 milyon 56 min manata düşüb. Bankın müştərilərə verdiyi kreditlərin artması nəticəsində kreditlər üzrə faiz gəlirləri isə artıb. Belə ki, 2019-cu illə müqayisədə 2020-ci ildə müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 41 milyon 194 min manat və ya 20% artaraq 242 milyon 186 min manat təşkil edib. Eyni zamanda investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 5 milyon 838 min manat artıb.

Əməkhaqqı, inzibati, ümumi və digər xərclərin artması ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankının qeyri-faiz xərcləri 58 milyon 477 min manat və ya 35,3% artaraq 224 milyon 146 min manat təşkil edib. O cümlədən, ötən il “digər xərclər” 48 milyon 180 min manat artaraq 111 milyon 2 min manat təşkil edib. Əsas bank fəaliyyəti ilə bağlı olmayan “Digər xərclər” üzrə birdəfəlik artım istisna edilərsə, bankın qeyri-faiz xərcləri cəmi 10 milyon manat ətrafında artıb.

Ötən il 203 milyon 212 min manat əməliyyat mənfəətindən 20 milyon 391 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılıb (2019-cu ildə ehtiyatlardan 53 milyon 267 min manat azad olaraq mənfəətə əlavə edilmişdi). 53 milyon 429 min manat isə mənfəət vergisi ödənilib. Nəticədə, Bank ötən ili 129 milyon 391 min min manat xalis mənfəətlə başa vurub.

MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB

2019-cu illə müqayisədə 2020-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən cəmi müştərilərə verilmiş kreditlər 234 milyon 115 min manat və ya 9,8% artaraq 2 milyard 609 milyon 99 min manata çatıb. O cümlədən, Bankın biznes kreditləri 72 milyon 177 min manat artaraq 1 milyard 323 milyon 360 min manata, daşınmaz əmlak kreditləri 70 milyon 761 min manat artaraq 685 milyon 808 min manata yüksəlib. İstehlak kreditlərinin həcmi 599 milyon 930 min manat təşkil edib.

Ötən il Azərbaycan Beynəlxalq Bankı digər banklar və maliyyə institutlarındakı depozitlərini 731 milyon 923 min manat azaldaraq 2 milyard 484 milyon 845 min manata endirib. 2019-cu ilin sonunda bu depozitlər 3 milyard 216 milyon 768 min manat idi.

QİYMƏTLİ KAĞIZLARA İNVESTİSİYALAR 1 MİLYARD MANATI AŞIB

Ötən il Azərbaycan Beynəlxalq Bankı qiymətli kağızlara investisiyalarını 398 milyon 385 min manat artıraraq 1 milyard 267 milyon 976 min manata çatdırıb. 2019-cu ilin sonunda Bankın qiymətli kağızlara investisiyaları 869 milyon 592 min manat təşkil etmişdi.

CƏMİ AKTİVLƏRİ 9 MİLYARD MANATA YAXINDIR

Banklar və digər maliyyə institutlarındakı depozitlərin və nağd pul vəsaitlərinin azalması ilə əlaqədar olaraq 2019-cu illə müqayisədə 2020-ci ildə “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi aktivləri 260 milyon 568 min manat azalaraq 8 milyard 962 milyon 793 min manata geriləyib. 2019-cu ilin sonunda Bankın cəmi aktivləri 9 milyard 223 milyon 361 min manata çatmışdı.

ƏHALİNİN DEPOZİTLƏRİ ARTIB

Ötən il Azərbaycan Beynəlxalq Bankında fiziki şəxslərin depozitləri 102 milyon 674  min manat artıb. Hüquqi şəxslərin depozitləri isə 188 milyon 206 min manat azalıb. Nəticədə Bankın cəmi depozit portfeli 85 milyon 531 min manat azalaraq 5 milyard 549 milyon 577 min manata düşüb.

BANKIN KAPİTAL MÖVQEYİ DAYANIQLIDIR

31 dekabr 2020-ci il tarixində Azərbaycan Beynəlxalq Bankı 1 milyard 326 milyon 602 min manat cəmi kapitala, o cümlədən 1 milyard 224 milyon 478 min manat səhmdar kapitalına malik olub. Bankın Kapital adekvatlığı əmsalı 32%-dən yüksək olmaqla minimum requlyativ tələbi 3 dəfəyə yaxın üstələyir.

Beynəlxalq Bank mənfəət gəlir kredit aktiv kapital
19.01.2021 10:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ