Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakı Fond Birjası səhmdarlarına hesabat verəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Fond Birjası səhmdarlarına hesabat verəcək

İyunun 14-də, saat 15:00-da “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının ənənəvi illik yığıncağı keçiriləcək.

 

Yığıncaq paytaxtdakı hotellərdən birində olacaq.

 

Yığıncağın gündəliyinə Birjanın 2016-cı ildəki fəaliyyətinə dair maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.

 

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı" və ləğvetmə prosesində olan "United Credit Bank" ASC-lər), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.

 

© Report

03.05.2017 15:52

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ