Agentlikdən "zərər" açıqlalamsı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi konsolidə olunmuş maliyyə hesabatlarına dair kənar auditor rəyi ilə bağlı açıqlama yayıb.
Marja xəbər verir ki, açıqlamada deyilir:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Nizamnaməsinin 4.5.18-ci bəndinə əsasən öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir. Nizamnamənin tələbini rəhbər tutaraq Agentlik 2019-cu il üzrə illik maliyyə hesabatının auditini “böyük dördlüyə” daxil olan audit şirkətlərindən biri olan “PwC Azerbaijan” MMC-yə həvalə edib.
Öz fəaliyyətində daim şəffaflığın təmin olunmasına önəm verərək “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq konsolidə edilmiş maliyyə hesabatlarına dair kənar auditor rəyi Agentlik tərəfindən rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2019-cu il tarixində başa çatan il üzrə Agentliyin və onun törəmə müəssisələri üçün (birlikdə “Qrup” adlandırılır) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmışdır. Nəzərinizə çatdırırıq ki, “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” adlı 20 nömrəli Mühasibat Uçotunun Beynəlxalq Standartının 2 (c) bəndinə əsasən, dövlət büdcəsindən daxil olan vəsaitlər Agentliyin gəliri kimi tanınmadığı üçün həmin vəsaitlər Agentliyin konsolidasiya edilmiş mənfəət və ya zərər və s. məcmu gəlir haqqında hesabatında qeyd olunmamışdır. Sözügedən vəsaitlər Agentliyin konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatında kapital bölməsinin sair ehtiyatlar bölməsində əks etdirilmişdir.
Agentliyin əsas əməliyyat gəlirləri yığılmış icbari tibbi sığorta haqları hesab edilir və 2019-cu ildə sığortahaqlarının yığımı həyata keçirilmədiyindən, həmçinin dövlət büdcəsindən daxil olan vəsaitin gəlir kimi tanınmaması səbəbindən audit rəyinə əsasən 2019-cu ildə zərər qeydə alınmışdır. Eyni zamanda həmin dövr ərzində icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdəki tibb müəssisələrində çalışan tibb və qeyri-tibb heyətinin əməkhaqlarında və bonuslarında artım olmuşdur. Əlavə olaraq həmin tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilmişdir.
2019-cu ilin tanınmış gəlirləri isə cəmi 1 milyon 874 min manat olmuşdur ki, bura baza zərfi ilə əhatə olunmayan (istisnalar zərfi) tibbi xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və azadolmalardan əldə edilən vəsait aiddir. Hesabatda qeyd olunduğu kimi, 2019-cu ildə pilot ərazilərdəki vətəndaşların istifadə etdiyi tibbi xidmətlərin maya dəyəri 35 milyon 776 min manat, Agentliyin ümumi və inzibati xərcləri 22 milyon 961 min manat təşkil etmişdir.
Kənar auditor rəyinə əsasən, 2019-cu ilin sonuna Agentliyin nizamnamə kapitalı 9 milyon 565 min manat, Qrupun cəmi kapitalı 168 milyon 667 min manat təşkil etmişdir. Həmçinin, Qrupun aktivləri 174 milyon 226 min manat təşkil etmişdir ki, bundan 50%-i uzunmüddətli aktivlərdir. Eyni zamanda, qeyd edilən dövrdə Qrupun uzunmüddətli öhdəlikləri 848 min manat, qısamüddətli öhdəlikləri isə 4 milyon 750 min manat təşkil etmişdir.
Qeyd edək ki, icbari tibbi sığortanın 2019-cu ildə pilot layihə kimi tətbiq olunduğu ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) baza zərfi çərçivəsində 343 min 800 sakinə tibbi xidmətlər ödənişsiz təqdim edilmişdir. Həmin dövr ərzində icbari tibbi sığorta haqları toplanılmamışdır. Bu da öz növbəsində hesabatda xərclərin gəlirləri üstələməsinə təsir edən vacib amillərdən biridir.
Beləliklə nəzərinizə çatdırırıq ki, illər üzrə dövlət büdcəsindən daxil olan vəsaitlərin gəlir kimi tanınmaması səbəbindən Agentlik müvafiq illəri zərərlə başa vurmuş hesab edilmişdir.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
AİB Azərbaycanda dəmir yolu və metro infrastrukturunun modernləşdirilməsi üçün 652 milyon dollardan çox kredit ayırıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
9 d. əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
-
- 14 d. əvvəl
- 36 d. əvvəl
-
40 d. əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
1 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
1 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
1 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Ən çox oxunanlar
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır ®
AİB Azərbaycanda dəmir yolu və metro infrastrukturunun modernləşdirilməsi üçün 652 milyon dollardan çox kredit ayırıb



















