Azərbaycannın zərgərlik bazarında islahatlar aparılacaq - "ALICILAR ƏYYARDA ALDADILIR"
"AzerGold" QSC tərəfindən istehsal edilən sikkə və külçələrinin satışı üzrə mərkəzin yaradılmasını nəzərdə tutur.“Ötən ilin fevral ayında aparılmış müzakirələr zamanı bir sıra satıcılar tərəfindən nəzarət orqanının mövcud olmamasından istifadə edilərək göstəriləndən daha az əyyarlı zərgərlik məhsullarını alıcılara təqdim edilməsi əsas problemlərdən biri kimi qeyd olunmuşdur”.
Marja xəbər verir ki, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, QSC ötən il sənayenin daha bir sahəsi – zərgərlik sənayesinin inkişafı ilə bağlı icra edilmiş layihələrdə də fəal iştirak etmişdir:
"Bildiyiniz kimi, 2020-ci ilin fevralın 18-də İqtisadiyyat Nazirliyinin təşəbbüsü və rəhbərliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və "AzerGold" QSC-nin iştirakı ilə “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüş keçirilmiş, zərgərlik sənayesinin inkişafını ləngidən bir sıra problemlər gündəmə gətirilib. Görüşdə İqtisadiyyat Nazirliyi və digər qurumlar tərəfindən zərgərlik bazarında alternativ yollarla, yəni qaçaqmalçılıq, vergilərdən yayınma və s. üsullarla məmulatların satışa çıxarması və müvafiq nəzarət orqanının mövcud olmamasından istifadə edərək göstəriləndən daha az əyarlı məhsulları alıcılara təqdim etməsi əsas problemlərdən biri kimi qeyd olunub. Bununla yanaşı, müəyyən edilmişdir ki, Çin, Hindistan, İtaliya və Türkiyə kimi bu sahədə zəngin təcrübəyə malik ölkələrdə xammal qızıl, qiymətli daşlar və hazır məmulatların maya dəyərinə əlavələrin (ƏDV və digər rüsumlar daxil) təqribən 0-24% arasında təşkil etdiyi halda, ölkəmizə idxal olunan xammal qızıl, qiymətli daşlar və məmulatlara maya dəyərinin əlavələri ortalama 42%-dək artır. Bu da bazar iştirakçıları tərəfindən xammalı qeyri-qanuni yollarla əldə edərək alternativ yollarla istehsal etməyə, eyni qaydada da satışa çıxarmağa və nəticədə vergi və rüsumların ödənilməsindən yayınmağa sövq edir.
Digər tərəfdən, dünyada müasir və innovativ keyfiyyətə nəzarət mexanizmlərinin mövcud olmasına baxmayaraq, hazırda yerli zərgərlik sənayesinin dəyər zənciri üzrə keyfiyyətə nəzarət sistemlərinin yoxluğu iqtisadi itkilərlə, tədarükçülərin və alıcıların hüquqlarının pozulmasına səbəb olması faktları əsas problem kimi müəyyən edilib.
Bütün bu problemlərin həlli məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən İşçi qrup yaradılmışdır. İşçi qrupun fəaliyyəti çərçivəsində hazırlanmış təkliflər zərgərlik sənayesində mövcud fiskal siyasət çərçivədə stimullaşdırma, gömrük rüsumlarının, o cümlədən, aksiz və əlavə dəyər vergisinin optimallaşdırılması, məmulatların dövriyyəsinə və keyfiyyətinə nəzarət mexanizminin tətbiqi, maliyyələşdirmə və stimullaşdırma mexanizmlərinin formalaşdırılması, zərgərlik ənənələrinin gənc nəslə ötürülməsi məqsədilə peşə təhsil məktəblərinin yaradılması və s. istiqamətlərdə sistemli islahatların aparılmasını ehtiva edir. İslahatların icrası nəticəsində zərgərlik sahəsi üzrə ölkə büdcəsinə vergi və rüsum formasında daxilolmaların artacağı gözlənilir. Bununla yanaşı, artıq qızıl istehsalçıları rəsmi və şəffaf formada xammal əldə etmək və bu xammaldan istehsal ediləcək qızıldan hazırlanan məmulatların ixracını rahatlıqla həyata keçirmək imkanını da qazanmış olacaqlar".
"Sözügedən sistemli islahatların nəticəsində "AzerGold" tərəfindən atılacaq ilk addımlardan biri kimi satış mərkəzinin yaradılması nəzərdə tutulub. Burada "AzerGold" tərəfindən istehsal edilən sikkə və külçələrinin minimal mənfəət marjası ilə satışı və bu məhsulların qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı reallaşdırılacaq", - Z. İbrahimov qeyd edib.
Beləliklə, "AzerGold" QSC-dən qızıl sikkə və külçələri əldə etmək istəyən müştərilər gələcəkdə bu məhsulların təkrar bazarda hansı qiymətlə sata biləcəyini təxmin edəcəklər. Tətbiq edilməsi planlaşdırılan sistem bu sahədə ikinci əl bazarının "kölgə iqtisadiyyatı"ndan çıxarılmasına mühüm töhfələr verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 15 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
13 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
14 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Ən çox oxunanlar
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb




















