Ötən il kafe və restoranlar bağlı olsa da "Carlsberg Azerbaijan"ın pivə satışı artıb
Mağazalarda çəllək pivəsi və süzmə avadanlığı yerləşdirməklə satışlar artırılıb.Pandemiya olmasına baxmayaraq "Carlsberg Azerbaijan"ın ötən il üzrə satış həcmləri 2019-cu il ilə müqayisədə 16% artmışdır.
Şirkətin yaydığı məlumata görə, ənənəvi ticarət kanallarında (kiçik mağazalar) satış həcminin artımı 20%, müasir ticarət kanallarında (şəbəkə mağazalarında) 58% təşkil etmişdir.
"COVID-19 virusunun yayılmasının qarşısının alınmasına yönəlmiş kafe və restoranların fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdə şirkət diqqətini pivə bazarının nisbətən yeni kanalı olan DIOT kanalına (mağazalarda çəllək pivəsi) yönəltdi. Süzmə avadanlığının böyük şəbəkə mağazalarında maksimum yerləşdirilməsi bu kanalda satış həcmində əhəmiyyətli bir artım əldə etməyə imkan verdi. On-trade kanalında (kafe, restoranlar) satış həcmi qeyd olunan məhdudiyyətlər səbəbindən 43% azaldı",- Şirkətin məlumatında deyilir..
Şirkətin, demək olar ki, bütün brendləri üzrə satış həcmlərinin artımı müşahidə olnub: Xırdalan (+7%), Carlsberg (+180%), Kuler (+27%), Əfsanə (+122%).
"Carlsberg pivəsinin satış həcmlərinin əhəmiyyətli dərəcədə artımı pərakəndə satış nöqtələrindəki kommunikasiya dəstəyi və promo-aktivliklərlə, Xırdalan pivəsinin satış həcmlərinin artımı Xirdalan Non-filtered (filtrasiya olunmamış) növünün banka qablaşdırmada istehsal olunması, Əfsanə pivəsinin isə satış göstəricilərinin artımı - dizaynın yenilənməsi və pivə xəttinin genişlənməsi ilə əlaqədardır. Ötən il ərzində mağazalara təqdim olunan yeniliklər artıq istehlakçılar tərəfindən sevilmişdir: zəngin dadı olan, yetişmiş albalının ətri və yüngül acılığı olan Baltika 9 Albalı və tərkibində təbii moruq şirəsi və vitaminlər olan alkoqolsuz pivə Baltika 0 Moruq. Baltika brendinin bütün xətti yenilənmiş dizaynda istehlakçılara təqdim edildi",- məlumatda deyilir.
Qeyd edilib ki, son illər ərzində Carlsberg Azerbaijan qeyri-neft sektorunda Azərbaycanın ən böyük vergi ödəyicilərindən biri olmuşdur. Beləliklə, 2020-ci ildə Dövlət büdcəsinə vergi ödəmələrinin məbləği 35,7 milyon AZN təşkil edib ki, bu da 2019-cu il üçün vergi ödəmələrindən 47% çoxdur.
26 noyabr 2020-ci il tarixində AzərŞəkər şirkəti ilə Azərbaycanda pivəlik arpa becərilməsi üzrə tərəfdaşlıq çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Xatırladaq ki, 2019-cu ildə pivəlik arpanın lokallaşdırılması məqsədi ilə Carlsberg Azerbaijan və AzərŞəkər Azərbaycanda pilot layihə başlatmışdırlar və layihənin uğurlu nəticəsi təşəbbüskarlara arpa lokallaşdırılmasının daha da miqyaslanmasını planlaşdırmağa imkan vermişdir. 2020-ci il Noyabr ayının ortalarında Şəmkir rayonunda 70 hektar ərazidə pivəlik arpa əkilmişdir ki, bu da Carlsberg Azerbaijan-ın 2021-ci ildə arpaya illik tələbatının 10% təmin edəcək və 2022-ci ilədək yerli arpa tədarükünü xeyli artıracaqdır.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
3 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var





















