Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən "Bir topa adam" filmi təqdim edildi
(®️) Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Bir topa adam" filmi bu günlərdə izləyicilərə təqdim edilib. “Qarabağ” silsiləsindən birinci film olan "Bir topa adam" filmində Qarabağ münaqişəsinin başlamasına rəvac verən hadisələr, ermənilərin törətdiyi qətliamlar, eyni zamanda bu müharibə fonunda baş verənlər real faktlarla ekranlaşdırılıb.
Vətənpərvərlik mövzusunda çəkilən filmin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və müharibənin faciəvi nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. “Planet Parni iz Baku Films” şirkətinin çəkdiyi ekran əsərinin senari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, rejissoru isə Ənvər Mansurovdur. Qeyd edək ki, filmin çəkilməsinə “Nar” da dəstək olub.
Tahir İmanovun sözlərinə görə, kino informasiya müharibəsinin ən güclü vasitələrindən biri olduğu üçün Vətən müharibəsinin gərgin dövrlərində Qarabağ münaqişəsi haqqında film çəkmək qərarına gəlirlər: “Həqiqətləri dünyaya çatdırmaq üçün filmlər çox güclü vasitələrdən biridir. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə film çəkməyi planlaşdırırıq. "Bir topa adam" filmində biz müharibənin əslində necə başladığını göstərməyə çalışmışıq. Biz bir ailənin prizmasından müharibənin dəhşətlərini canlandırmışıq. Filmin çəkilişində göstərdiyi dəstəyə görə “Nar”a öz təşəkkürümüzü bildirirk”.
Qeyd edək ki, filmin tam versiyasına aşağıdakı link vasitəsilə baxmaq olar:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 10 saat sonra
-
4 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















