Avro, Funt, Lirə və qızıl ucuzlaşa, neft bahalaşa bilər
Maliyyə bazarlarında son vəziyyətEUR.
Avropa Mərkəzi Bankının toplantı protokolunda avronun bahalaşmasından narahat olmasının göstərilməsi, EUR/USD məzənnəsinə qarşı təzyiqləri artırmışdır. Bununla yanaşı, Amerikada korona böhranının aprel ayından bitəcəyinə dair açıqlamaların verilməsi, müqaviməti daha da artırmışdır.
Beləliklə, hazırda 1.22$-ın altında ticarət edilən avro, 1.21$-ın qırılması ilə 1.20$-a kimi ucuzlaşa bilər.
GBP.
Eyni texniki tendensiya GBP/USD məzənnəsində də müşahidə edilir. Breksit sərhəd xaosu fonunda da mütəxəssislər xəbərdarlıq edirlər. Şimali İrlandiya isə AB ilə saziş arasında regiona dair protokolu məhkəməyə verməyə hazırlaşır.
Bütün sözügedən hadisələr İngiltərədə iqtisadi və siyasi risklərin artması ilə bərabər, funtun ucuzlaşmasını da gücləndirə bilər. Bu istiqamətdə 1.40$-ın qırılması önəmli rol oynayacaqdır.
TRY.
TCMB-nin növbəti dəyişməz faiz qərarından sonra USD/TRY məzənnəsi 6.89TL-də dəstək görərək bahalaşıb. 6.93TL-nin üzərində qaldıqca, 7.10TL-yə kimi də bahalaşa bilər.
OIL.
Qlobal enerji bazarlarında təklifin artması proqnozları, Avropanın Brent neftinin bir barel qiymətinin 62$-a kimi korreksiyasına səbəb olmuşdur və 64$ ilə aralıqda ticarət ediləcəyi proqnozlaşdırılır.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Qlobal iqtisadi risklərin azalması və inkişaf proqnozlarının artması, əlvan metallar bazarlarında güvənli liman sərmayə aləti kimi qızıla olan tələbi də azaltmışdır. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1800$-ın (57.9 $/qram) altında qaldıqca, 1700$-a (57.9 $/qram) kimi dəyər itirə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















