Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“SOCAR PETROLEUM” Şuşadan başlayıb

“SOCAR PETROLEUM” işğaldan azad edilmiş ərazilərdə yanacaq təminatı sahəsini genişləndirməyi hədəfə alıb. Şirkət bu istiqamətdə ilk fəaliyyətə Şuşadan başlayıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
“SOCAR PETROLEUM” Şuşadan başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

“SOCAR PETROLEUM” cari ilin 12 fevral tarixində Şuşa şəhərinin yanacaq təminatını həyata keçirmək məqsədilə yeni modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə vermişdir. Bu günə qədər həmin yanacaqdoldurma məntəqəsində iki ton A-92 markalı benzin və on ton dizel yanacağının satışı baş tutmuşdur. Satılan yanacaq növlərindən əldə olunmuş gəlirdən ƏDV ödənişləri də həyata keçirilmişdir. Beləliklə, “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti Şuşa şəhərində yanacaq təchizatçısı olaraq vergi ödəyən ilk şirkət olmuşdur.

Reklam_3_11

 

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirən ən böyük şirkətlərdən biri olmaqla həm əvvəlki illərdə, həm də 2021-ci ilin nəticələrinə görə ən qabaqcıl vergi ödəyicilərindən biridir. Hələ müstəqilliyimizin ilk illərindən başlayaraq Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların mühüm istiqaməti ölkə iqtisadiyyatının fiskal siyasətinin prioritetlərinin müəyyənləşdirilməsindən ibarət olmuşdur. Bu gün vergi sahəsində həyata keçirilən islahatlar, vergi inzibatçılığının təkmilləşdirilməsi və ən son texnologiyaların tətbiq olunması şirkətimizdə mütərəqqi vergi sisteminin formalaşmasına zəmin yaratmışdır.

Modultipli YDM inşasında xarici və yerli təcrübədən istifadə edilir

Modul tipli yanacaqdoldurma məntəqələrinin istismara verilməsi bizim üçün ilk deyil. Belə ki, bundan əvvəl müxtəlif ərazilərdə də “SOCAR” adı altında bu tip yanacaqdoldurma məntəqələri quraşdırılaraq sürücülərin istifadəsinə verilmişdir. Xüsusilə qeyd edək ki, “SOCAR PETROLEUM” cari ilin 5 yanvar tarixində ən çətin relyefə malik, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən Şahdağ Turizm Kompleksinin ərazisində modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə vermişdir.

Modul tipli yanacaqdoldurma məntəqələrinin iki əsrə yaxın tarixi var. Hələ 1800-cü illərdə dünyada ilk dəfə modul və konteyner tipli yanacaqdoldurma məntəqəsi yaranmışdır. Bu növ məntəqələrin tarixi köhnə olsa da, bu günümüzə qədər gəlib çatmışdır. Həmin təcrübədən bir çox ölkələr yararlandığı kimi, hazırda Azərbaycan da bu sistemdən istifadə edir.

Respublikamızda modul və ya konteyner adlı yanacaqdoldurma məntəqələri ilk olaraq “SOCAR PETROLEUM” tərəfindən istismara verilmişdir.

Müasir texnologiya və innovativ avadanlıqlarla təchiz edilmiş yanacaqdoldurma məntəqəsi konsepsiyası

Qlobal dünyada Azərbaycanın strategiyası innovasiyaların inkişafı vasitəsilə biliklər iqtisadiyyatına doğru irəliləməkdədir. Azərbaycan sistemli iqtisadi islahatların mürəkkəb yolunu keçərək bir çox cəhətdən MDB ölkələrini geridə qoymuşdur. Bu gün Azərbaycanda azad bazar iqtisadiyyatının inkişafı üçün münbit zəmin yaradılmışdır. Həyata keçirilmiş islahatların nəticələri göz qabağındadır. Azərbaycanın iqtisadiyyatı dünyada sürətlə inkişaf edən iqtisadiyyatlardandır.

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti hazırda iqtisadiyyatın sənaye inkişafı fazasına daxil olmuşdur. Eyni zamanda cəmiyyət yanacaqdoldurma məntəqələri sahəsində yeni texnologiyaların inkişafını yüksək səviyyədə təbliğ və təşkil edir.

Ölkəmizdə müasir iqtisadiyyata keçidlə bağlı “SOCAR PETROLEUM” QSC-nin də üzərinə mühüm vəzifələr düşür. Ən yeni texnologiyaların tətbiq olunmasında daha yeni uğurlara imza atacağımız şübhə doğurmur.

“SOCAR PETROLEUM” QSC dövrümüzün ən müasir texnoloji tələblərinə uyğun olaraq, adi yanacaqdoldurma məntəqələrindən fərqli şəkildə, işğaldan azad olunmuş Qubadlı rayonunun Eyvazlı kəndi ərazisində innovativ yanacaqdoldurma məntəqəsini istifadəyə verməyi planlaşdırır. İnşa ediləcək bu tipli müasir yanacaqdoldurma məntəqəsi dünyanın ən qabaqcıl texnologiyaları ilə təchiz ediləcəkdir.

Şuşa şəhərinin giriş hissəsində “SOCAR” brendli yanacaqdoldurma məntəqəsinin inşasına hazırlıq görülür

Vətən müharibəsi bitdikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması ilə bağlı verdiyi qərar və sərəncamlara əsasən, Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrasına işğaldan azad edilmiş bölgələrimizdə də sürətlə yerinə yetirilməyə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı  qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil magistral yolunun təməlqoyma mərasimindən sonra dərhal layihənin icasına start verildi. Yeni Füzuli-Şuşa magistral avtomobil yolu azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazilərindən keçməklə sözügedən rayonların 20-dən artıq iri yaşayış məntəqələrindən keçəcəkdir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm qoyması bütün sahələrdə qazanılmış uğurlarla yanaşı, əhalinin məşğulluq səviyyəsinin və rifah halının daha da yüksəlməsinə səbəb olmuşdur. Bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması siyasəti birbaşa insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Cənab Prezident İlham Əliyevin göstərdiyi hərtərəfli diqqət və qayğı bizi işimizə daha böyük həvəslə və peşəkarlıqla yanaşmağa ruhlandırır. Azərbaycan Prezidentinin, hər zaman olduğu kimi, verdiyi tapşırıq və tövsiyələr öz aktuallığını qoruyub saxlayır və hədəflərimizin əsasını təşkil edir.

“SOCAR PETROLEUM” QSC Azərbaycan Respublikasının hüdudları daxilində inkişaf etməkdə olan nəqliyyat infrastrukturuna günün tələbləri səviyyəsində hərtərəfli xidmət göstərərək, yanacaqdoldurma məntəqələri şəbəkəsinin əhatə dairəsini genişləndirmək və bu sahəni inkişaf etdirmək üçün irihəcmli sərmayə qoyuluşları həyata keçirməyi planlaşdırır. Cəmiyyətin təqdim etdiyi bütün xidmətlər vətəndaşlarımızın rahatlığını tam təmin etmək məqsədi daşıyır.

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti ölkə ərazisində neft məhsullarının topdan və pərakəndə alqı-satqısını təşkil etməklə yanaşı, çoxsahəli nəqliyyat infrastrukturuna və beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətini həyata keçirir. “SOCAR PETROLEUM” QSC “SOCAR” brendi ilə kommersiya fəaliyyətinə başlamış, elm və texnikanın ən son nailiyyətlərini özündə əks etdirən müvafiq xidmət sahələri ilə komplektləşdirilmiş, müasir tələblərə cavab verən layihələr əsasında yanacaqdoldurma məntəqələrini inşa etdirir və istismar edir.

Cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq regionlarda infrastruktur layihələrinin icrasının davam etdirilməsi, əhalinin məşğulluğunun artırılması və yeni iş yerlərinin açılması ilə əlaqədar insanların rifah halının yüksəldilməsini nəzərə alaraq Şuşa şəhərinə çəkilən Füzuli-Şuşa magistral avtomobil yolunun Şuşa şəhərinə girişində yeni yanacaqdoldurma məntəqəsinin tikintisi planlaşdırılır.

“SOCAR PETROLEUM” respublikamızın bütün bölgələrində dövrümüzün tələblərinə cavab verən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməyi davam etdirəcəkdir.

Üzeyir HƏBİBBƏYLİ,

“SOCAR PETROLEUM” QSC-nin mətbuat katibi, filologiya üzrə fəlsəfə doktoru

 

 

Üzeyir HƏBİBBƏYLİ SOCAR PETROLEUM
11.03.2021 07:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ