Mərkəzi Bank Novruz bayramından öncə qərar qəbul edəcək!
Azərbaycan Mərkəzi Bankınıb İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il mart ayının 19-da ictimaiyyətə açıqlanacaqdır.
Marja-nın məlumatına görə, Mərkəzi Bank 2021-ci ilin Yanvar ayında Pul siyasətinin dəyər baxımından yumşaldılmasında fasilə verdiyini açıqlamışdır. 29 Yanvar 2021-ci il tarixində keçirilmiş iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmiş, faiz dəhlizinin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdı. Həmin qərar ortamüddətli dövr üzrə inflyasiya və anti-inflyasiya amillərinin tarazlaşması nəzərə alınaraq qəbul edilmişdir. Pul siyasətinin dəyər baxımından yumşaldılmasında fasilənin mövcud qeyri-müəyyənliklərin və uçot dərəcəsində dəyişmə potensialının qiymətləndirilməsi ilə bağlı olduğu qeyd edilmişdi.
Eyni zamanda Mərkəzi Bank bəyan etmişdi ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiya səviyyəsi və inflyasiya gözləntiləri, proqnoz horizontunda iqtisadi aktivliyin bərpa tempi, daxili və xarici risklərin reallaşması ehtimalları, onların maliyyə bazarlarına təsirləri nəzərə alınmaqla qəbul ediləcəkdir.
Dünyada koronavirusa qarşı peyvəndləmənin başlamasına baxmayaraq qeyri-müəyyənliklər davam edir, pandemiyada 3-cü dalğa ehtimalı güclənir. Eyni zamanda, ilk 2 ayda Azərbaycanda iqtisadi artım bərpa olunmamış, yanvar-fevral aylarında ölkə iqtisadiyyatı 3,2% azalıb. Dünyada ərzaq qiymətlərinin sürətlə artması da inflyasiyaya yüksəldici təsir edir.
Koronavirus ilə bağlı qeyri-müəyyənlik, iqtisadi aktivliyin tam bərpa olunmaması, dünya ərzaq qiymətlərinin yüksəlməsi Mərkəzi Bankdan pul siyasətində təmkinli olmağı tələb edir.
Yumuşaldılmanın davam etməsinə imkan verən proseslərdən biri neft qiymətlərinin yüksəlməsidir, amma digər amillərin də müsbətə qayıtması vacibdir.
Neftin bahalaşması Azərbaycanın tədiyyə balansının profisitinin artmasına səbəb olur. Mərkəzi Bank dəfələrlə qeyd edib ki, xarici sektor göstəricilərinin yaxşılaşması, qəbul olunmuş makroiqtisadi çərçivə və ümumi daxili məhsulu üstələyən valyuta ehtiyatları makroiqtisadi sabitliyin əsas lövbəri olan məzənnənin dayanıqlığının əsas şərtidir.
Qısası, hazırda artan qlobal ərzaq qiymətləri inflyasiyaya artırıcı təsir göstərsə də, iqtisadi aktivlik və tələbin tam bərpa olunmaması inflyasiyaya azaldıcı təsir göstərir və balansı tarazlaşdırır. Ehtimalla, Mərkəzi Bank 19 Mart toplantısında da pul siyasətinin yumşaldılmasında fasiləni davam etdirəcəkdir.
Xatırladaq ki, 18 dekabr 2020-ci il tarixində keçirilmiş iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 6.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 6.75% səviyyəsində müəyyən edilmişdi.
2020-ci ildə faiz dəhlizinin parametrləri 8 dəfə müzakirə edilmiş, uçot dərəcəsi mərhələlərlə 7.5%-dən 6.25%-ə və faiz dəhlizinin yuxarı həddi 9.25%-dən 6.75%-ə endirilmişdir. Faiz dəhlizinin aşağı həddi isə 5.75% səviyyəsində dəyişməz saxlanılmışdır. Ümumilikdə, uçot dərəcəsi 2018-ci ilin əvvəlindən bəri 2.4 dəfə (15%-dən) azalmışdır.
UÇOT FAİZ DƏRƏCƏSİ NƏDİR?
Nəzəriyyəyə görə, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat əvvəl
-
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
19 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
19 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 19 saat əvvəl
-
20 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















