Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Banklardan Novruz bayramı endirimləri və hədiyyələri - KAMPANİYALAR VƏ ŞƏRTLƏRİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklardan Novruz bayramı endirimləri və hədiyyələri - KAMPANİYALAR VƏ ŞƏRTLƏRİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əksər Azərbaycan bankı və bəzi bank olmayan kredit təşkilatları Novruz bayramı münasibətlə kampaniyalarını elan ediblər. Müştərilər bu kampaniyalardan faydalanaraq daha aşağı xərclə kredit ala və kart əldə edə bilərlər. 

Marja.az, həmin kampaniyalar barədə məlumatları təqdim edir.

Reklam_3_11

AccessBank

AccessBank yeni nağd kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində, müştərilər 30.000 AZN-dək krediti illik 17%-dən başlayan şərtlə əldə edə bilərlər. Komissiya haqqı 0%-dən nəzərdə tutulub.

Kampaniyadan yararlanmaq üçün AccessBankın yaxınlıqdakı filialına müraciət edə bilərsiniz. Ətraflı məlumat üçün 151 Əlaqə mərkəzi xidmətinizdədir.

AFB Bank

AFB Bank 10.03.2021-10.04.2021-ci il tarixlərində Novruz Bayramı münasibətilə yeni kampaniyaya start verib.

“Novruz kampaniyası” çərçivəsində Bankın müştərilərinə “Nağd pul krediti” məhsulunun illik faiz dərəcələrinə 5% -dək endirim tətbiq edilir:

- [3 ay- 12 ay] – 17%

- [13 ay-24 ay] - 19%

-  [25 ay-36 ay] - 21%

Kampaniyasının şərtlərinə əsasən kreditlər 20.000 AZN-dək rəsmiləşdirilə bilər və kredit məbləği 5000 AZN-dək olduqda zamin tələb olunmur. Qeyd edək ki, 18 yaşdan başlayaraq ən azı davamlı 6 ay iş təcrübəsi və rəsmi gəliri olan hər kəs kredit üçün müraciət edə bilər.

Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif  bank xidmətlərini təklif edir. Bu xidmətlər barədə daha ətraflı www.afb.az saytından, 1545 çağrı mərkəzindən əldə edə bilərsiniz.

Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankı “Yaz fürsəti” adlı kampaniyasına start verib. Kampaniya çərçivəsində eyni zamanda bankın bir neçə məhsulları üzrə xüsusi imtiyaz və endirimlər təklif edilir. “Yaz fürsəti” kampaniyasında təklif edilən şərtlər aşağıdakı kimidir:

- Martın 31-dək davam edəcək “Yaz fürsəti” kampaniyası çərçivəsində müştərilər TamKart kredit kartını pulsuz əldə edərək kredit faizinə endirim qazana bilərlər. Kredit 18%-dən başlayan illik faiz dərəcəsi ilə, 48 ay müddətinə, 30 000 manatadək təklif edilir.

- Eyni kampaniya çərçivəsində Bankın TamKart debet  kartlarını 50% endirimlə əldə etmək olar. Kartları həm Bankın filiallarında, həm də rəsmi internet səhifəsində onlayn sifariş vermək mümkündür.

- Nağdsız ödənişlərindən millər toplayıb pulsuz səyahət imkanı qazanmaq istəyənlər isə Azərbaycan Beynəlxalq Bankının “Yaz fürsəti” kampaniyasından faydalana bilərlər. Belə ki, Bankın belə bir imkanı yaradan IBA Miles kartları indi müştərilərə endirimli  qiymətlə təklif edilir. Müştərilər martın 31-dək IBA Miles kartlarını onlayn sifariş əsasında 30% güzəştlə əldə edə bilərlər. Üstəlik, kart onlayn sifariş edildikdə müştərinin ünvanına pulsuz çatdırılır.

- “Yaz fürsəti” kampaniyası çərçivəsində  18 - 28 mart tarixləri aralığında TamKart sahibləri alış-verişlərini Azərbaycan Beynəlxalq Bankının partnyor şəbəkəsində bu kartla etdikdə daha çox kəşbək və endirimlər qazanacaqlar. Bankın partnyor şəbəkəsi ilə buradan ətraflı tanış ola bilərsiniz.

“Yaz fürsəti” kampaniyasının sadalanan imtiyazlarından indi hər kəs faydalana bilər. Kampaniya barədə daha ətraflı: https://ibar.az/yazfurseti

Azərbaycan Beynəlxalq Bankı - 2

Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına da start verib. Hər bir müştəri bu kampaniyadan faydalanaraq krediti daha sərfəli şərtlərlə əldə edə bilər.

 Kampaniyanın özəllikləri:

 -Məbləğ – 30000 manatadək

 -Müddət – 48 ayadək

 -İllik faiz dərəcəsi – 18%-dən başlayaraq

Kampaniya 31 mart tarixinədək keçərlidir. Bu kampaniya dövründə Bankdan kredit alan müştərilərə TamKart VISA/MC Classic/Standart kartı hədiyyə ediləcək. TamKart debet VISA/MC Gold, TamKart kredit VISA/MC Platinum, TamKart debet VISA/MC Premium kartları isə 50% endirimlə təklif olunacaq. Kampaniya zamanı bu təklifləri dəyərləndirərək Azərbaycan Beynəlxalq Bankından həm kredit götürən, həm də TamKart alan müştərilərə kreditin faizində də 1% endirim ediləcək.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Azər Türk Bank

Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başladığı kampaniyanı yeni və daha sərfəli şərtlərlə davam etdirir.

Beləi ki, 9 mart 2021-ci il tarixdən etibarən “İstehlak” kreditləri müştərilərə endirilmiş faizlərlə təklif edilir.

Kampaniya ərzində 3 aydan 48 ay müddətinədək rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsi 15%-dən başlayır.

Qeyd edək ki, 24 ayadək verilən kreditlər üzrə komissiya nəzərdə tutulmamışdır.

Bundan əlavə, Bank göstərilən tarixədək, müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

Kampaniyanın müddəti 9 aprel 2021-ci il tarixinədəkdir.

Ətraflı məlumatı https://atb.az/ saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Bank of Baku

Bank of Baku, bayramda müştərilərini sevindirəcək və onların üzünü güldürəcək bahar əhval-ruhiyyəli kampaniyalara start verib.

Belə ki, Novruz münasibətilə 15-20 mart tarixləri arasında Bank of Baku-ya müraciət edən HƏR KƏS 30.000 AZN-dək Nağd Pul Kreditini,

-KOMİSSİYASIZ;

-ZAMİNSİZ;

-ENDİRİMLİ FAİZ şərtləri ilə əldə edə bilərlər.

Sığorta haqqının da olmadığı kredit kampaniyasından əmək haqqı və iş yerindən asılı olmayaraq HƏR KƏS faydalana bilər.

Qeyd edək ki, kampaniya çərçivəsində kredit əldə edən müştərilər növbəsiz çevik rəsmiləşmə üstünlüyündən və İlboyu Qazandıran Kredit kampaniyasından da faydalanacaqlar.

Novruza özəl sərfəli şərtlərlə kredit əldə etmək istəyənlər, krediti bankın filiallarına yaxınlaşaraq, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, WhatsApp-dan müraciət edərək (+99450) 447-00-55) və Onlayn kredit sifarişi (https://bit.ly/2MutncF) bölməsindən sifariş edə bilərlər.

Bank, Novruzda ölkənin ilk taksit kartı olan Bolkart sahiblərini də sevindirəcək. Belə ki,

-15-20 mart tarixlərində Bolkart taksit kartı ilə marketlərdə ümumilikdə min. 200 AZN-lik alış-veriş edən hər kəs 20 AZN CASHBACK;

-19-28 mart tarixlərində Bolkartın bütün “3-18 aya ödə partnyorlarında” alış-veriş edən müştərilər isə ödəniş müddətinə +3 AY HƏDİYYƏ qazanacaqlar.

Bolkart taksit kartını almaq istəyən şəxslər Bank of Baku-nun filiallarına yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və ya onlayn sifariş (www.bolkart.az/az/card-order) edə bilərlər. 

Bank of Baku-nun elan etdiyi kampaniyalar haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, www.bankofbaku.com və ya www.bolkart.az saytına daxil olaraq  tanış ola bilərsiniz.

BANK BTB

Bank BTB Novruz bayramı və bankın 11 illiyi münasibəti ilə “Novruz payı” adlı kampaniyaya start verib.

Belə ki, banka kredit üçün müraciət edən müştərilər sərfəli şərtlərlə kredit götürməklə yanaşı əlavə pul da qazana biləcəklər. Kampaniya müddətində istehlak və biznes kreditləri əldə etmiş şəxslər müddətin sonunda illik faizin 11%-ni hədiyyə olaraq geri alacaqlar. Qeyd edək ki, “Novruz payı” kampaniyası 31 Mart 2021-ci il tarixinədək davam edəcək. Kampaniyanın daha bir üstünlüyü, təklif olunan kreditlərdə komissiya faizinin 0% olmasıdır.

“Novruz payı” kredit kampaniyasından yararlanmaq istəyən şəxslər Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, bankın satış nöqtələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər.

Bank Respublika

Bank Respublika, Novruz bayramının 4 ünsürü ilə bağlı “Öz Çərşənbəni Seç!” adlı kredit kampaniyasına start verib.

Aprel 5-dək davam edəcək kampaniya çərçivəsində banka müraciət edən müştərilər, Novruz Çərşənbələrinin ünsürlərinə uyğun 4 kredit paketini endirimlə və pulsuz əldə edə biləcək:

“SU” PAKETİ:  1)Kredit faizinə 2% endirim; 2) Kredit müddətinin əlavə 6 ay uzadılması; 3)Visa Gold plastik kartı hədiyyə

“OD” PAKETİ: 1)Komissiya 0%; 2) Kredit müddətinin əlavə 6 ay uzadılması; 3)Mastercard PayPass Stiker hədiyyə

“YEL” PAKETİ: 1)Komissiya 0%; 2)3 aylıq güzəşt müddəti; 3)Visa Gold plastik kartı hədiyyə

“TORPAQ” PAKETİ: 1)Kredit faizinə 2% endirim; 2)3 aylıq güzəşt müddəti; 3)Mastercard PayPass Stiker hədiyyə

Qeyd edək ki kampaniya çərçivəsində max.müddәti 48 ay olan 30 000 manatadək nağd istehlak kreditini 15%-dən başlayan faiz dərəcəsi və ZAMİNSİZ əldə etmək mümkün olacaq."Bank Respublika"da kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.

Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq Bank Respublika”nın rəsmi saytındanfacebook səhifəsindən , eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək sifariş edə bilərlər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bank VTB (Azərbaycan)

Bank VTB (Azərbaycan)-ın “0% dəyərini kəşf et” aksiyası çərçivəsində kiçik biznesin “Sərmayə” və “Dövriyyə” kredit
məhsulları daha da sərfəli oldu. İndi sahibkarlar krediti  komissiyasız əldə edə bilər. Yaz aksiyası 30 aprel 2021-ci ilədək qüvvədədir.

Bank VTB (Azərbaycan)-ın kiçik biznes kreditləri sahibkarlara  biznes-ideyalarını reallaşdırmağa və inkişaf etdirməyə kömək edir. “Sərmayə” və “Dövriyyə” kreditləri həm fərdi sahibkarlara, həm hüquqi şəxslərə illik 14,5% -dən başlayan faiz  dərəcəsilə verilir. Hər iki kredit üzrə maksimal məbləğ  660 min manat (və ya rubl ekvivalenti) təşkil edir.

“Sərnayə” krediti əmlakın alınması (o cümlədən nəqliyyat, xüsusi texnika, daşınmaz əmlak), əsas vəsaitin təmiri və yenidən qurulması, tikintisi, yeni fəaliyyət növünün inkişafı və biznesin genişləndirilməsi, eləcə də örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmalar və digər banklardakı borcların maliyyələşməsi üçün təklif edilir. Kreditin müddəti 5 ilədəkdir.

“Dövriyyə” kreditini sahibkarlar dövriyyə vəsaitinin artırılması (əmtəə-material qiymətlilərinin alınması, təchizatçı və podratçılar ilə hesablaşmalar), əməliyyat xərclərinin maliyyələşədirilməsi, eləcə də örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmalar məqsədilə istifadə edə bilərlər. Kreditin müddəti 3 ilədəkdir.

Sahibkarlar kreditləri bank VTB (Azərbaycan)-ın istənilən filialında əldə edə bilər.

Embafinans

Embafinans və Maxi.az “0% Komissiya 0% İlkin ödəniş” kampaniyasını təqdim edirlər.

16 - 31 mart müddətində istənilən məhsulu 0 % komissiya, ilkin ödənişsiz əldə edin, yaxınlarınızı sevindirin, həyatınızı bahar edin!

Embafinans artıq neçə ildir ki, bir çox ailələrin evinin qonağıdır və rahatlığıdır. Hər bir bayram süfrəsinin bəzədildiyi masa, hər bir ailənin oturub bayramlaşdığı yumşaq mebellər, ləzizi bayram neymətləri bişirilən mətbəx ...   Hər birində Embafinans nəfəsi var.

Sərfəli şərtlər, hər bir müştəriyə fərdi yanaşma və minimum rəsmiləşmə zamanı bizim təklifimizi daha da cəlbedici edir.

Daha ətraflı məlumat *1414 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

https://www.facebook.com/embafinans/

https://www.instagram.com/embafinans/

Expressbank

Expressbank-ın yeni kredit kampaniyası çərçivəsində əmək haqqı məbləğindən, iş yerindən və vəzifəsindən asılı olmayaraq hər bir kəs, Expressbank-dan cəmi 15%-lə nağd pul krediti əldə edə bilər. Müştərilər 50.000 manatadək  nağd pul kreditini əldə edərək 60 ayadək ödəyə bilər.

Cari kampaniya mart ayının sonunadək davam edəcək. Kampaniyadan yararlanmaq istəyən müştərilər Expressbank-ın istənilən filialına yaxınlaşa və ya bankın onlayn xidmət kanallarından –    http://www.exb.az/loans/cash/ linkinə keçid edərək, Express24 mobil tətbiqindən, 050 444 41 32 whatsapp nömrəsindən, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya bankın rəsmi saytından krediti onlayn sifariş edə bilər.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az    saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz

Kapital Bank

Kapital Bank-a Novruz bayramı ərəfəsində BirKart müştəriləri üçün yeni güzəştli aksiya təqdim edib. Şərtlərə görə, BirKart ilə partnyor mağazalarında 3 dəfə 100 AZN və daha yuxarı məbləğdə taksitli alış-veriş edən müştərilər 20 AZN qazanacaqlar.

Bundan başqa, Bakcell abunəçilərinə kampaniya müddətində bütün 100 AZN və çox məbləğdə taksit əməliyyatlarına görə “Ulduzum”dan 15 pulsuz danışıq dəqiqəsi əldə edəcəklər. Hər bir müştəri kampaniyadan yalnız bir dəfə 20 AZN qazana bilər. Kampaniya 5 mart 2021-ci ildə başlayır və 5 aprel 2021-ci il tarixinədək davam edəcək. Ətraflı məlumat üçün – https://kbl.az/bksc.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.

Xalq Bank

Xalq Bank xüsusi təklifləri ilə mütəmadi olaraq müştəriləri qarşısında yeni imkanlar açır. Martın 31-dək Xalq Bankın filiallarında MasterCard ödəniş kartlarını 50% endirimlə əldə etmək olar. Aksiya zamanı Bankın filialına müraciət edərək AZN, USD, EUR və GBP valyutalarında MasterCard Debit, MasterCard Standard, MasterCard Gold və MasterCard World Black Edition ödəniş kartlarını endirimli şərtlərlə sifariş etmək və bu kartların verdiyi güzəştlərdən faydalanmaq mümkün olacaqdır.

Belə ki, kampaniya müddəti ərzində müştəri kartın pulsuz əldə edilməsi üçün ilkin mədaxil məbləğinə, yaxud ilkin mədaxil olmadan ödənilən birdəfəlik xidmət haqqına 50% endirim qazanacaq.
Qeyd edək ki, bütün MilliÖn terminalları vasitəsilə Xalq Bank kartlarına balansa dərhal oturmaqla və komissiyasız mədaxil etmək mümkündür.

Xalq Bankın World MasterCard Black Edition kartının əsas üstünlükləri:

24/7 dünyanın istənilən ölkəsində pulsuz MasterCard Concierge xidməti;

Hava limanlarında Mastercard biznes zallarından pulsuz istifadə;

Dünyanın hava limanlarında yerləşən 1000-dən artıq VIP-zaldan sərbəst istifadə hüququ;

374 500 EUR-dək sığorta təminatı olan pulsuz səyahət sığorta proqramı;

Pulsuz İnternet Bank, Mobil Bank və SMS-məlumatlandırma xidmətləri;

Təmassız ödəmə imkanı

Xalq Bankın ödəniş kartları ilə alış-veriş olduqca sərfəlidir, çünki müştərilər daim müxtəlif imtiyazlar əldə edir, əlverişli tərəfdaş təkliflərindən yararlanır, aksiyalarda iştirak edirlər.

Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı Bankın saytından - www.xalqbank.az yaxud 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

PAŞA Bank

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank kiçik və orta biznes sahibləri üçün Novruz bayramına özəl kampaniyaya start verib.

31 mart 2021-ci il tarixinədək keçiriləcək kampaniya çərçivəsində sahibkarlar, məbləğindən asılı olmayaraq “Onlayn biznes krediti”-ni illik 16.5% ilə, “Onlayn biznes kredit xətti”-ni illik 17% olmaqla 12 ay müddətinə rəsmiləşdirə bilərlər. Sahibkarlara biznes kreditlərini girovsuz, Banka gəlmədən və tamamilə onlayn əldə etmə imkanı təklif olunur.

Bundan əlavə qeyd olunan müddət ərzində PAŞA Bankın biznes kreditlərindən yararlanan müştərilərə hədiyyə seçimi də təklif olunur. Belə ki, kampaniyada iştirak edən sahibkarlar “Umico” balanslarına 100 AZN bonus və ya 1 illik korporativ Miles&Smiles kartını hədiyyə olaraq seçə bilərlər.

Kredit xəttinin əsas üstünlüyü istifadə olunan məbləği geri ödədikdən sonra bu məbləğdən təkrar istifadə etmək imkanıdır. Hər dəfə vəsait lazım olduqda yenidən müraciət etməyə ehtiyac qalmır. Kredit xəttindən biznesin cari xərclərini qarşılamaq və ya biznesin inkişafı üçün istifadə etmək mümkündür.

Məlumat üçün bildirək ki, PAŞA Bankda hesabı olmayan şirkətlər həmçinin onlayn kredit xətti üzrə müraciət edə bilərlər. Bunun üçün xidmət aldıqları bankdan hesabdan çıxarış təqdim etmələri kifayətdir.

Ətraflı məlumat üçün keçid: sme.pashabank.az

Premium Bank

“Premium Bank” xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, bayram kampaniyasız olmaz deyərək, sizə geniş imkanlar yaradan, alış-verişinizi səyahətə çevirən “Visa Classic Miles”, “Visa Gold Miles”, “Visa Platinum Miles” və "Visa Signature Miles" kartlarını yarı qiymətinə təklif edirik.

Kampaniyamızdan yararlanmaq istəyən hər kəs 16 – 31 mart 2021-ci il tarixləri arasında bankın baş ofisinə və ya istənilən filialına yaxınlaşaraq, həmçinin saytımızdan onlayn formada öz miles kartını əldə edə bilər.

«Visa Classic Miles» - https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-classic-miles/

«Visa Gold Miles» - https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-gold-miles/

«Visa Platinum Miles» - https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-platinum-miles/

«Visa Signature Miles» - https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-signature-miles-1/

Qeyd edək ki, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və istifadə edilən xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəyərək, kart sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanmaqla yanaşı, "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən də toplanılır. Kart sahibi hesabındakı balları AZAL aviaşirkətinin pulsuz uçuş biletinə və ya xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın Sosial Mediadakı rəsmi “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz.

Turanbank

TuranBank biznesə dəstək məqsədilə yeni kredit kampaniyasına start verib.

Aprel ayının 10-dək davam edəcək “Baharın sərfəli anı” kredit kampaniyasının şərtlərinə əsasən,sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər kreditləri illik 10,9%-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər.

Bu da son deyil. Belə ki, kampaniya çərçivəsində rəsmiləşdirilən kreditlər sahibkarlara komissiyasız təklif edilir.

Kampaniya şərtlərinə əsasən, kreditin maksimal müddəti 36 ay, maksimal məbləği 100 000 AZN təşkil edir.

Kampaniya haqqında ətraflı məlumatı TuranBankın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək əldə edə bilərsiniz.

Rabitəbank

Rabitəbank da qarşıdan gələn Novruz bayramı münasibətilə sərfəli bayram kampaniyaları keçirir. Bu dəfə ənənədən bir az kənara çıxaraq müştərilər öz bayram paylarını özləri seçəcəklər.

Bayramqabağı alış-veriş etmək, sevdiklərinə hədiyyə almaq, kiçikdən böyüyədək hər kəsi sevindirmək istəyənlər Rabitəbankdan nağd pul kreditini 2% endirimlə 16%-dən başlayan sərfəli şərtlərlə əldə edə biləcəklər. Kredit müddəti 36 ay, maksimal məbləğ isə 20 000 AZN olacaq. 

İkinci təklif isə komissiya və sığorta haqqı ödəmədən nağd pul krediti almaq istəyənlər üçündür. Bu təklifi seçən müştərilər fərdi məqsədlər üçün istehlak krediti əldə etdikdə kreditin komissiyası və sığorta haqqını Rabitəbank qarşılayacaq.

Bunlarla yanaşı “Bahar” və “Novruz” adlı müştəriləri də xüsusi sürpriz gözləyəcək. Kampaniya çərçivəsində adı “Bahar” və ya “Novruz” olan müştərilərə Kartmane Kredit kartı hədiyyə olunacaq!

Bayram günlərində ən çox balacaların üzü gülsün deyə Rabitəbank kampaniya müddəti çərçivəsində xeyriyyə aksiyası da keçirəcək. Bu müddət ərzində Kartmane Debet kartı alan müştərilərin ödədiyi xidmət haqqının bir qismi uşaq evlərinə “Novruz payı” göndərilməsi üçün ayrılacaq. 

Bu sərfəli təkliflərdən sizə ən uyğun olanından onlayn sifarişlə də faydalana bilərsiniz. Rabita Mobile tətbiqi, RabitaBot maliyyə çatbotu və rəsmi veb-saytı vasitəsilə banka gəlmədən, əlavə vaxt xərcləmədən nağd pul kreditini onlayn sifariş edə bilərsiniz: http://rbt.az/novruz-krediti “Novruz” kampaniyaları barədə ətraflı məlumat əldə etmək istəsəniz, Bankın 133 Çağrı Mərkəzi xidmətinizdədir. 

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" təbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Rabitəbank -2

Bank bayramqabağı müştərilərin nağd pul ehtiyacınızı nəzərə alaraq bütün endirim və güzəştləri bir araya gətirib.

Yalnız 4 gün - 16, 17, 18, 19 mart tarixlərində İlaxır çərşənbə münasibətilə Rabitəbankda nağd pul kreditini endirimlə 15%-dən başlayaraq əldə etmək mümkün olacaq. Üstəlik endirimli kredit üçün həm sığorta haqqı, həm də komissiya tətbiq olunmayacaq. Kreditin maksimal məbləği 20 000 AZN, müddəti isə mak. 36 ay təşkil edir.

Nağd pul kreditini növbəsiz və çevik sifariş etmək üçün Bankın rəsmi saytında müraciət forması doldura (http://rbt.az/bayram15), ya Rabita Mobile tətbiqi, da RabitaBot çatbotu vasitəsilə sifariş edə bilərsiniz.

Hər zaman müştərilərinə rahat bankçılıq təcrübəsi yaşadan və onların ehtiyaclarına önəm verən Rabitəbank bu fürsətlərlə zəngin kampaniya ilə onların bayramına bayram qatacaq. Kampaniyanın yalnız 4 gün davam edəcəyini nəzərə alaraq bütün fürsətlərdən faydalanmağa tələsin.

Kampaniya haqqında daha ətraflı məlumatla Rabitəbankın 133 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Unibank

Biznes sahiblər üçün keçirilən “Novruz kampaniyası”nda sahibkarlar “Unibank”dan həm 3%-dək endirimli biznes krediti götürmək imkanı qazanacaqlar, həm də komissiya ödəməyəcəklər.

Kampaniyadan faydalanmaq istəyən sahibkarlar martın sonunadək həftə içi “Unibank”ın  “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına  müraciət edə bilərlər.  

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az,  https://www.instagram.com/unibank.az/https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-2

Baharın gəlişi biznesinizin inkişafına təkan olsun! Sahəsindən asılı olaraq, illik 5% -dən başlayan biznes kreditləri və ya 8 faiz subsidiyanın sahibkarlara geri qaytarılması ilə Unibank yenə sizin yanınızdadır. Biznesinizə uyğun, sizə sərf edən kredit məhsulu üçün xeyli seçiminiz var. İstər “Unibank”ın öz kredit məhsulları, istərsə də Bankın əməkdaşlıq etdiyi Dövlət fondlarının təklif etdiyi çox sərfəli dəstək kreditləri, bu yaz biznesinizi xeyli canlandıracaq. 

“Unibank” KB-nın Korporativ biznes üzrə Baş inzibatçısı Tural Hüseynov bildirib ki, mövsümlə bağlı olaraq hazırda biznes kreditləşməsinin aktiv dövrüdür və sahibkarlar öz bizneslərinə uyğun olan kredit növünü rahatlıqla seçə bilirlər:

“Unibank biznesin güzəştli kreditləşməsində iştirak edən bütün Dövlət fondları ilə əməkdaşlıq edir. Biznes sahibləri öz tələbatlarına uyğun olaraq Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu  və Aqrar Kredit və İnkişaf Agentliyinin xəttilə ayrılan kreditlərdən faydalanmaq üçün “Unibank”a müraciət edə bilərlər. Dövlət fondlarının əsas məqsədi ölkəmizdə sahibkarlıq subyektləri layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi olduğundan, iş adamları üçün çox sərfəli şərtlərlə kredit ayrılır. Sahibkarlarımız Unibank filiallarına gələrək, yaxud onlayn formada kredit müraciəti edə bilərlər”.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  http://www.unibank.az/az/corporate-clients  əldə etmək olar.

Unibank -3

İndi “Unibank”da manat depozit hesabı açmaqla, əmanətinizdən +2% daha yüksək gəlir götürə bilərsiniz. İllik 12%-dək gəlir gətirən əmanətiniz  (https://unbk.az/muddetli) etibarlı bankda qorunmaqla yanaşı, həm də qarşıdakı illərdə maliyyə təminatçınız olcaq.

Kampaniya dövründə “Unibank”da əmanət hesabı açmaqla, bu üstünlükləri qazanırsınız:

- “Müddətli” manat əmanətində 2% daha yüksək gəlir götürürsünüz;

-  Faizlərin ayda 1 dəfə alınması üçün pulsuz kart əldə edirsiniz;

- Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;

- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;

- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 12% təşkil edir və “Unibank”a yerləşdirilən bütün əmanətlər sığortalanır.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az,  https://www.instagram.com/unibank.az/https://twitter.com/unibank) əldə etmək olar.

Yapı Kredi Bank Azərbaycan

5 Aprel tarixinədək  ən çox alış-veriş edən "Worldcard" istifadəçisi iPhone 12 Pro Max qazanma şansı əldə edəcək.

Qeyd edək ki, kampaniyada iştirak etmək üçün birdəfəlik alış-verişin minimum məbləği 15 AZN-dir.

Worldcard kredit kartı alış-veriş zamanı hissə-hissə ödəmə, müntəzəm  kampaniyalar, imtiyazlı əlavə xidmətlər təqdim edir. Worldcard ilə bir çox ölkədən online  alış-veriş zamanı ödənişi 3 hissəyə ayıraraq ödəyə bilərsiniz. Həmçinin, Worldcard vasitəsilə alış-verişlərinizdən bal qazanmaq, daha sonra isə bu ballarla World Üzv Ticarət Obyektlərində alış-veriş etmək mümkündür.

Yapı Kredi Bank Azərbaycan dünyanın bir neçə  ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən *0444 nömrəli Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

Ziraat Bank Azərbaycan

"Ziraat Bank Azərbaycan"ın yüksək faizli depozit kampaniyası davam edir. Belə ki, Banka AZN valyutasında 12 aydan 36 aya qədər müddətli əmanət yerləşdirən fiziki şəxslərə əmanət faizlərini müddət sonu aldıqda 9%, aylıq aldıqda isə 8% olmaqla yüksək faizli şərtlər təqdim edilməkdədir.

Həmçinin kampaniya müddətində yeni depozit yerləşdirən müştərilər bankın təqdim etdiyi depozit qutusu məhsulundan  istifadə etdikləri təqdirdə  12 aylıq istifadədə  ilk 3 ayı pulsuz təklif edilir.

Kampaniya müddəti 01.03.2021 – 31.03.2021 tarixlərini əhatə edir.

Yelo Bank

Yelo Bank əmanət məhsullarının faiz dərəcəsini 1% artırıb.

Artırım Novruz Bayramına özəl olaraq elan edilən bu xüsusi kampaniya çərçivəsində yalnız 19 mart tarixlərinədək aktiv olacaq.

Kampaniyadan yararlanmaq üçün istənilən Yelo Əmanət hesabı açmaq kifayətdir.

Minimal depozit məbləği cəmi 100 AZN-dir.

Yelo Sabit əmanət məhsulunda illik 10.5% gəlir əldə etmək mümkündür. Əgər istədiyiniz vaxt əmanət hesabınıza vəsait əlavə etmək istəsəniz, Yelo Yığım məhsulumuzu seçərək illik 8.5% gəlir qazana bilərsiniz.

kampaniya Nağd pul kredit endirim TamKart kredit kartı pulsuz Bolkart komissiya faizi Kredit faizi BirKart güzəşt aksiya taksit biznes kredit əmanət Worldcard
19.03.2021 23:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ