Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

KOBİA nümayəndə heyəti Naxçıvanda səfərdədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
KOBİA nümayəndə heyəti Naxçıvanda səfərdədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdədir.

Səfərin məqsədi KOBİA-nın fəaliyyət istiqamətləri, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi xidmətlər barədə Naxçıvan sahibkarlarını məlumatlandırmaq, Naxçıvanın müvafiq qurumları ilə KOB subyektlərinin inkişafına dəstəkyönümlü təklifləri müzakirə etməkdir.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev və Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasovla görüşüb. Görüşdə KOB sahəsində birgə əməkdaşlıq imkanlarına, Agentliyin dəstək və xidmətlərindən Naxçıvan sahibkarlarının istifadə etməsinə dair müzakirələr aparılıb.

KOBİA-nın nümayəndələri həmçinin, Naxçıvan Biznes Mərkəzində Naxçıvan istehsalı olan məhsulların nümayiş olunduğu sərgi, eləcə də bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

18.03.2021 16:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ