Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dövlət istiqrazları üzrə hərraclar keçiriləcək - MƏBLƏĞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət istiqrazları üzrə hərraclar keçiriləcək - MƏBLƏĞ

6 aprel 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0106010884

Emissiya həcmi

30 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

1092  gün

Faiz ödənişləri (olduqda)

5 oktyabr  2021-ci il, 5 aprel 2022-ci il,   4 oktyabr 2022-ci il, 4 aprel 2023-cü il,  3 oktyabr 2023-cü il, 2 aprel 2024-cü il

Faiz gəliri

7.5 %

Ödəmə tarixi

02.04.2024

Anderrayter

                 “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

01.04.2021 14:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ