Çinin “mini Tesla-ları” birinci rübü uğurla başa vurub
4 şirkət - BYD, Xpeng, Nio və Li Auto 3 aya 60 min elektromobil satıb.Çinin əsas elektrikli avtomobil istehsalçıları - Xpeng və Nio 2021-ci ilin birinci rübünün nəticələrini açıqlayıblar.
Marja xəbər verir ki, hər iki şirkətin səhmləri bu həftə Nyu-York birjasında 1% bahalaşıb. Xpeng mart ayında qoyduğu hədəfdən (4262) daha çox, 5102 elektromobil satıb. Bu isə rübük hədəfin də artıqlaması ilə yerinə yetirilməsidir (planlaşdırılan 12 500 ədədə qarşı faktiki 13 340 avtomobil satılıb).
Nio təkcə mart ayında 7257, ümumilikdə birinci rübdə 20 mindən artıq elektromobil sata bilib. Citibankın açıqlamalarına görə digər nəhəng Çin istehsalçısı - BYD isə təkcə mart ayında Han modelli hibrid və elektrik akkumulyatorları olan avtomobillərdən 10 min ədədini təchiz edib. BYD ilin sonuna qədər hər ay 30 mindən artıq elektromobil satmağı hədəfləyir.
Li Auto hələ rəsmi rəqəmləri açıqlamasa da, ekspertlər birinci rübdə 10 mindən artıq satış etdiklərini iddia edirlər. Bu isə təxminən aya 3500 elektromobil deməkdir.
Wedbush analitikləri Den İves və Streker Bake bu il elektrikli avtomobil istehsalçılarının, o cümlədən Teslanın səhmlərinin 30-40% həcmində bahalaşacağını proqnozlaşdırırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
-
36 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti


























