Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İsrail şirkəti Zəngilanda böyük camış ferması tikəcək, “motsarella” istehsal ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsrail şirkəti Zəngilanda böyük camış ferması tikəcək, “motsarella” istehsal ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İsrail şirkəti Zəngilanda camış ferması tikəcək.

Marja xəbər verir ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.

Reklam_3_11

İsrail şirkətinin əməkdaşı: İlk növbədə, Sizin qarşınızda dayanmaqdan, Sizinlə görüşməkdən böyük qürur hissi keçirirəm. Bu imkana görə təşəkkür edirəm. Mən Sizi Qarabağ ərazilərinin işğaldan azad edilməsi münasibətilə təbrik etmək istəyirəm. Biz Sizin tərəfdaşınız olmaqdan həqiqətən də şadıq. İsrail Zəngilanda, əvvəlcə, 300-400 başlıq camış ferması tikəcək, sonra biz onu 1000 başa çatdırmaq istəyirik. Şirkətimiz ağıllı fermalar üzrə texnologiya ilə işləyir. Bizdə bütün fermanı məlumatların təhlili üzrə proqram təminatına birləşdirən ötürücülər var ki, bu da göründüyü kimi, mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması ilə əlaqədardır. Biz bunu “açar təslimi” layihəsi kimi həyata keçiririk. Buraya texniki-iqtisadi əsaslandırma, tikinti, planlaşdırma, komandanın hazırlanması və mal-qaranın idxalı daxildir. Qeyd etdiyim kimi, heyvanlar sensorlarla təchiz ediləcək. Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi. Bu, o deməkdir ki, Sizdə böyük elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə elektrik enerjisi istehsal olur. Bu cür ferma çox maraqlı olacaq. Beləliklə, biz İsrailin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəmizi Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyirik. Bu imkana görə çox sağ olun. Biz sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən bilirəm ki, İsraildə inəklər ən yüksək keyfiyyətli məhsul verir və orada inəkbaşına ən yüksək həcmdə süd alınır.

İsrail şirkətinin əməkdaşı: İsraildə elə fermalar var ki, orada hər inəkdən 40-45 litr süd alınır.

Prezident İlham Əliyev: Bilirəm.

İsrail şirkətinin əməkdaşı: Biz camışlarla da əlimizdən gələni etməyə çalışacağıq.

Prezident İlham Əliyev: Bəs hər camışdan orta hesabla nə qədər süd alınır?

İsrail şirkətinin əməkdaşı: Camışlarda bu, orta hesabla sağmal inəyin verdiyi məhsulun üçdə biri qədərdir. Bu, bir camış başına gündə 8-12 litr arasındadır.

Prezident: Aydındır. Camışlar İsraildən idxal olunacaq?

İnam Kərimov: İtaliyadan

X X X

Layihə meneceri: Salam, cənab Prezident. İlk növbədə, Sizi ərazilərinizin işğaldan azad edilməsi və suverenliyinizin bərpası ilə əlaqədar tarixi nailiyyətiniz münasibətilə təbrik edirəm. Bu, mühüm strateji bölgədə sabitlik və firavanlıq dövrü olacaq. Burada olmaq, Sizə İtaliya məhsulları və xidmətləri barədə məlumat vermək mənim üçün həqiqətən də şərəfdir. Mənim adım Cüzeppe Grisoliyadır və mən camış sağmalçılığı ilə bağlı layihə meneceriyəm. Bizim biznes ideyamız strateji regionda tam avadanlıqla təchiz edilmiş camış sağmalçılıq fermasının və ya yüksək keyfiyyətli “motsarella”, “burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi ilə bağlıdır. Biz istehsal prosesinə öz təcrübə və biliyimizi gətiririk. Çünki cənab Prezident, bildiyiniz kimi, camış “motsarella”sı bütün dünyada istehsal olunur, istənilən ölkə həmin keyfiyyətə və səviyyəyə çatmağa cəhd göstərir. Lakin “motsarella di buffalo” pendiri həmişə italyan məhsulu olaraq qalır. Südçülük sahəsində uğurun ən mühüm amili ondan ibarətdir ki, söhbət təkcə bizdə olan texnologiyadan, avadanlıqdan getmir, həm də pendir hazırlayanların əllərindən gedir. Çünki hər kəs bahalı avadanlıq ala bilər, amma yalnız bacarıqlı pendir hazırlayan bənzərsiz “motsarella” hazırlaya bilər. Bu səbəbdən də biz südçülük fermasını qurandan sonra tam təlim kursu keçəcəyik. Bu təlim sayəsində Azərbaycanda birinci nəsil bacarıqlı pendir hazırlayanlar yetişdiriləcək. Biz Azərbaycanda sadə keyfiyyətdə camış pendirinin istehsal olunmasını istəmirik. Bizim hədəfimiz yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarətdir ki, Azərbaycan da İtaliya kimi mükəmməl “motsarella di buffalo” pendirlərinin istehsalçısı olsun. Bu sahədə güzəştdən söhbət gedə bilməz, yalnız birinci səviyyəli istehsal ola bilər. Biz azərbaycanlı dostlarımızla əlimizdən gələni edəcəyik. Təşəkkür edirəm, cənab Prezident. Yaradılmış imkana görə çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Bu, işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir. Ona görə də, qeyd etmək istəyirəm ki, biz buna xüsusi diqqət yetiririk. Bu layihənin uğurlu icrası sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək. Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Şadam ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur və bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır. Bu layihənin uğurlu icrası sözsüz, bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək. Çünki biz yüzlərlə kənd, qəsəbə və şəhərləri bərpa etməliyik.

Prezident İlham Əliyev: Ümid edirəm ki, siz bu məhsulları nümayiş etdirəcəksiniz və onların dadına baxacaqsınız.

İsrail şirkətinin əməkdaşı: Cənab Prezident, qarşımıza çətin vəzifə qoydunuz. Biz hazırıq.

Prezident İlham Əliyev: Çox sağ olun.

İsrail şirkətinin əməkdaşı: Çox sağ olun, cənab Prezident, gününüz uğurlu olsun. Təşəkkür edirəm.

27.04.2021 14:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ