İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti "gözlənilən kredit zərərilə" kəskin azalıb
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu 2020-ci ili 7 milyon 228 min manat xalis mənfəət ilə başa vurub. Fond 2019-cu ili 18 milyon 695 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il Fondun xalis mənfəəti 2,6 dəfə azalıb.
Marja Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, faiz gəlirlərinin azalması və gözlənilən kredit zərəri ayırmasına görə İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti azalıb.
2019-cu illə müqayisədə 2020-ci ildə Fondun faiz gəlirləri 7,7% azalaraq 41 milyon 486 min manat təşkil edib. 2019-cu ildə Fondun faiz gəlirləri 44 milyon 959 min manat təşkil etmişdi.
Ötən il Fondun gözlənilən kredit zərəri 13 dəfəyə yaxın artaraq 4 milyon 770 min manat təşkil edib. Bu rəqəm 2019-cu ildə 375 min 708 manat idi. Kredit zərəri ayırması gəlirdən silinir.
Qeyd edək ki, bütün kreditlər, digər borc maliyyə aktivlərində gözlənilən kredit zərərləri üçün ehtiyyat yaradılır. Gözlənilən kredit zərəri ayırmasının artması Fondun ipoteka krediti portfelinin keyfiyyətinin pisləşdiyinə işarədir.
2019-cu illə müqayisədə 2020-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun ipoteka krediti portfeli 139 milyon 600 min 512 manat və ya 14% artaraq 1 milyard 137 milyon 758 min manata çatıb. 2019-cu ilin sonunda bu portfel 998 milyon 158 min manat idi.
2020-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun istiqraz buraxılışı ilə aldığı borcu da artıb. Ötən il, Fondun buraxılmış qiymətli kağızlar üzrə öhdəlikləri 208 milyon 180 min manat artaraq 938 milyon 387 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























