Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Maliyyə Nazirliyi azı 40 milyon manat da borc alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyi azı 40 milyon manat da borc alır

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 40 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Birjadan Marja-ya daxil olmuş məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

Reklam_3_11

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0105016882

Emissiya həcmi

40 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

728  gün

Faiz ödənişləri (olduqda)

16 noyabr  2021-ci il, 17 may 2022-ci il,       15 noyabr  2022-ci il, 16 may 2023-cü il

Faiz gəliri

7.0 %

Ödəmə tarixi

16.05.2023

Anderrayter

                 “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

16.05.2021 14:40

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ