Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bir ölkə sakini orta hesabla ayda 300,4 manatlıq məhsullar alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir ölkə sakini orta hesabla ayda 300,4 manatlıq məhsullar alıb

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12,0 milyard manatlıq, o cümlədən 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 2,3 faiz azalmışdır.

Reklam_3_11

 Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2020-ci ilin yanvar-aprel aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

12 023,0

100,1

o cümlədən:

ərzaq məhsulları

5 890,8

102,4

içkilər və tütün məmulatları

713,0

100,5

toxuculuq məhsulları, geyim və ayaqqabılar

1 645,8

100,3

elektrik malları və mebellər

579,1

97,5

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

86,9

102,7

əczaçılıq məhsulları və tibbi ləvazimatlar

283,7

139,6

avtomobil benzini və dizel yanacağı

736,1

100,2

digər qeyri-ərzaq malları

2 087,6

91,2

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,9 faizi içkilər və tütün məmulatlarının, 13,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

2021-ci ilin yanvar-aprel aylarında istehlak mallarının dəyər ifadəsində 27,5 faizi ticarət müəssisələri, 49,0 faizi fərdi sahibkarlar tərəfindən, 23,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 15,1 faiz, fərdi sahibkarlar üzrə 1,7 faiz artmış, bazar və yarmarkalarda isə 15,4 faiz azalmışdır.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 300,4 manatlıq, o cümlədən 165,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq malları almışdır.  

17.05.2021 12:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ