Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Dostluq jesti olmasaydı, biz çox çətin vəziyyətdə qala bilərdik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dostluq jesti olmasaydı, biz çox çətin vəziyyətdə qala bilərdik"

"Bu gün həmin o dostluq jesti olmasaydı, biz çox çətin vəziyyətdə qala bilərdik"

Marja xəbər verir ki, bunu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrində deyib.

Prezident qeyd edib ki, Azərbaycan ilə Çin arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb: "Bu fürsətdən istifadə edərək Prezident Si Cinpinə Azərbaycanın “Sinovak” peyvəndi ilə təmin olunmasında nəzakətli dəstəyinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Bizim istəyimiz dərhal yerinə yetirildi və məhz buna görə bu gün Azərbaycan pandemiya ilə mübarizədə öndə gedən ölkələrdəndir. Bunun sayəsində bu gün biz 1,9 milyon insanı peyvənd etməyə müvəffəq olmuşuq. Bu, bizim ümumi əhalimizin təqribən 20 faizini təşkil edir və istifadə olunan peyvəndlər 99,99 faiz Çin istehsalıdır. Biz milyonlarla vaksin sifariş etmişik, o cümlədən digər istehsalçılardan. Lakin bu gün həmin o dostluq jesti olmasaydı, biz çox çətin vəziyyətdə qala bilərdik. Biz bunu dostluq jesti, yaxın və səmimi münasibətlərin göstəricisi olaraq çox yüksək qiymətləndiririk".

Prezident Əlavə edib ki, Azərbaycan Çinlə ikitərəfli münasibətlərimizə böyük önəm verir:

 

"Qeyd etmək istəyirəm ki, ötən il bu münasibətlər çox uğurla inkişaf edib. Sizin də düzgün qeyd etdiyiniz kimi, Azərbaycan Prezident Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü ictimai şəkildə dəstəkləyən birinci ölkələrdən olub və biz artıq həmin təşəbbüsün fəal iştirakçısına çevrilmişik. Bu da öz növbəsində münasibətlərimizdə yeni bir istiqamət yaradır. Mən bir neçə dəfə Çində səfərdə olmuşam və Prezident Si Cinpinlə bir sıra görüşlər keçirmək imkanım olub. Hesab edirəm ki, aramızda konstruktiv dostluq münasibətləri var. Çinə son səfərim zamanı Pekində Prezidentlə görüşümdə o, məni ictimai şəkildə Çinin dostu adlandırdı. Düşünürəm ki, bu, bizim münasibətlərimizin bariz göstəricisidir və biz də Prezident Si Cinpini Azərbaycanın dostu hesab edirik.

İpək Yolu məsələsinə gəldikdə, biz Azərbaycanda ev tapşırığımızı yerinə yetirirdik. Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızla birlikdə dəmir yolu şəbəkələrimizi birləşdirdik və əlaqələrimizi gücləndirmək üçün Xəzər dənizində müasir liman inşa etdik. Yükaşırma qabiliyyəti artırıldıqda bu liman 25 milyon ton yük qəbul edə bilər. Ölkəmiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinə sərmayə yatırıb və bu gün Xəzər dənizində ən böyük donanmaya malikdir. Bununla yanaşı, ümid edirik ki, hazırlıq işləri yekunlaşacaq və dəniz limanı ilə qonşuluqda Beynəlxalq Azad Ticarət Zonasının təməli qoyulacaq. Ümid edirik ki, Çin və digər dost ölkələrdən olan şirkətlər oraya sərmayə qoyuluşu imkanını nəzərdən keçirəcək.

Bundan başqa, azad olunan ərazilərdə yenidənqurma işlərinə cəlb edilən beş ölkədən şirkətlər sırasında Çin şirkəti də var. Bu yaxınlarda başladığımız “ağıllı kənd” layihəsi çərçivəsində Çinin “Huawey” şirkəti öz texnologiyasını təqdim edəcək. Biz azad olunan ərazilərdə yenidənqurma işlərində Çin şirkətlərinin daha geniş şəkildə iştirakını arzulayırıq.

Nəhəng potensialın olduğu sahələr haqqında danışarkən sizin də düzgün qeyd etdiyiniz kimi, nəqliyyat sahəsinin birinci yerdə durduğunu düşünürəm. Bu gün biz bir çox Çin şirkətlərinə tranzit imkanlarımızı təqdim edirik. Həmin şirkətlər orta dəhlizdən istifadə edərək Xəzər dənizi vasitəsilə Azərbaycandan keçərək Avropaya yüklərini nəql edir. Yəni, bu marşrutun böyük potensialı var.

Çin şirkətləri bizim enerji sektoruna sərmayə yatıranlardandır. Hesab edirik ki, enerji sektorumuzda Çin şirkətləri daha da geniş təmsil oluna bilər. Azad edilmiş ərazilərdə infrastruktur layihələri bir nömrəli prioritetdir və ümidvaram ki, bir çox Çin şirkəti bizimlə çalışmaq arzusunda olacaq.

Sizin qeyd etdiyiniz kimi, xalqlar arasında təmaslar da əhəmiyyətlidir. Yəqin bilirsiniz, Çin vətəndaşlarına Azərbaycana səyahət etmək üçün vizaya ehtiyac yoxdur və pandemiyadan əvvəl biz Çindən olan qonaqların sayında sürətli artım müşahidə etdik.

Əlavə edim ki, Çinlə ticarət dövriyyəsinin artımı ilə bağlı da gözləntilərimiz var. Biz şadıq ki, belə imkanlar yaranmaqdadır. Biz artıq Çinin bir neçə şəhərində ticarət nümayəndəlikləri və Azərbaycan evləri açmışıq. Bizim dünyanın 3-4 ölkəsində ticarət nümayəndəliyimiz var ki, bunlardan biri də Çindir.

Beləliklə, mən deyərdim ki, münasibətlərimiz əladır və potensialımız daha da böyükdür".

21.05.2021 11:27

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ