Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycandakı şirkət rəhbərlərinin yarıdan çoxu valyuta məzənnələrinin dəyişə biləcəyindən narahatdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandakı şirkət rəhbərlərinin yarıdan çoxu valyuta məzənnələrinin dəyişə biləcəyindən narahatdır

- “PwC Azərbaycan”ın 120-dən çox yerli şirkət rəhbərləri arasında keçirdiyi sorğuda respondentlərin böyük hissəsi nikbin fikirdədirlər

Reklam_3_11

- Azərbaycandakı şirkət rəhbərlərinin 71%-i qlobal iqtisadi artım tempinin 2021-ci ildə yüksələcəyinə inanırlar

- Azərbaycandakı şirkət rəhbərlərinin 42%-i növbəti 12 ay ərzində gəlirlərinin artacağına çox inanırlar

- Pandemiya, məzənnə dəyişkənliyi və vergi yükünün artması Azərbaycanda artım üçün ən böyük təhdiddir

- Azərbaycandakı şirkət rəhbərlərinin 49%-i strateji risklərin idarə edilməsi fəaliyyətlərində məzənnə dəyişkənliyini nəzərə alıblar

- Azərbaycandakı şirkət rəhbərlərinin 33%-i rəqabətə davamlılığı artırmaq üçün işçilərində bacarıq və uyğunlaşmaq qabiliyyətinə diqqət yetirirlər

- Azərbaycandakı şirkət rəhbərlərinin yarıdan çoxu rəqəmsal transformasiyaya ikiqat sərmayə yatırmağı planlaşdırırlar.

8 iyun 2021-ci il tarixində PwC Azərbaycan şirkəti “Azərbaycanda 4-cü İllik CEO Sorğusunun” təqdimatını keçirib. Sorğunun əsas nəticələri CEO-lar və rəhbər işçilər, dövlət rəsmiləri və diplomatların iştirak etdiyi tədbirdə şirkətlərə və media nümayəndələrinə təqdim edilib.

Azərbaycanda CEO Sorğusu, İllik Qlobal CEO Sorğusunun bir hissəsidir və son 24 ildə bütün dünyada minlərlə şirkət rəhbərinin iştirak etdiyi ən önəmli PwC sorğusudur.

İş dünyası üçün 2021-ci il yenidən ixtira ili olacaq. COVID-19 pandemiyasından bir il sonra PwC Azərbaycan Azərbaycanda 120 şirkət rəhbərini yeni təhdidlərə cavab vermək, əməliyyat modellərini transformasiya etmək və daha dayanıqlı gələcək yaratmaq planları barədə sorğu keçirib. Sorğuda Azərbaycandakı bütün əsas sektorlar üzrə özəl və dövlət şirkətlərindən şirkət rəhbərləri iştirak edib.

Tədbirdə “Bakcell”-in Baş İcraçı Direktoru Rainer Rathgeber, “PAŞA Bank”ın Baş İcraçı Direktoru və İdarə Heyətinin Sədri Taleh Kazımov və “GL” MMC-nin Baş Direktoru Asif Zeynalov ilə panel müzakirəsi aparılıb.  Panel müzakirəsinə PwC Azərbaycan-ın Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev moderatorluq edib.

Keç
ən il CEO Sorğusu keçirdiyimizdən bəri çox şey dəyişib. Pandemiya bütün dünyada açıq sarsıntı və qeyri-müəyyənlik yaratdı və Azərbaycan istisna deyildi. Neftin qiyməti, geosiyasi gərginlik, dəyişkən bazarlar və COVID-19 virusu ilə bağlı artan narahatlıq fonunda kəskin şəkildə azalırdı. Görünməmiş vaxtların olmasına baxmayaraq, rəhbərlər dinamik şəkildə irəliləyir və ambisiyalarını sürətləndirərək qeyri-adi yollarla adi işlər görərək yeni imkanları ələ almağın yollarını yenidən düşünürlər. Azərbaycandakı şirkət rəhbərləri indi qloballaşma və yeniliklər dövründə maraqlı bir yol gedirlər.

Bu il Azərbaycandakı şirkət rəhbərləri çox nikbindir və kütləvi peyvənd proqramları nəhayət pandemiyadan etibarlı qurtuluş üçün şərait yaratdığından, Azərbaycandakı biznes liderlərinin hazırkı nikbinliyi dünyadakı mənzərəni əks etdirir. Azərbaycandakı şirkət rəhbərlərinin 71%-i qlobal iqtisadi artım tempinin 2021-ci ildə yüksələcəyinə inanırlar. Azərbaycanlı CEO-lar eyni zamanda qlobal iqtisadiyyat və öz təşkilatları üçün inkişaf yolu görürlər: Azərbaycandakı CEO-ların 42%-i növbəti il üçün, 56%-i isə üç ilə gəlir artımı perspektivlərinə çox əmin olduqlarını ifadə ediblər.

Əminliklərinə baxmayaraq, yerli CEO-lar xarici mühitdəki təhdidlərdən xəbərdardırlar: pandemiya və digər səhiyyə böhranları bu il siyahıda bir nömrəli təhlükədir. Azərbaycandakı şirkət rəhbərlərinin 64%-i bundan “son dərəcə narahat” olduqlarını ifadə etmişdirlər. Bu, dünya və Mərkəzi-Şərqi Avropa (MŞA) üzrə orta göstəricidən bir qədər çoxdur.

Qlobal və MŞA həmkarları ilə müqayisədə yerli respondentlər valyuta məzənnələrindəki dəyişkənlikdən daha çox narahatdır: Azərbaycandakı şirkət rəhbərlərinin 54%-i bu təhlükədən (2020-ci ildə 32% idi) olduqca narahatdır. Təəccüblü deyil ki, Azərbaycandakı CEO-ların 49%-i strateji risklərin idarə edilməsi fəaliyyətlərində məzənnə dəyişkənliyini nəzərə alıblar.

Artan sayda Azərbaycanlı CEO-lar (33%) öz işçilərində bacarıq və uyğunlaşmaq qabiliyyətinə diqqət yetirərək, təşkilatlarının rəqabətə davamlılıq qabiliyyətlərini artırmağa çalışırlar. Azərbaycandakı respondentlərin 67%-i inanır ki, bacarıqlı, təhsilli və uyğunlaşa bilən işçilər biznesin əsas prioritetidir.

Azərbaycandakı şirkət rəhbərlərinin məhsuldarlığı artırmaq üçün texnologiyaya diqqət artırması biznes göstəricilərin yaxşılaşması zamanı mütləq şəkildə daha az sayda işçi qüvvəsi nəzərdə tutması anlamına gəlmir. Qısa müddətdə Azərbaycandakı bir neçə şirkət COVID-19 böhranına cavab tədbirləri çərçivəsindəəmək haqqını azaltmaq qərarı vermişdirlər. Azərbaycandakı şirikətlərin 19%-i son 12 ayda işçilərin sayını 8% - 3% arasında azaltdıqlarını bildirmişdirlər. Bu, müvafiq olaraq dünya və MŞA üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır.

Azərbaycandakı şirkət rəhbərlərinin kiber təhdidlər və yalnış məlumatlarla bağlı narahatlığının artması, pandemiya dövründə bir çox şirkətin yavaşlama planı olmadan rəqəmsal transformasiyanın sürətlənməsinə təsadüf etmişdir. Keçən il məsafədən işləmə rejiminə qəfil keçid, zəka, robot texnikası və digər yeni inkişaf edən texnologiyaların dəstəklədiyi sürətlə inkişaf etməkdə olan ölkə iqtisadiyyatında rəqəmsallaşdırma və iş bacarıqlarının gələcək müvəffəqiyyət üçün vacib olduğunu təcili bir xəbərdarlıq olaraq qəbul etmişdir. Yaxşı xəbər ondan ibarətdir ki, Azərbaycandakı respondentlərin 60%-i rəqəmsal transformasiyaya yatırımlarını artırmağı hədəfləyir və bu, COVID-19-un təsirinə birbaşa cavabdır. Müqayisə üçün, bu göstərici dünyada 49%, MŞA-da isə 50% təşkil etmişdir.

“PwC Azərbaycan” özəl və dövlət sektorundakı iri təşkilatların rəhbərləri ilə 120 müsahibə keçirib. Müsahibələr əsasən onlayn, sonra isə üzbəüz aparılıb. Müsahibələr müxtəlif sektorlar üzrə keçirilib. Bütün müsahibələr məxfi əsasda aparılıb. Respondentlərin 12%-nin gəliri 101-999 milyon ABŞ dolları təşkil edir; 80%-i isə xüsusi mülkiyyətdədir.

08.06.2021 15:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ