Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dünyanın ən varlı milyarderlərindən biri sərvətindən 4 milyard dollar bağışlayır

Qocaman biznesmen sərvətinin 99%-ni xeyriyyə məqsədilə sərf edəcəyini bildirir...
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən varlı milyarderlərindən biri sərvətindən 4 milyard dollar bağışlayır

Forbesin qlobal milyaderlər siyahısındakı 7-ci ən varlı şəxs, Berkshire Hathaway holdinqinin qocaman rəhbəri 90 yaşlı Uorren Baffet bu ilki xeyriyyə marafonunda beş fonda toplam 4,1 milyard dollar bağışlayacağını bildirib.

Marja xəbər verir ki, Baffet rəhbərlik etdiyi holdinqdəki səhmlərinin bir hissəsini neçə illərdir olduğu kimi, bu il də xeyriyyəçiliklə məşğul olan Bill və Melinda Qeyts Fonduna, Suzan Tomson Baffet Fonduna, Şervud Fonduna, Hovard G. Baffet Fonduna və NoVo Fonduna ayırıb.

“Bugün mənim üçün çox əlamətdar bir gündür. 16 il öncə sərvətimin 99%-ni təşkil edən Berkshire Hathaway şirkətindəki səhmlərimin hamısını xeyriyyə fəaliyyətlərinə ayıracağımı bildirmişdim. Bugünkü 4,1 milyardla da həmin yolun yarısını qət etmişik.” - Baffet bildirib. O, indiyə qədər bağışladığı səhmlərin dəyərinin 41 milyard dollardan çox olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ mətbuatı Baffetin 39% A sinifli səhmlə Berkshire holdinqinin ən iri payçısı olduğunu yazır. Şirkətin səhmləri bu ilin əvvəlindən 20%-dən çox bahalaşıb.

Uorren Baffet Berkshire Hathaway
24.06.2021 09:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ