Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Azərbaycanda əhalinin ən azı 5-10%-nin investora çevrilməsi üçün çalışacağıq"

"Ödənişi 50 manatdan - 2000 manata qədər təlimlərimiz mövcuddur".
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda əhalinin ən azı 5-10%-nin investora çevrilməsi üçün çalışacağıq"

Azərbaycanda investisiya qoyuluşu və birjalarda ticarətin stimullaşdırılması kapital bazarlarının inkişafı üçün uzun müddətli prosesin həyata keçirilməsinin vacibliyi mütəxəssislər tərəfindən vurğulanır. Qiymətli kağızlar bazarı və ümumilikdə səhm bazarında müəyyən gəlirin əldə edilməsi bu sahədə məlumatlılıq və düzgün portfel idarəçiliyi tələb edir. Azərbaycanda bu sahədə məlumatlılıq aşağı səviyyədə olduğu üçün əhali arasında  maarifləndirmə vacibdir. Ölkəmizdə yeni fəaliyyətə başlayan "Freedom Finance Azerbaijan" MMC investisiya qoyuluşu, kapital bazarları, beynəlxalq birjalar və birjalarda ticarətlə bağlı maarifləndirmə sahəsində ixtisaslaşmış bir şirkətdir. "Freedom Finance Azerbaijan" MMC-nin direktoru Vüsal Məmmədovun müsahibəsini təqdim edirik.

- "Freedom Finance Azerbaijan" MMC–nin əsas fəaliyyət istiqaməti nədir?

"Freedom Finance Azerbaijan" MMC-nin təsisçisi Freedom Holdinqin əsas fəaliyyəti investisiya xidmətləridir. Freedom Holdinqin  investisiya, vasitəçilik, məsləhət xidmətləri və müştəriləri  kütləvi təklif üsulu ilə yerləşdirilən səhmlərin  bilavasitə ilkin bazardan alınması üzrə xidmətləri təşkil etməkdi. Holdinq Azərbaycan da daxil olmaqla 9 ölkədə fəaliyyət göstərir. Holdinqin törəmə şirkətləri Avropada, Ukraynada, Qazaxstanda və Rusiyada  lisenzilayalaşdırılmış investisiya şirkəti kimi fəaliyyət göstərir. Holdinqin Azərbaycandakı törəmə şirkəti olan "Freedom Finance Azerbaijan" MMC–nin isə əsas fəaliyyət istiqaməti  təlim və tədrisdir. Nəzər alsaq ki, Azərbaycanda bu sahədə məlumatlı olan və məşğul olan insanların sayı 1%-dən də azdır ona görə əsas məqsəd əhalini məlumatlandırmaq və müəyyən bir bazar yaratmaqdır. Azərbaycanda 1 yaxud 2 ildən sonra yəqin ki, digər ölkələrdəki şirkətlər kimi tam lisenziyalı fəaliyyətə başlamaq məqsədimiz var. Hal-hazırda ödənişsiz seminarlar təşkil edirik. Holdinqin tərkibində bütün ölkələrdə təlim mərkəzləri var. Hazırda təlim-tədris materriallarının Azərbaycan dilinə tərcüməsi gedir.

“Freedom Finance Azerbaijan" MMC yerli təlimçilərlə yanaşı xarici təlimçiləri də Azərbaycana gətirərək investisiya və birjaların fəaliyyəti ilə bağlı əhalinin məlumatlılığını artırmaq istəyir. Hədəfimiz “Freedom Finance Azerbaijan" MMC–yə müraciət edən şəxsləri təkcə ABŞ bazarı barədə deyil Azərbaycan, Avropa, Rusiya, Qazaxıstan, Asiya fond bazarları ilə barədə də ətraflı məlumatlandırmaqdır. Qazaxstanda da eynilə Azərbaycanda olduğu kimi ilk növbədə təlim mərkəzi açılıb. Bu təlim mərkəzində potensial pərakəndə investorlara qiymətli kağızlara investisiyalar barədə təlimlər keçirilib, onların ümumi maliyyə savadlığı və şəxsi investisiya portfelinin formalaşdırılması və idarə edilməsi ilə bağlı biliklərə yiyələnmək üçün şərait yaradılb. Azərbaycanda “Freedom Finance” tərəfindən kapital bazarı üzrə ödənişsiz seminarlar və təlimlərə həyata keçirilir. Hazırda 100-dən çox vətəndaş bizim seminarlarda iştirak edib. Hal-hazırda əhali arasında yığımların kapital bazarı vasitəsi ilə investisiya edilməsinə böyük maraq yaranıb və bizdə bu marağa cavab olaraq öz biliklərimizi, təcrübəmizi və investisiyalara dair yanaşmamızı əhali ilə bölüşmək istəyirik. Müəyyən müddətə təxminən 100-200 min insanın maariflənməsinin təmin edilməsini nəzərdə tutmuşuq. Tamamilə məlumatsız şəkildə birjalara, səhm bazarına addım atan vətəndaşlarımız var. İnvestisiya və birjalarla bağlı məlumatsız insanlar investisiya edirlər və nəticədə vəsaitlərini itirirlər. Bu istiqamətdə yəqin ki, yaxın 1-1,5 ilə ciddi addımlar ataraq müsbət nəticələr əldə edəcəyik. Ən azından müsbət nəticələrə inanırıq.

- Sizə investisiya şirkəti deyək yoxsa təlim mərkəzi?

- "Freedom Finance Azerbaijan" hazırda investisiya şirkəti demək düzgün deyil. Ona görə ki, Azərbaycan Respublikasının qanunlarına əsasən biz investisiya şirkəti olaraq fəaliyyət göstərmək üçün müəyyən lisenziya almalıyıq. "Freedom Finance Azerbaijan" hazırda Azərbaycanda beynəlxalq təcrübəli investisiya şirkətinin təlim mərkəzi fəaliyyətini həyata keçirir.

- Bəs beynəlxalq birjalara çıxışa kömək edirsinizmi?

"Freedom Finance Azerbaijan" Azərbaycanda siz vurğuladığınız xidməti göstərmir. Gələcəkdə Holdinq tərəfindən bu xidmətlərin ölkəmizdə göstərilib göstərilməməsi Holdinqin siyasətindən və bu yöndə olan strategiyasından asılıdır. Biz bunu hazırda konkret şəkildə deyə bilmərik. Holdinqin rəhbəri və komandasının verdiyi qərardan asılı olaraq ölkəmizdə investisiya şirkəti olaraq fəaliyyət göstərilməsi sahəsində addımlar atılacaq. Fəaliyyətin investisiya şirkəti kimi davam etdirilməsi məndən çox Holdinqin rəhbərliyindən asılıdır. Bununla bağlı mən hər hansı qərar verə və yaxud əvvəlcədən heç bir qəti fikir söyləyə bilmirəm.

- Sizin təlimləriniz yalnız brokerlər, treyderlər yaxud bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış şəxslər üçündür yoxsa istənilən insan sizin təlimlərdə iştirak edə bilər?

Bizim təlimlərə qatılmaq üçün 18 yaşından böyük istənilən sahədə fəaliyyət göstərən, istənilən işlə məşğul olan, biznesmen, dövlət qulluqçusu, tələbə müraciət edə bilər. Bir sözlə yaşı 18-dən böyük olan istənilən adam bizim təlimlərə gəlib iştirak edə bilər. Ödənişsiz təlimlərdə daha çox baza məlumatlarını verilir. Daha dərindən öyrənmək üçün bizim müxtəlif növ təlimlərimiz mövcuddur. Biz sıfır səviyyəsindən orta səviyyəyə qədər mütəxəssislər yetişdirə bilirik. Şirkətdə bu potensial mövcuddur. Bu sahədə şirkət tərəfindən 12 il ərzində ixtisaslaşmış format var. Dərsliklər və materiallar müəyyən platformada irimiqyaslı təlimlər, bu sahənin peşəkarı olan ixtisaslı təlimçilər investisiya qoyuluşu fəaliyyəti ilə bağlı professionalları yetişdirməyə əsas yaradır. İndi biz Azərbaycanda təşkil etdiyimiz seminarlar isə yalnız baza biliklərin öyrədilməsinə xidmət edir. Birja, səhm, istiqraz nədir birjalarda qiymətli kağızların ticarəti prosesi necə baş verir, bütün bunlar müraciət edən vətəndaşlara öyrədilir. Bu sahədə daha  peşəkar səviyyədə biliklərə yiyələnmək istəyən treyder kimi yetişmək istəyənlər ödənişli və iri miqyaslı təlimlərimizə qoşula bilər. Biz xüsusi təbəqə seçmirik ki, sırf bu adamlara təlim keçirik. Biz hamını öyrətməyə hazırıq, bu sahədə məlumatlanmaqda maraqlı olan istənilən şəxs bizim ödənişsiz təlimlərdə iştirak edə bilər. İlkin seminar ödənişsizdir. Daha peşəkar tələblərə cavab verən təlimlərimiz isə ödənişlidir. Ödənişi 50 manatdan - 2000 manata qədər təlimlərimiz mövcuddur. Təlimlərimiz həm onlayn şəkildə rus və ingilis dillərində, oflayn təlimlər isə burada Azərbaycanda keçirilir. Təlimdə iştirak edən şəxslər maarifləndirici materiallarla da təmin olunur.

“Freedom Finance”-ın təlim materiallarının əks olunduğu rus dilində xüsusi kitabı var. Hazırda o kitab da Azərbaycan dilinə tərcümə olunur. Sıfırdan müəyyən həddə qədər kitabda investisiya qoyuluşu və birjalarda ticarət izah olunur. O kitabı biz təlim iştirakçılarına veririk.

- Təlimləri başa vuran şəxslərə hər hansı sənəd yaxud sertifikat verilir?

Bizdə “Биржевой Университет” adlanan təlim növü var. Bu növ təlimlərimizdə uğurla iştirak edən şəxslərə sonda xüsusi sertifikat verilir. Bu tip sertifikat Azərbaycanda yoxdur. Bu sertifikatı təqdim edən yeganə bizik. Bu sertifikat bir ölkədə yox bir neçə ölkədə tanınır. “Freedom Finance” artıq 9 ölkədə fəaliyyət göstərir və ölkə nümayəndəliklərinin sayının artırılması da planlaşdırılır. Sertifikat ingilis ilində təqdim olunur.

- Vətəndaşlar nə üçün sizin təlimlərə gəlsin? Təlimlərə gələn şəxslərə xüsusi olaraq nəyi öyrədirsiniz?

Təlimlər əsasən sıfırdan başlayır. Səhmlər, fond bazarı necə fəaliyyət göstərir, fond bazarında əqdlər necə bağlanır, bazar iştirakçıları kimlərdir, hansı alətlər mövcuddur deyə izah olunur. Hərraclar, fyuçerslər səhmlər istiqrazlar hər biri barədə ətraflı məlumatlar verilir. Daha sonra investisiya fondları necə formalaşdığı insanlara edilir. Bu sahədə marağı yaranan şəxslərə tamam başqa tip təlimlər təklif olunur . Fundamental və texniki analizlər, diversifikasiya necə olunur, bir səhmi nəyə görə seçirsən, portfeli formalaşdırarkən riskdən necə qorumaq lazımdır, daha çox nələrə fikir vermək lazımdır bunların hamısını detallı şəkildə izah edirik. Hansı birjalar daha likviddir, likvid səhmləri necə tapmaq lazımdır? Bütün bunların hamısı iştirakçılara öyrədilir. Təlimləri əsasən mən özüm aparıram. Bundan başqa təlimlər həm yerli həm də xarici təlimçilər tərəfindən həyata keçirilir. Biz kifayət qədər təcrübəsi olan təlimçiləri cəlb etməyə çalışırıq. Bazarda təxminən 7-10 il təcrübəsi olan, öz sahəsinin peşəkarları bizim iştirakçılara təlim keçir. Çalışırıq cəlb etdiyimiz təlimçi özü real şəkildə birjalarda ticarət etmiş olsun ki, təcrübəsini bölüşə və öyrədə bilsin. Bundan başqa təlimçilər nəzəri biliklərə də malik olmalıdırlar, şirkət təlimçiləri seçəndə bu parametrlərə ciddi fikir verir. Bir adamı sıfırdan müəyyən bir səviyyəyə qədər qaldırırıq. Daha sonra həmin insana daim dəstək olmağa çalışırıq ki, səhv etməsin. Həmin insan düzgün şəkildə səhvsiz, sərbəst formada investisiya edərək gəlir əldə etməyi öyrənməsinə çalışırıq. İnvestisiyasını itirməsin. Biz daha çox insanlar arasında investisiya bazarına inamı artırmaq istəyirik. Səhm və istiqraz nədir və onlara nə verə bilər, bu barədə məlumatlansınlar. Biz bu məlumatları insanlara verib investisiya bazarına inamı artıraraq investora çeviririk. Gələcəkdə Azərbaycanda əhalinin ən azı 5-10%-nin bu sahədə məlumatlı olması və investora çevrilməsi üçün çalışacağıq.

- İnvestisiya şirkətləri də investisiya məsləhəti ilə bağlı xidmət təklif edirlər sizin investisiya şirkətlərindən fərqiniz nədir?

-Biz investisiya məsləhəti vermirik. Qanunun tələbinə uyğun olaraq investisiya məsləhəti verə bilmərik, buna ixtiyarımız da yoxdur. Təlimdən sonra iştirakçılar yerli və ya xarici digər investisiya şirkətlərindən investisiya məsləhəti ala bilərlər. Bildiyiniz kimi Holdinqin bir çox ölkələrdə investisiya şirkəti mövcuddur. Biz sadəcə olaraq təlimləndiririk ki, necə düzgün seçim etmək lazımdır onu çatdırırıq.

©️ “Fins"

Freedom Finance Azerbaijan Vüsal Məmmədov təlim tədris
06.07.2021 13:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ