Bir ölkə sakini orta hesabla ayda 322,7 manatlıq mallar alıb
2021-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 19 milyard 383,1 milyon manatlıq, o cümlədən 10 milyard 436,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 milyard 946,3 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 1,1 faiz artmışdır.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,4 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi avtomobil benzini və dizel yanacağının, 5,3 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2021-ci ilin birinci yarısında istehlak mallarının dəyər ifadəsində 27,2 faizi ticarət müəssisələri, 50,1 faizi fərdi sahibkarlar tərəfindən, 22,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,7 faiz, fərdi sahibkarlar üzrə 1,2 faiz artmış, bazar və yarmarkalarda isə 11,7 faiz azalmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 322,7 manatlıq, o cümlədən 173,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,9 manatlıq qeyri-ərzaq malları almışdır.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2020-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 19 383,1 | 101,7 |
o cümlədən: | ||
ərzaq məhsulları | 9 393,2 | 102,5 |
içkilər və tütün məmulatları | 1 043,6 | 100,7 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 2 764,3 | 101,0 |
elektrik malları və mebellər | 1 026,6 | 100,2 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 149,9 | 107,4 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 433,9 | 135,2 |
avtomobil benzini və dizel yanacağı | 1 192,6 | 103,0 |
digər qeyri-ərzaq malları | 3 379,0 | 97,5 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
12 d. əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
12 d. əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
-
- 15 d. əvvəl
-
28 d. əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 35 d. əvvəl
- 45 d. əvvəl
-
46 d. əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Bakıda 2-ci “Popeyes” restoranı açılır





















