"İnflyasiya çox yüksək qalarsa, Fed hərəkətə keçəcək"
"Bərpa tamamlanana qədər siyasət dəstəkləyici qalmağa davam edəcək"ABŞ Mərkəzi Bankı (Fed) sədri Jerome Powell, Bankın Federal Açıq Bazar Komitəsinin (FOMC) İyul ayı yığıncağının ardından keçirdiyi mətbuat konfransında çıxış edib.
Marja xəbər verir ki, Jerome Powell, "Yığışma (bərpa, toparlanma) tamamlanana qədər pul siyasəti dəstəkləyici qalmağa davam edəcək" deyib.
Powell, "Qiymətli kağız alışlarının azaldılması iqtisadiyyatdan gələcək məlumatlara bağlı olacaq" deyib.
Powell, inflyasiyanın bir neçə ay daha 2% hədəfinin üzərində qalmasını gözlədiklərini söyləyib.
Həmçinin oxu
Fed faiz qərarını açıqladıFed sədrinin mesajları:
- Peyvəndləmədəki irəliləyiş, maliyyə dəstəyi iqtisadiyyata güclü kömək təmin edir.
- Əhalinin xərcləmələri sürətli bir şəkildə artır.
- İnflyasiya müsbətdir və geriləməyə başlamadan əvvəl qarşıdakı aylarda yüksəlməyə davam edəcək.
- Əgər inflyasiyada əhəmiyyətli artım olarsa və hədəfin üzərinə israrçı şəkildə qalarsa Fed siyasətini nizamlamağa hazırdır.
- Fed olaraq Konqresin bizə verdiyi tam məşğulluq və qiymət sabitliyi hədəflərini dəstəkləyəcək pul siyasətlərini tətbiq etmək mövzusunda qərarlıyıq.
- Yaxşılaşmaya böyük dəstək təmin edirik. ÜDM bu il on illərdir görmədiyi sürətdə artacaq. Əhalinin xərcləmələri çox sürətli artır və daşınmaz əmlak sektoru çox güclü olaraq qalır.
- Xüsusilə qlobal çip böhranının yaşandığı avtomobil sektorunda çətinliklər davam edir.
- Yenidən açılmalar ilə iaşə və turizm sektoru təkrar hərəkətlənib, ancaq tam yaxşılaşmayıb.
- İnflyasiyadakı yüksəlişdə artan neft qiymətlərinin də təsiri var. İnflyasiya gözlədiyimizdən daha yüksəkdir və daha israrçı ola bilər.
- Uzunmüddətli inflyasiya proqnozumuz 2% inflyasiya hədəflərimizə dönəcəyi şəklindədir. Ancaq gözləmədiyimiz bir vəziyyət olsa addım atmağa da hazırıq.
- İqtisadiyyat üçün risklər davam edir. Delta variantı bəzi bölgələrdə çox sürətli yayılır.
- Məşğulluqda hələ gediləcək yol var.
- İnkişaf artdıqca qiymətlərdə yuxarı istiqamətli təzyiq görməyə davam edəcəyik.
- İqtisadiyyat yenidən açılarkən tədarük çətinliyi təklifi azalda bilər.
- Ola biləcək inflyasiya gözləniləndən daha yüksək və qalıcı ola bilər. İnflyasiyanın, Fed-in 2% hədəfinə düşməsini gözləyirik. İnflyasiya çox yüksək qalarsa Fed hərəkətə keçəcək.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 8 d. əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
4 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
5 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 5 saat əvvəl
-
7 saat əvvəl
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
-
7 saat əvvəl
Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
Ən çox oxunanlar
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
Qızıl sülh xəbəri ilə bahalaşır
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
























