Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gəncə şəhərinin sosial-iqtisadi inkişafı barədə məlumatlar açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncə şəhərinin sosial-iqtisadi inkişafı barədə məlumatlar açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2021-ci ilin yanvar-iyun aylarında Gəncə şəhərinin sosial-iqtisadi inkişafı barədə məlumatlar açıqlanıb.

Sənaye istehsalı haqqında

Gəncə Statistika İdarəsindən Marja-ya daxil olmuş məlumata görə, Gəncə şəhərində traktor, yük avtomobili və kənd təsərrüfatı texnikası, elektron və mexaniki su sayğacları istehsalı müəssisələri fəaliyyət göstərir.

2021-ci ilin yanvar-iyun aylarında Gəncə şəhərinin sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 220,7 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Sənayedə muzdla çalışan 6062 nəfər işçiyə verilən (bir nəfərə düşən) orta aylıq əməkhaqqı 538,3 manat təşkil etmişdir. Dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əməkhaqqı 510,7 manat, qeyri-dövlət sənaye müəssisələrində 571,7 manat təşkil etmişdir. 

Emal sektorunun müəssisələri tərəfindən 203,0 milyon manatlıq (o cümlədən 184,5 milyon manatı qeyri-dövlət sektoru tərəfindən) məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan qida məhsulları istehsalı 60,1 milyon manat, içki istehsalı 7,6 milyon manat, metallurgiya sənayesi məhsulları 103,8 milyon manat, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 18,2 milyon manat və digər məhsulların istehsalı 13,3 milyon manat təşkil etmişdir. Yanvar-iyun ayları ərzində 351,4 ton makaron, 100,1 min dekalitr araq, 79,1 min dekalitr şərab, 296 ədəd traktor, 7 ədəd MAZ yük avtomobili, 13747,8 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 1 ədəd sair qoşqular, 9178 ədəd elektron və 105695 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.

Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2021-ci il yanvar-iyun ayları ərzində 10,7 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 7,1 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Kənd təsərrüfatı məhsullarının istehsalı barədə

Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilməsi, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin daha da yaxşılaşdırılması vacib məsələlərdəndir.

Gəncə şəhərində 2021-ci ilin məhsulu üçün əkini aparılmış 61,2 hektar sahənin 29,0 hektarını dənlilər və dənli paxlalı bitkilər, 32,2 hektarını tərəvəz təşkil etmişdir.  Sahələrdən 52,5 ton taxıl, 103,4 ton tərəvəz, 280,2 ton meyvə və giləmeyvə yığılmışdır. 2021-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatının  ümumi məhsulu faktiki qiymətlərlə  792,7  min manat,  o cümlədən bitkiçilik məhsulları 316,5 min manat, heyvandarlıq məhsulları 476,2 min manat təşkil etmişdir.

İnsanların maddi rifah halının yaxşılaşdırılmasında heyvandarlıq məhsullarının əvəz edilməz qida kimi böyük əhəmiyyəti vardır. Gəncədə 2021-ci ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 41,6 ton mal-qara və quş əti, 299,1 ton süd istehsal edilmişdir. Ev təsərrüfatları tərəfindən 341 min ədəd yumurta istehsal edilmişdir.

Keçən ilin müvafiq dövrünə nisbətən süd istehsalı 62,1 ton (26,2 faiz), ət istehsalı isə 21,5 ton (2,1 dəfə), yumurta istehsalı 226 min ədəd (3,0 dəfə) artmışdır.   

2021-ci ilin iyulun 1-nə təsərrüfatlarda 1282 baş iribuynuzlu mal-qara, o cümlədən 554 baş inək və camış, 1634 baş qoyun və keçi  mövcud olmuşdur.

Pərakəndə ticarət dövriyyəsi haqqında

2021-ci ilin yanvar-iyun aylarında Gəncə şəhərinin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 564 milyon 213,5 min manatlıq, o cümlədən 370 milyon 113,6 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,194 milyon 99,9 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə isə 5,3 faiz artmışdır.

2021-ci ilin yanvar-iyun aylarında istehlak mallarının dəyər ifadəsində 16,1 faizi ticarət müəssisələri, 68,6 faizi fərdi sahibkarlar tərəfindən, 15,3 faizi isə bazar və yarmarkalarda satılmışdır.

2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə  pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,8 dəfə, fərdi sahibkarlar üzrə 10,9 faiz artmış, bazar və yarmarkalarda isə 37,3 faiz azalmışdır.

Hesabat dövründə ticarət şəbəkəsindən hər bir şəhər sakini orta hesabla ayda 263,4 manatlıq istehlak malları, o cümlədən 172,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,  90,6 manatlıq qeyri-ərzaq malları almışdır. 

Nəqliyyat,  infomasiya və rabitə haqqında

Nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2021-ci ilin yanvar-iyun aylarında Gəncə şəhəri üzrə (ilkin məlumatlara əsasən) 30 milyon 526,0 min nəfər sərnişin daşınmışdır.

2021-ci ilin altı ayı ərzində avtomobil nəqliyyatı sahəsində 1 milyon 789,0 min ton yük daşınmışdır.

İnformasiya və rabitə müəssisələri tərəfindən 2021-ci ilin yanvar-iyun aylarında 3246,9 min manatlıq, yaxud keçən ilin eyni dövrünə nisbətən 7,4 faiz çox xidmət göstərilmiş, xidmətlərin 98,9 faizi əhali tərəfindən istehlak olunmuşdur. Əhaliyə göstərilən xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artmışdır.

Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 91,1 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 8,9 faiz təşkil etmişdir.

Demoqrafik vəziyyəti

İlkin məlumata görə, Gəncə şəhər əhalisinin sayı ilin əvvəlindən 158 nəfər artaraq 2021-ci il iyul ayının 1-i vəziyyətinə 335960 nəfərə çatmışdır. Əhalinin 48,8 faizini kişilər, 51,2 faizini isə qadınlar təşkil edir.

Ədliyyə Nazirliyinin Gəncə şəhər qeydiyyat şöbələri tərəfindən cari ilin altı ayı ərzində şəhərdə 1279 nəfər doğulan körpə qeydə alınmış, doğulanların 52,5 faizi oğlan, 47,5 faizi isə qız uşaqlarıdır. Körpələrdən 15-i əkiz doğulanlardır.

2021-ci ilin yanvar-iyun ayları ərzində şəhərdə 1231 ölüm halı, 671 nikah və 357 boşanma halları qeydə alınmışdır.

Bu ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin Gəncə şəhərindəki müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün şəhərə 241 nəfər gələn, 131 nəfər şəhərdən gedən qeydə alınmış, şəhər üzrə miqrasiya saldosu müsbət 110 nəfər təşkil etmişdir.

03.08.2021 18:25

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ