Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Maliyyə Nazirliyi 15 milyon manat daxili borc aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyi  15 milyon manat daxili borc aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

10 avqust 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105025883 ISIN-li, 10 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 100.2238 AZN (5.8797%) və 101.5201 AZN (5.19%)  olan 16 sifariş təqdim edilmişdir.

Reklam_3_11

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.0383 AZN (5.4450%), orta ölçülmüş qiyməti 101.3764 AZN (5.2659%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64 milyon 704 min 800 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 8 avqust 2023-cü  ildir.

Hərrac iştirakçıları 11 avqust 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

10.08.2021 16:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ