Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Maaş 0,6 faiz, qiymətlər isə 6 faiz artıb - ORTA ƏMƏKHAQQI AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maaş 0,6 faiz, qiymətlər isə 6 faiz artıb - ORTA ƏMƏKHAQQI AÇIQLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2021-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq 724,4 manat olmuşdur.

Dövlət Statitika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Reklam_3_11

Xəbər verdiyimiz kimi, 2021-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin yanvar-iyul aylarına nisbətən 4,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 4,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,9 faiz artıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, 2020-ci ilin iyul ayına nisbətən 6 faiz artıb.

2021-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 min nəfər və ya 0,3 faiz azalaraq 1 milyon 690,6 min nəfər olmuş, onlardan 908,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 782,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,4 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

11.08.2021 13:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ