Özbəkistan, Səudiyyə və İslam İnkişaf Bankı 100 milyon dollarlıq investisiya fondu yaratdı
Özbəkistan, Səudiyyə Ərəbistanı və İslam İnkişaf Bankı (İİB) 100 milyon dollarlıq başlanğıc kapitalı ilə Özbəkistan üçün İqtisadi Gücləndirmə Fondunun (EEFU) yaradılması haqqında müqavilə imzalayıb.
Marja xəbər verir ki, Özbəkistan hökuməti fondun ilkin kapitalının 35% -ni (35 milyon dollar), İİB 20% -ni (20 milyon dollar), Səudiyyə Ərəbistanından olan investorlar 45% -ni (45 milyon dollar) ödəyəcəklər. Pilot mərhələnin uğurla başa çatmasından sonra fondun həcminin tədricən 500 milyon dollara çatdırılması nəzərdə tutulur.
Yeni yaradılan investisiya fondu Özbəkistandakı kiçik və orta müəssisələrə, dövlət şirkətlərinə və kooperativlərə maliyyə və digər yardımlar göstərəcək. Respublika səlahiyyətliləri, fondun yaradılmasının məşğulluğun genişləndirilməsi və iş yerlərinin açılması səylərinə töhfə verəcəyini gözləyirlər.
Planlara əsasən, Özbəkistanda iqtisadi imkanları genişləndirmək üçün Fondun fəaliyyəti sayəsində 100 mindən çox iş yeri açılacaq, 34 mindən çox sahibkarlıq subyekti dəstək alacaq.
Fond tərəfindən ayrılan vəsaitin ən azı yarısı ilə qadın və gənclərin rəhbərlik etdiyi müəssisələrə dəstək verilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 8 saat əvvəl
-
15 saat əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
17 saat əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
19 saat əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
20 saat əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
20 saat əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 20 saat əvvəl
-
20 saat əvvəl
“Ələt Azad İqtisadi Zonasının karqo terminalı ilə illik 500 min ton yük daşınacaq”
- 20 saat əvvəl
-
21 saat əvvəl
328 tam təmirli mənzil kirayə mexanizmi ilə satışda - aylıq ödənişləri 376 manatdan başlayır
-
21 saat əvvəl
İstehlak kreditləri portfelinin dollarlaşması tarixi minimuma enib