İran Ermənistandan Gürcüstana tranzit yolunun yaradılmasında iştirak etməyə hazırdır - nazir müavini
İran Ermənistan üzərindən Gürcüstana yeni tranzit yolunun tikintisində iştirak etməyə hazırdır.
Marja xəbər verir ki, bunu şənbə günü İranın Yollar və Şəhərsalma Nazirinin müavini Xeyrullah Xademi deyib.
“Ermənistan İrandan Gürcüstana yeni tranzit yolu yaratmağı planlaşdırır. Bu yolun tikintisində iştirak etməyə hazır olduğumuzu bildirmişik”, - İLNA agentliyi onun sözlərindən sitat gətirib.
Nazir müavininin sözlərinə görə, "söhbət Gorus - Qafan yoluna yeni alternativ yoldan, başqa bir koridordan gedir."
O qeyd edib ki, bu gün İranın Şərqi Azərbaycan vilayətini İrəvanla birləşdirən bir marşrut var. "Bu yolun təxminən 21 kilometri Azərbaycanın bir hissəsi hesab olunur", - nazir müavini əlavə edib. Onun sözlərinə görə, "Azərbaycan tərəfi bir keçid məntəqəsinin olduğu bu qısa hissədən keçmək üçün ödəniş alır".
"Ən qısa zamanda alternativ bir marşrut yaratmaq lazımdır ki, yol artıq Azərbaycan ərazisindən keçməsin, bu da ermənilər üçün vacibdir və onların ehtiyaclarını ödəyir", - Xademi bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
15 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
15 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 15 saat əvvəl
-
16 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 16 saat əvvəl
-
18 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 18 saat əvvəl
-
18 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
19 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir