Ən yuxarı (mobil)_30

İstehsal və ticarət şirkətinə mühasib tələb olunur - ƏMƏKHAQQININ MƏBLƏĞİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstehsal və ticarət şirkətinə mühasib tələb olunur - ƏMƏKHAQQININ MƏBLƏĞİ
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) Gön-dəri və qida məhsullarının tədarükü, istehsalı, ixracı və daxili bazara satışı ilə məşğul olan “Elson Group” MMC şirkəti mühasib vəzifəsinə vakansiya elan.

Şirkət: “Elson Group” MMC,

Fəaliyyət sahəsi: Gön-Dəri məhsullarının və Qida məhsullarının tədarükü, istehsalı,ixracı və daxili bazara satışı

İşçi sayı: 110 nəfər

Ofis işçi sayı: 3

Vakansiya: Mühasib

İş yeri: Binəqədi rayonu

İş saatı: 09:00-18:00

Bazar və bayram günləri istirahət

Əmək haqqı: 800-1000 Azərbaycan manatı

Əlaqə vasitəsi:

E-mail: [email protected]

Tel:+ 055 201 17 77

Sayt: www.elsongrp.com

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏR:

- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.

- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.

- Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır.

- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir.

- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir.

- Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.

- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.

- Cəmiyyət üzrə kreditorlarların uçotunun aparır;

- Cəmiyyət üzrə debitorların uçotunun aparır;

- Cəmiyyətin əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunun aparır;

- Aylıq əmək haqqının hesablayır;

- Əmək haqqı ilə bağlı ayırmaların hesablayıb, təyinat üzrə ödəyir;

- Bank sənədlərinin tərtib edir;

- Kassa uçotuna nəzarət edir;

- Müvafiq müxabirləşmələrin verir;

- Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir;

Tələblər:

- Ali təhsil
- Mühasibat proqramlarını (1C) bilmək və kompüterdə işləmək bacarığı
- Qeyd olunan peşədə azı 2 il əmək stajı 

Fərdi keyfiyyətlər:

- Məsuliyyətlilik
- Diqqətlilik
- Səliqəlilik 

vakansiya mühasib Eloson Group
12.10.2021 16:08
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-3_33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 5-ci-2_28
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Xəbər mətn sağ 2-ci2_16
InvestAZ